Bakı. Trend:
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda hərbi birliyin döyüş atışlı təlimi keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ssenariyə uyğun olaraq təlimlərə cəlb olunan motoatıcı, artilleriya, zirehli tank və mühəndis-istehkam bölmələri döyüş atışları icra edib.