• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

Ekspert: Dünya erməni lobbisinin əsasən kriminal mafiyadan ibarət olduğuna şübhə qalmadı

9 Noyabr 2018 11:06 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Samir Əli - Trend:

Erməniçilik ideologiyasının başdan-başa cinayət və saxtakarlıq faktlarından ibarət olduğunu Almaniyada kəşfiyyat və xüsusi xifmət orqanlarının yenicə ortaya qoyduğu geniş hesabat bir daha sübut etdi.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib ki, İspaniyanın ardınca Almaniya hökumətinin xüsusi araşdırmaları beynəlxalq erməni mafiyasının ifşasında önəmli tarixi əhəmiyyətə malikdir:

"Bu mafiyanın ağır qətl və terrorlarda, partlayışlarda, şantaj əməllərində, quldurluqda, insan qaçaqmalçılığı və silah, narkotik ticarətində fəal iştirakçı olması faktlarla sübut olunur. Almaniyada erməni mafiyası ilə bağlı aparılan araşdırma ən azı iki unikal cəhəti ilə diqqət çəkir. Birincisi, bu mafiyanın Ermənistanın dövlət və siyasi elitası ilə əlaqələri, ikincisi isə Qarabağa qanunsuz səfərlər etmiş alman deputatların, idmançı və digər titulları olan şəxslərin bu mafiya ilə sıx işbirliyində olduğunun aydınlaşması. Faktlar sübut edir ki, dünyanın ciddi dövlət elitaları ilə işləmək imkanları getdikcə məhdudlaşan Ermənistan hakimiyyəti hətta mafiya ilə də əməkdaşlığa gedir".

Ekspert vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış əlacsız qondarma rejimin rəhbərliyi mafiya üzvlərinin Qarabağa səfərlərini təşkil etməklə öz təcavüzkar planlarını dünyada tanıtmaq istəyir:

"Maraqlıdır ki, Almaniya hökuməti araşdırmalara Ermənistan dövlətinin rəsmi təmsilçilərini cəlb etməkdən yan keçib və bunu erməni hakimiyyətində ayrı-ayrı şəxslərin mafiya ilə əlaqələrdə ola biləcəkləri ehtimalı ilə izah edib. Ermənistan hakimiyyətində Sarkisyanın komandasının açılıb-tökülən cinayət əməlləri Almaniya hakimiyyətinin öz ehtimallarında haqlı olduğunu sübut edir. Ermənistan dövlətinin etnik kriminal mafiya ilə gizli işbirliyi barədə deyilənlər tam təsdiqini tapır. Bununla da Azərbaycan Prezidentinin Ermənistandakı rejimin cinayətkar-xunta mahiyyəti barədə ardıcıl bəyanatlarının dünyada aparıcı rəyə çevrilmək imkanları dəfələrlə gücləndi".

Onun sözlərinə görə, təsdiqlənən daha bir maraqlı mətləb budur ki, dünya erməni lobbisinin əsasən kriminal mafiyadan ibarət olduğuna şübhə qalmır: "Aydın olur ki, Ermənistan dövlətinin yardım adı ilə erməni diasporundan aldığı pullar əslində mafiyanın çirkli pulundan başqa bir şey deyilmiş. Dünyanın başqa dövlətlərində də erməni mafiyasının araşdırılması davamlı tendensiyaya çevrilə bilər. Bu mənada Almaniyadakı erməni mafiya araşdırmaları tarixi əhəmiyyətli faktdır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • erməni lobbisi
  • Aydın Quliyev
Digər xəbərlər
Əli Kərimli siyasi sistemdə özünü yoxetmə yolundadır və bu seçimin bütün məsuliyyəti şəxsən onun öz üzərindədir - Ekspert
Siyasət 10 Dekabr 16:11
Radikalların boykot taktikası və bu taktikanın arxasındakı planların uğur şansı sadəcə yoxdur - Siyasi ekspert
Siyasət 7 Dekabr 10:34
Şamaxıda 10 ay ərzində bütün evlərin yenidən tikilməsi və təmir olunması misli görünməmiş məsələdir - Ekspert
Siyasət 6 Dekabr 17:40
Parlamentlə bağlı qərar islahatların məntiq və tələbinə uyğundur, müasir çağırışlara ən optimal cavab olaraq misilsiz addımdır - RƏYLƏR
Siyasət 29 Noyabr 07:44
Aydın Quliyev: Radikallara xaricdən yardım ona görə bitib ki, onlar müxalifət deyil, cinayətkar dəstədirlər
Nəzər nöqtəsi 27 Noyabr 17:32
Cəmiyyət Əli İnsanovu yarımçıq siyasi ambisiyaların qisasını almağa çalışan intiqamçı fiqur kimi tanıyır - Siyasi ekspert
Siyasət 25 Noyabr 20:31
Xəbər lenti
Çempionlar Liqası: "Valensiya" və "Borussiya Dortmund" 1/8 finalda (NƏTİCƏLƏR)
İdman 02:29
Vaşinqtonda Tramp və Lavrov arasında görüş baş tutub
Dünya xəbərləri 01:52
Türkiyədə güclü zəlzələ baş verib
Dünya xəbərləri 01:01
Çempionlar Liqası: "Liverpul" və "Napoli" 1/8 finalda
İdman 00:14
Pompeo və Lavrov Suriyadakı vəziyyətin nizamlanmasını müzakirə ediblər
Dünya xəbərləri 10 Dekabr 23:45
Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ olub
Dünya xəbərləri 10 Dekabr 23:09
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10 Dekabr 22:30
Azərbaycan neftinin qiyməti dəyişdi
İqtisadiyyat 10 Dekabr 21:45
Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində silsilə tədbirlərdə iştirak edir
Cəmiyyət 10 Dekabr 21:19
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Heydər Əliyev – xalqın ehtiram ünvanı
Politoloq: Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur (VİDEO)
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri