...

Avropa Şurası və Aİ Azərbaycanda birgə layihlərin gedişatı ilə tanış olub

Siyasət Materials 25 Oktyabr 2018 19:04 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Avropa Şurası və Avropa İttifaqının (Aİ) 2015-2018-ci illəri əhatə edən “Effektiv idarəetmə üçün tərəfdaşlıq” birgə proqramı çərçivəsində Azərbaycanda 4,7 milyon avro həcmində 4 layihənin reallaşdırılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu layihələr barədə Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hirneyz, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Azərbaycan Xarici İşlər Nazirliyinin Demokratiya məsələləri və insan hüquqları departamentinin direktor müavini Fərəh Acalova və Aİ və Avropa Şurası xidmətlərinin əlaqələndiricisi Arkadi Sıtin məlumat verib.

Birinci layihə Avropa insan hüquqları konvensiyasının Azərbaycanda tətbiqini nəzərdə tutur. Layihənin dəyəri 1,75 milyon avro təşkil edir.

İkinci layihə çirkli pulların yuyulmasına qarşı mübarizənin güclənməsinə yönəlib. Bu layihələrin müddəti 2018-ci ilin dekabrın 31-ə kimi davam edəcək.

Digər iki layihə isə artıq başa çatıb. Bu layihələr KİV-lərin azadlığı və ədalət sisteminin səmərəli işi sahəsində layihələr olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti