...

Sergey Lavrov: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı siyasi savaş meydanı olmamalıdır

Siyasət Materials 14 Dekabr 2018 11:08 (UTC +04:00)
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı siyasi savaş meydanı olmamalıdır.
Sergey Lavrov: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı siyasi savaş meydanı olmamalıdır

Bakı. Trend:

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) siyasi dava-dalaş və haqq-hesab çəkmək üçün arena olmamalıdır.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov QDİƏT Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 39-cu iclasında deyib.

Nazir bildirib: "Çox təəssüf ki, son vaxtlar Qara dəniz regionunda vəziyyət pisləşib. Bu tendensiyanı aradan qaldırmaq və Qara dəniz bölgəsini sülh, sabitlik və çiçəklənmə zonasına çevirmək üzərində işləmək vacibdir".

Qeyd edək ki, QDİƏT-in 39-cu iclası bu gün Bakıda öz işinə başlayıb. Azərbaycanın 1 iyul - 31 dekabr 2018-ci il müddəti çərçivəsində QDİƏT-də sədrliyi “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında həyata keçirilir. Sədrliyimizin əsas prioritetləri arasında QDİƏT məkanında səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat və tranzit xidmətlərinin göstərilməsi, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması və turizmin daha da inkişaf etdirilməsi xüsusi yer tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti