Prezident İlham Əliyev: Sumqayıt Kimya Sənaye Parkının timsalında uğurlu sənaye siyasətimizi görürük və bu siyasət bundan sonra da davam etdiriləcək

Prezident İlham Əliyev: Sumqayıt Kimya Sənaye Parkının timsalında uğurlu sənaye siyasətimizi görürük və bu siyasət bundan sonra da davam etdiriləcək

Bakı. Trend:

Sumqayıt Kimya Sənaye Parkının timsalında uğurlu sənaye siyasətimizi görürük və bu siyasət bundan sonra da davam etdiriləcək.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin kollektivlərinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bu gün Sumqayıt Kimya Sənaye Parkında üç yeni müəssisə fəaliyyətə başlayır. Mən bu münasibətlə müəssisələrin kollektivlərini salamlayır və təbrik edirəm. Əminəm ki, bu müəssisələr çox səmərəli işləyəcək və ölkə iqtisadiyyatına böyük töhfə verəcəkdir. Bu müəssisələr ən yüksək standartlara cavab verir və bizim sənaye potensialımızı böyük dərəcədə möhkəmləndirən müəssisələrdir. Ferroərintilər, inşaat kimyəvi qatqılar zavodları, siqaret fabriki bu gün fəaliyyətə başlayır. Birinci mərhələdə bu müəssisələrdə 400-dən çox iş yeri yaradılıb, gələcəkdə isə iş yerlərinin sayı 700-ə çatacaq. Mənə verilən məlumata görə, bugünkü mərhələdə siqaret fabrikinə 35 milyon dollar, ferroərintilər zavoduna 25 milyon dollar və inşaat materialları zavoduna isə 3,5 milyon dollar sərmayə qoyulub. Ancaq indi təqdimatda deyildi ki, siqaret fabrikinə bundan sonra da əlavə vəsait qoyulacaq və investisiya həcmi təxminən 50 milyon dollara çatacaq, ferroərintilər zavoduna isə 100 milyon dollar investisiya qoyulacaqdır. Yəni, bu, onu göstərir ki, vaxtilə Sumqayıt Kimya Sənaye Parkının yaradılması ilə bağlı qərar düzgün və vaxtında qəbul edilmiş qərar idi.

Mən 2011-ci ilin sonunda müvafiq Fərman imzaladım və biz parkın yaradılmasına start verdik. Bu ərazidə vəziyyət çox acınacaqlı idi. Vaxtilə tikilmiş və dağılmış, avadanlığı paslanmış müəssisələrin qalıqlarını təmizləmək, torpaq qatını yaxşılaşdırmaq, rekultivasiya işləri aparmaq böyük səy və vəsait tələb edirdi. Ondan sonra kommunikasiya və infrastruktur layihələri icra edildi, 500 hektardan çox ərazi tamamilə təmizləndi və özəl sektorun sərəncamına verildi. Bu, dövlətin özəl sektora göstərdiyi dəstəyin növbəti təzahürüdür. Bu, onu göstərir ki, dövlət-özəl sektor tərəfdaşlığı Azərbaycanda ən yüksək səviyyədə təşkil edilir”.

İlham Əliyev bildirib ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında 18 rezident var, 9 müəssisə fəaliyyətdədir: “Bu il 5 müəssisə fəaliyyətə başlayacaq. Onlardan 3-ü bu gün fəaliyyətə başlayır. Gələn il əlavə 4 müəssisə fəaliyyətə başlayacaq və beləliklə, bu parkda ən müasir standartlara cavab verən 18 müəssisə fəaliyyət göstərəcək”.

Prezident vurğulayıb ki, Sumqayıt Kimya Sənaye Parkı, əslində, şəhər içində bir sənaye şəhəridir: “Gələcəkdə parkın hüdudları genişləndiriləcək və təbii ki, yeni rezidentlər qəbul ediləcəkdir. On səkkiz müəssisə tam gücü ilə işləyəndən sonra 6 min iş yeri təmin ediləcəkdir. Əlbəttə ki, Sumqayıt şəhərində işsizliyin bundan sonra da aşağı səviyyədə saxlanması üçün bu parkın çox böyük əhəmiyyəti var. Ümumiyyətlə, bu günə qədər Sumqayıt Kimya Sənaye Parkının yaradılmasına, müəssisələrin fəaliyyətə başlamasına 2,2 milyard dollar sərmayə qoyulub və növbəti dövrdə bu rəqəm təxminən 3 milyard dollara çatacaqdır. Əgər biz bu parkı yaratmasaydıq və sahibkarlara güzəştli şərtlər təqdim etməsəydik, dövlət tərəfindən böyük dəstək göstərməsəydik, bu vəsait də qoyulmayacaqdı və iş yerləri də yaradılmayacaqdı. Ona görə biz Sumqayıt Kimya Sənaye Parkının timsalında uğurlu sənaye siyasətimizi görürük və bu siyasət bundan sonra da davam etdiriləcək.

Təsadüfi deyil ki, bu ilin 10 ayında ölkəmizin qeyri-neft sənayesi 10 faiz artmışdır. Bu, çox gözəl göstəricidir. Kənd təsərrüfatı 5 faiz artmışdır. Sumqayıt Kimya Sənaye Parkında əlbəttə ki, sənaye müəssisələri fəaliyyət göstərir, ancaq onların bəziləri kənd təsərrüfatına sıx bağlı olan müəssisələrdir, o cümlədən siqaret fabriki. Mən əminəm ki, bu fabrikin fəaliyyəti nəticəsində Azərbaycanda tütünçülüyün inkişafı daha yüksək templərlə gedəcək. Biz tütünçülüyü bərpa edirik, əgər keçən il 3 min ton quru tütün yığılmışdısa, bu gün artıq 4500 ton yığılıb və 5 min tonu keçəcək. Əlbəttə ki, gələcəkdə bu fabrikdə bizim yerli tütündən daha da böyük həcmdə istifadə olunacaq. Yəni, bu, kənd təsərrüfatına böyük təkan verir”.

Dövlət başçısı bildirib ki, Sumqayıt Kimya Sənaye Parkında hazırda əyirici boyaq fabrikinin tikintisi davam edir. Bu da xalçaçılığın inkişafına böyük təkan verəcək: “Xalçaçılıq indi inkişaf edir, 30 xalça fabrikinin yaradılması nəzərdə tutulur. Xalçaçılığın əsas xammalı yun və ipəkdir. İndi yun tədarükü mərkəzləri yaradılır, baramaçılığa böyük təkan verilib. Şəki ipək kombinatı böyük həcmlə işləyir, fermerlər baramadan böyük gəlir əldə edirlər. Yəni, sənayenin və kənd təsərrüfatının inkişafı paralel şəkildə getməlidir, bir-birini tamamlamalıdır, bir-birinə dəstək verməlidir və biz bunu görürük. Eyni zamanda, əlbəttə ki, bizim əsas məqsədimiz qeyri-neft sektorunu inkişaf etdirmək, idxaldan asılılığı aradan götürmək və qeyri-neft ixracını artırmaqdır və biz burada bunu görürük. Siqaret fabriki tam gücü ilə işləyəndən sonra burada ildə 11 milyard ədəd siqaret istehsal olunacaqdır. Bu gün verilən məlumata görə, daxili tələbat 14 milyarddır. Əminəm ki, bu fabrik idxalı tam əvəzləyəcək. Çünki hazırda yerli istehsal var və gələcəkdə ixrac imkanları da geniş olacaq. Mən istərdim ki, daxili tələbat sıfır səviyyəsində olsun, insanlar siqaret çəkməsinlər, bu pis vərdişdən uzaq olsunlar. Əminəm ki, görülən tədbirlər, o cümlədən qanunvericilikdə atılan addımlar nəticəsində biz bu məqsədə çatacağıq. İstərdim ki, bu siqaret fabriki 100 faiz ixrac məhsulları istehsal etsin. Ancaq bu, hələ ki, mümkün deyil. Biz vətəndaşları keyfiyyətli yerli siqaretlə təmin etməliyik. Lakin, eyni zamanda, hamı, ilk növbədə, dövlət çalışmalıdır ki, Azərbaycanda siqaret çəkənlərin sayı minimum səviyyəyə ensin. Çünki ixrac bizə əlavə valyuta gətirir, əlavə imkanlar yaradır. O cümlədən ferroərintilər zavodunda istehsal olunacaq məhsulun 90 faizi ixraca gedəcək, 10 faiz isə Azərbaycan müəssisələrində yenidən emal olunaraq hazır məhsula çevriləcəkdir”.

Azərbaycan Prezidenti qeyd edib ki, qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artırılması əsas məqsəddir: “Bu ilin 10 ayında bizim qeyri-neft ixracımız 12 faiz, ümumi ixracımız isə 37 faiz artıbdır. İxrac artdıqca bizim iqtisadi vəziyyətimiz daha da yaxşılaşır. Bu, makroiqtisadi sabitliyə, manatın məzənnəsinə müsbət təsir göstərir. Təsadüfi deyil ki, Azərbaycanda makroiqtisadi sabitlik çox yaxşı səviyyədədir, inflyasiya on ayda cəmi 2,4 faizdir. Bu müəssisələrin yaradılması yerli və xarici investorlar üçün növbəti bir siqnaldır ki, gəlsinlər Azərbaycana sərmayə qoysunlar. Bu yaxınlarda Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan deyə bilərəm ki, tarixi nailiyyət əldə edib, dünya miqyasında biznes mühitinə görə 25-ci yerdə qərarlaşıb. Keçən il biz 57-ci yerdə idik. Yəni, belə bir böyük irəliləyiş əlbəttə ki, aparılan islahatların məntiqi nəticəsidir. “Doing Business” hər bir yerli və xarici investor üçün əsas amillərdən biridir ki, o ölkəyə pul qoyulsun, yoxsa yox. “Doing Business” hesabatı, belə gözəl müəssisələrin yaradılması, Azərbaycanda ümumi vəziyyət, sabitlik, inkişaf əlbəttə ki, xarici və yerli investorları daha da stimullaşdırır. Təsadüfi deyil ki, son 15 il ərzində ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulubdur.

Mən sizi fabriklərin, zavodların açılışı münasibətilə bir daha təbrik etmək istəyirəm. Şadam ki, biz bu gözəl parkı Sumqayıt şəhərində yaratdıq. Sumqayıt ölkəmizin, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıtın inkişafı üçün çox böyük işlər görülür, çox böyük layihələr icra edilir. Sosial layihələr, infrastruktur layihələri, qazlaşdırma demək olar ki, yüz faiz səviyyəsindədir, içməli su 93 faiz səviyyəsindədir, yollar salınır, məktəblər tikilir, gözəl abadlıq işləri aparılır. Sumqayıt bulvarı yaradılıb, sakinlər üçün çox gözəl istirahət zonasıdır, “ASAN xidmət” mərkəzi, Olimpiya Kompleksi, xəstəxana istifadəyə verilib. Əlbəttə ki, Sumqayıt sənaye şəhəri kimi uğurla inkişaf edəcək. Mən əminəm ki, biz qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra edəcəyik.

Bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun”.

"Bavariya" Çempionlar Liqasının ilk turunda "Atletiko"nu darmadağın edib
"Bavariya" Çempionlar Liqasının ilk turunda "Atletiko"nu darmadağın edib
Çempionlar Liqasında "Lasio" "Borussiya"nı,  "Mançester Yunayted" "PSJ"ni məğlub edib
Çempionlar Liqasında "Lasio" "Borussiya"nı, "Mançester Yunayted" "PSJ"ni məğlub edib
UEFA Azərbaycanda oyunlara aid qərar verib
UEFA Azərbaycanda oyunlara aid qərar verib
Loading Bars
Xəbər lenti
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kampaniyasına dünyanın nüfuzlu elm adamları və ziyalıları da qoşulub
Azərbaycan böyük qələbələrə doğru addımlayır - Pərvin Kərimzadə
Artım belə davam edərsə, yaxın günlərdə sutkalıq yoluxma sayı 1000-i ötə bilər - Mütəxəssisdən xəbərdarlıq
Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO)
Oktyabrın 23-də manatın dollara qarşı məzənnəsi
ANAMA Ermənistandan Kürdəmirə atılan raketlə bağlı məlumat yaydı (FOTO)
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? FOTOREPORTAJ
Gəncədə mülki əhaliyə qarşı törədilən cinayətləri heç faşizmlə də müqayisə etmək olmaz - Yəhudi Dini İcmasının sədri
Azərbaycan Əsgərinin sizə müraciəti var (VİDEO)
Moskvada terror aktının qarşısı alınıb
Azərbaycanın İranla həmsərhəd bölgəsinin işğaldan azad edilməsi iki ölkənin əlaqələrini inkişaf etdirəcək - Nazir
29 ictimai iaşə obyektində kobud qayda pozuntuları aşkarlanıb
Müddətli həqiqi hərbi xidmətə çağırılan gənclər cəmiyyətə müraciət etdilər (FOTO)
İndi baş verənlər Minsk qrupunun fəaliyyətindəki səriştəsizliyin nəticəsidir - Oljas Suleymenov
Azərbaycanın haqq savaşına qarşı çıxan "Meydan TV" erməni lobbisinin tezisləri əsasında işləyir - Ekspert
"Karabakh is Azerbaijan" yazılı avtomobil Londonda Ermənistan səfirliyinin qarşısında (FOTO/VİDEO)
Sülhməramlıların yerləşdirilməsi Azərbaycan torpaqlarının tam azad olunmasından sonra mümkün ola bilər - Deputat
Artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirməyə davam edir - MN (VİDEO)
Türkiyənin Baş Ombudsmanı Gəncədə erməni vəhşiliyi ilə tanış olub
Respirator xəstəliklərin yayılmasında artım olacaq - Səhiyyə Nazirliyi
Kreml Qarabağda Rusiya desantı olması ehtimalını təkzib edib
Kamran Əliyev Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Azərbaycan Ordusu BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələrin icrasını təmin edir - Vüqar Rəhimzadə
İƏT Parlament İttifaqından Azərbaycana dəstək: Ermənistanın Gəncəyə terror hücumu pisləndi
Dağlıq Qarabağ münaqişəsi Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi büro iclasında müzakirə edilib (FOTO)
ÜST Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib
XİN: Ermənistan XİN-in Paşinyanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır
Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir
BMT-nin Ölkə üzrə İdarə Heyəti Azərbaycanda zərər görmüş insanlara humanitar yardım göstərməyə hazırdır
Azərbaycan Prezidenti: Beynəlxalq müşahidəçilərlə bağlı həlledici sözü biz deməliyik
Bu gün Ali Baş Komandan Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifələr yazır - Tamam Cəfərova
Gənclər elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər - Yaqut Qarayeva
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur
Prezident İlham Əliyev: Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa, biz bütün kommunikasiyaları açacağıq
İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılır
Zəngilan arxeoloji cəhətdən zəif tədqiq olunan rayonlarımızdandır - Arxeologiya və Etnoqrafiya İnstitutu
Prezident İlham Əliyev: Xalq Cəbhəsi və Müsavat partiyası Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir
“Əsgərə məktub” layihəsi Türkiyə və Rusiya mediasının diqqət mərkəzində (FOTO)
Prezident İlham Əliyev: Ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq
İranda koronavirusa yoluxanların sayı 550 min nəfərə çatıb
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub, 171 nəfər sağalıb, 6 nəfər vəfat edib
2020-ci ilin 4-cü rübündə Ermənistanın ÜDM-i 1 milyard dollar azala bilər
Azərbaycan Prezidenti: TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir
Bakı Slavyan Universitetinin əcnəbi tələbələri “Qarabağ Azərbaycandır!” deyir (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan özü döyüşür, bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur
Yelo Bank program təminatının lisenziyalarının uzadılması üzrə tender keçirir
Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq
Azərbaycan Prezidenti: Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır
Koronavirusa yoluxan gənclərdə də ağırlaşmalar ola bilər - Nazirlikdən XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin sonuncu hissəsidir
Prezident İlham Əliyev: Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır
Prezident İlham Əliyev: İşğal olunmuş bütün ərazilər qaytarılmalıdır
Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə qayıtmağa hazırdır - ABŞ-ın NATO-dakı səfiri
Azərbaycan Prezidenti: Bizim qaçqın və məcburi köçkünlərimiz işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar
Prezident İlham Əliyev: Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik
YAP Gəncədə 10 azyaşlı uşağı və daha 5 ailəni himayəyə götürüb
Trend BİA-nın baş redaktoru “CNN Türk” telekanalına Dağlıq Qarabağda davam edən gərginlik barədə açıqlama verib (FOTO/VİDEO)
Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib
Biz ermənilərdən Rusiyanın nə etmək lazım olduğunu eşitməkdən yorulmuşuq - Konstantin Zatulin
Şuşada sonuncu çay - 1992-ci il (FOTO)
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb (FOTO)
Azərbaycanda qızıl-gümüş ucuzlaşıb
Mülki insanlara hücum qəbuledilməzdir - İsrail səfiri
NATO Dağlıq Qarabağ münaqişəsində tərəf deyil - NATO baş katibindən Ermənistan prezidentinə
İsrail səfiri Mingəçevirə səfər edəcək (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Xaricdə yaşayan ermənilər üçün əlavə reyslər açılıb - Qarabağa gətirilirlər (FOTO)
Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması haqqında qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib
Paşinyan başını itirib, erməni xalqını qırğına vermək istəyir - Deputat
İran ABŞ-a nota verib
Naxçıvan istiqamətində uçuş etmək istəyən Ermənistanın PUA-sı məhv edilib
Sabahın hava proqnozu açıqlanıb
Qəbələ və Kürdəmir "Elbrus" raket sistemi ilə vurulub - ANAMA (FOTO)
İsrailin səfiri Gəncədə terror baş verən ərazidə olub (FOTO)
Düşmənin ələ keçirilən növbəti hərbi texnikaları (VİDEO)
Türkiyənin Baş Ombudsmanı Prezident İlham Əliyevə: Hər axşam neçə yaşayış məntəqəsinin azad edildiyi barədə açıqlamalarınız Türkiyədə insanların könlünə sevinc gətirir
İstənilən həkimi süni tənəffüs aparatının başına qoymaq mümkün deyil - TƏBİB
“AzerGold” işğal edilmiş ərazilərdə əlvan metalların qanunsuz hasilatını təşkil edən Ermənistan və Avropa şirkətləri ilə bağlı tədbirlər görür
Prezident İlham Əliyev: Ermənistana xaricdən yardım edilir, oraya muzdlular, pullu əsgərlər göndərilir
Rusiyada koronavirusdan ölənlərin sayı 25 mini keçdi
Prezident İlham Əliyev: İşğaldan azad edilmiş şəhərlərin, kəndlərin böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb
Prezident İlham Əliyev: Bir çox ölkələrin mətbuatı birtərəfli qaydada Ermənistanın tərəfini tutur
Prezident İlham Əliyev: Biz heç zaman mülki əhaliyə qarşı heç bir addım atmamışıq və atmayacağıq
“Caspian Energy Club” Dövlət Vergi Xidmətinin iştirakı ilə onlayn B2G forumu keçirib (FOTO)
Prezident İlham Əliyev: Biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan xilas etmiş oluruq
Erməni hərbçilər döyüşlərdə iştirak etməkdən imtina edir - MN
Cavanlarımız maska taxmaqdan çəkinirlər, buna ciddi yanaşmırlar -TƏBİB
Ermənistanın Qəbələyə atdığı raketlər nəticəsində bir nəfər yaralanıb, 5 evə ziyan dəyib (FOTO)
Ermənistanın Türkiyədən məhsul idxalına qadağası Türkiyə iqtisadiyyatına təsir göstərməyəcək
Qanunsuz silahlanan Ermənistan özünə arxayın idi, ona görə danışıqlardan qaçırdı - Ekspert
Cəbhəyə getmək istəməyən ermənilər özlərini koronavirusa "yoluxdurur" - Müsbət "COVİD-19" testi 2 min dollar
“AccessBank” 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
Azərbaycan Ordusu öz qələbə salnaməsini yazır - Deputat
Türkiyə Ombudsmanı Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir (VİDEO)
USM müayinəsindən vaxtaşırı keçmək nəyə görə lazımdır?
Düşmən cəbhədə uduzduqca raket atdığı dinc şəhərlərin sayını artırır
Hazırki şərtlər Bakıya böyük diplomatik üstünlük yaradıb - Deputat
Belə olsa, iki həftədən sonra daha pis nəticələr görə bilərik - TƏBİB-in işçi qrupunun rəhbəri (VİDEO)
Bütün xəbərlər