Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)

Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident İlham Əliyevə raport verdilər.

Burada ümumilikdə səkkiz bina tikilib. Binaların həyətində uşaq əyləncə meydançası, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət guşələri yaradılıb.

Dövlətimizin başçısı mənzillərdə yaradılan şəraitlə tanış oldu.

Müdafiə naziri Zakir Həsənov Prezident İlham Əliyevə mənzillərdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci ildə imzaladığı Fərmana əsasən, bu binalardan ümumi sahəsi 37 min kvadratmetrdən çox olan 394 mənzil hərbi qulluqçular üçün ayrılıb. Daimi su, qaz, elektrik enerjisi ilə təmin olunan mənzillərə telefon və internet xətti də çəkilib. İstilik və isti su təchizatını təmin etmək məqsədilə hər bir mənzil kombi sistemi ilə təchiz olunub.

Ölkəmizin iqtisadi potensialı gücləndikcə Azərbaycanın hərbi qüdrətinin artırılması istiqamətində ardıcıl və mühüm işlər görülür, ordu quruculuğu sahəsində tədbirlər uğurla davam etdirilir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin müdafiə potensialının möhkəmləndirilməsi və ordumuzun maddi-texniki bazasının müasirləşdirilməsi baxımından tarixi əhəmiyyətli işlər görülüb. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi ilə yanaşı, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, onların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli bir daha sübut edir ki, həyatını Vətəni müdafiə etmək kimi şərəfli vəzifəyə həsr edən hərbi qulluqçular hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Silahlı Qüvvələrdə 1992-ci ildən etibarən 20 il və daha çox qüsursuz xidmət etmiş 1279 hərbi qulluqçuya Azərbaycan Prezidentinin Fərmanı ilə indiyədək dövlət tərəfindən Bakıda 629, Gəncədə 632, Naxçıvanda 18 mənzil verilib.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilər və onların ailə üzvləri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi:

- Əziz hərbçilər, əziz dostlar.

Bu gün hərbçilərin həyatında çox əlamətdar bir gündür. Bu gözəl binada 394 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilir. Mən sizi bu münasibətlə ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Arzu edirəm ki, bu gözəl binada rahat yaşayasınız.

Bilirsiniz ki, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün bir neçə il bundan əvvəl mənim tərəfimdən müvafiq Fərman imzalanmışdır. Fərmana əsasən, qüsursuz xidmət göstərən hərbi qulluqçuların ailələrinə dövlət tərəfindən mənzillər verilir. Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib. Mənzillərin hamısı çox gözəldir. Mən bu binaların açılışlarında şəxsən iştirak etmişəm və bu gün də tanış olduğum mənzillər çox rahat, geniş və təmirli mənzillərdir. Azərbaycan nadir ölkələrdəndir ki, belə proqram icra edilir. Bu, bir daha dövlətimizin hərbi qulluqçulara göstərdiyi böyük diqqətin təzahürüdür, bunun nümunəsidir.

Onu da qeyd etməliyəm ki, hərbçilərin xidmət şəraiti də yaxşılaşır. Son illərdə bir çox hərbi şəhərciklərimizdə əsaslı təmir-bərpa işləri aparılmışdır. Bir çox şəhərciklər yenidən tikilmişdir. Hərbçilərin, əsgər və zabitlərimizin xidmət şəraiti də böyük dərəcədə yaxşılaşıb. Bu gün bizim hərbi şəhərciklərimizin, hərbi hissələrimizin, hərbi bazalarımızın təxminən 75-80 faizi standartlara tam cavab verir. Növbəti illərdə qalan, hələ də təmirə ehtiyacı olan hərbi hissələrin təmiri nəzərdə tutulur. Dövlət bu məqsədlər üçün vəsait ayırır və bundan sonra da ayıracaqdır.

Onu da bildirməliyəm ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün də son illərdə minlərlə ev və mənzil tikilib, təhvil verilmişdir. Təkcə bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcəkdir. Bu kateqoriyadan olan insanlar, eyni zamanda, dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar. Onlara minlərlə avtomaşın verilmişdir.

Müharibədən əziyyət çəkən soydaşlarımızın da problemləri öz həllini tapır. Bu il 5800 köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilib. Bu, son illərdə rekord göstəricidir. Biz bu siyasəti gələn il də davam etdirəcəyik.

Siz onu da bilirsiniz ki, builki prezident seçkilərindən dərhal sonra imzaladığım birinci Fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olmuşdur. Vərəsələrə dövlət tərəfindən 11 min manat vəsait verilməsi nəzərdə tutulub. Artıq bu vəsaitin verilməsi prosesi başlamışdır. Təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq. Hazırda siyahılar dəqiqləşdirilir və beləliklə, bu proqramın icrası nəticəsində minlərlə ailə öz maddi vəziyyətini yaxşılaşdıracaq. Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə göstərdiyi qayğıdır. Ancaq təbii ki, hər sahədə olduğu kimi, bu sahədə də ədalət prinsipi əsas olmalıdır.

Azərbaycanda ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Azərbaycan dünyada güclü orduya malik olan ölkələrin sırasındadır. Ordumuzun maddi-texniki bazası möhkəmlənir, ən müasir texnika, silahlar alınır. Bu il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya göstərib. Bu gün ordumuz texniki təchizat baxımından dünya miqyasında seçilən ordular sırasındadır. Əlbəttə ki, bizim güclü hərbi potensialımız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir. Ordumuzun döyüş qabiliyyəti artır. Bu gün ordumuz istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Son illərin hadisələri bunu əyani şəkildə göstərir. Deyə bilərəm ki, bu il də Naxçıvan istiqamətində Ermənistan-Azərbaycan sərhədi sahəsində ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar torpaq tam nəzarətimizə keçmişdir. Biz strateji yüksəklikləri əldə etdik. Bu yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisində strateji yollara, kommunikasiyalara tam nəzarət edə bilək. Həm Aprel döyüşləri, həm də uğurlu Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, ordumuz peşəkardır, döyüş qabiliyyəti yüksək səviyyədədir. Ordumuzda yüksək ruh mövcuddur və ordumuz istənilən vəzifəni icra edə bilər.

Əlbəttə, bir daha demək istəyirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün başqa amillərlə yanaşı, ən birinci amil bizim hərbi gücümüzdür, qüdrətimizdir. Biz gücümüzü artırırıq və artıracağıq. Onu da bildirməliyəm ki, bu il bir çox önəmli kontraktlar imzalanmışdır. Bu kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcəkdir. Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək. Əlbəttə, hər bir ölkənin, o cümlədən müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir.

Ordu quruculuğu prosesində əlbəttə ki, hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur. Bax, bu gözəl binada 400-ə yaxın hərbçi ailəsinin yaşaması dediyim sözlərin bariz nümunəsidir, təsdiqidir. Mən bu gözəl binada yaşayacaq bütün hərbçiləri bu hadisə münasibətilə bir daha təbrik edirəm. Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Sağ olun.

X X X

Prezident İlham Əliyev hərbçilərin bir qrupuna mənzillərin orderlərini təqdim etdi.

Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Rafiq Quliyev öz adından və hərbçi yoldaşları adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirərək dedi:

- Cənab Prezident, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində biz hərbçilərə bəxş etdiyiniz bu sevincə görə bütün hərbçilər və onların ailə üzvləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Əmin ola bilərsiniz ki, bundan sonra da hərbi anda sadiqik və Sizin bütün əmrlərinizi yerinə yetirməyə hazırıq.

Prezident İlham Əliyev: Çox sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev hərbi qulluqçuların ailə üzvləri ilə söhbət etdi.

Azərbaycanda əkiz və üçəmlərin sayı artıb
Azərbaycanda əkiz və üçəmlərin sayı artıb
Tarix yazan qəhrəmanlarımız - Onları tanıyaq (FOTO)
Tarix yazan qəhrəmanlarımız - Onları tanıyaq (FOTO)
Yeni şanlı tarixin zirvəsi - Şuşa
Yeni şanlı tarixin zirvəsi - Şuşa
Loading Bars
Xəbər lenti
Azərbaycanda əkiz və üçəmlərin sayı artıb
Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması tarixi ədalətin bərpasıdır - Tarixçi
UEFA gənclər arasında Avropa çempionatını təxirə salıb
Türkiyədə koronavirusdan sağalanların sayı 307 minə çatır
Tarix yazan qəhrəmanlarımız - Onları tanıyaq (FOTO)
VPN ilə bağlı əhaliyə xəbərdarlıq
İtalyan professor: Azərbaycan Ermənistanı güzəştə məcbur etmək üçün vacib olan hücum və müdafiə sistemlərinə malikdir
Yeni şanlı tarixin zirvəsi - Şuşa
Dövlət başçısının apardığı siyasət nəticəsini verdi - Deputat
Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib (VİDEO)
Ermənistanın cinayətlərinə beynəlxalq birliyin müəyyən dairələri susqunluq nümayiş etdirir - Deputat
Peşəkar jurnalist Hi Pinq Çinin Sinxua agentliyinin prezidenti təyin edilib
Gəncəyə növbəti raket atəşini qətiyyətlə pisləyirəm - Qazaxıstan səfiri
Ermənistanın növbəti PUA-sı məhv edilib
Ali Məhkəmə erməni terroru ilə bağlı bəyanat yayıb
Düşmənin hərbi texnikaları və canlı qüvvəsi məhv edilib (VİDEO)
Xudafərin istiqamətində hərbi əməliyyatların aparılması barədə düşmənin yaydığı xəbər cəfəngiyatdır - Hikmət Hacıyev
Ermənilər Xudafərini birdəfəlik unutsunlar - Anar Eyvazov
Düşmən itki verərək geri çəkilib - Müdafiə Nazirliyi
Bəzi vətəndaşların sosial şəbəkələrdə hərbi məlumatları yayması hərbi sirri pozur - Anar Eyvazov
Virusa yoluxma statistikasında dalğalanma hansı səbəbdən baş verir?
ABŞ-da 58 mindən çox koronavirusa yoluxma qeydə alınıb
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib
Koronavirusa yoluxanlarda sonradan hansı fəsadlar ola bilər? - Həkim açıqladı
A-Qroup Gəncə terrorunda ata, ana, bacısını itirən Xədicə-nin yetkinlik yaşına qədər bütün tibbi xərclərini öz üzərinə götürüb
Ermənistan qlobal təxribatçıların əlaltısıdır - Xarici KİV-lər
Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclərdən Azərbaycan dəstək (FOTO)
Hindistanın Şri Şri Universitetində Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
İşğaldan azad olunmuş Zəngilan şəhərinin “Azersky” peykindən əldə edilmiş təsviri
Kamal Kılıçdaroğlu Prezident İlham Əliyevə məktub göndərib
Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır - Müdafiə Nazirliyi
Təhsil Nazirliyi Zəngilanın təhsil statistikasını açıqlayıb
KOB-ların maliyyə resurslarına çıxış imkanlarına dair bankların iştirakı ilə vebinar keçirilib
Ermənistan vergi güzəştlərini ləğv edir - Büdcə tükənir
Ciddi karantin qaydaları tətbiq etmədən də koronavirusa qalib gəlmək olar - MÜTƏXƏSSİS
Ombudsman Ermənistanın Gəncə şəhərini ballistik raket atəşinə tutması barədə hesabat hazırlayıb
Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik - Hulusi Akar
Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrimiz atəşə tutulub
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
Bakıda pik saatlar üçün 100 ehtiyat avtobus ayrıldı
Azərbaycanda 584 nəfər COVID-19-a yoluxdu, 128 nəfər sağaldı, 5 nəfər vəfat etdi
Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir - Deputat
Prezident İlham Əliyev sözümüzün imzamız qədər əhəmiyyətli olduğunu bir daha dünyaya nümayiş etdirir - Vüqar Rəhimzadə
Mərkəzi Gömrük Hospitalının travmatoloqu Ramin Rzayev canlı yayımda çıxış edəcək
Oktyabrın 21-də manatın dollara qarşı məzənnəsi
Prezident İlham Əliyev: Əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir
“WhatsApp”ın veb versiyasında gözlənilən funksiya işə düşür
Ermənilər tərəfindən mülki əhalimizə qarşı törədilən cinayət faktları üzrə 37 cinayət işi başlanıb
Prezident İlham Əliyev: Bu gün nəyi demək mümkündürsə onu deyirik
Birinci vitse-prezident Mehriban Əliyeva: Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm!
Prezident İlham Əliyev: Bu yalançıları biz bundan sonra da qovacağıq
1, 5 və 50 manatlıq pul nişanları yeni dizaynda tədavülə buraxılır (FOTO)
Prezident İlham Əliyev: Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram
Prezident İlham Əliyev: Təkbaşına vuruşuruq, hər kəs bunu bilir
Prezident İlham Əliyev düşmənin məhv edilən və ələ keçirilən hərbi texnikalarının siyahısını açıqlayıb
İslamofobiya və türkofobiya Ermənistanın əsas xəstəliyidir - Türkiyə Prezident Administrasiyası
Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyi artıq bizim qarşımızda diz çöküb, onlara layiq olan yeri göstərmişik
Rusiyada 16 mindən çox yoluxma qeydə alınıb
Ankarada Ermənistanın Gəncə terroruna etiraz olaraq avtoyürüş keçirilib (FOTO)
Ermənistan növbəti itkilərini açıqlayıb
Prezident İlham Əliyev: Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində aparır
Prezident İlham Əliyev: Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir
Ermənilər Tərtəri atəşə tutdu, 2 mülki şəxs həlak oldu
Bu gün qazanılan uğurlar bir-iki günün yox, illərdir aparılan uzaqgörən siyasətin nəticəsidir - Deputat
Azərbaycan Prezidenti: Onlar, sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar
Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq
Azərbaycan Bayrağı Zəngilan şəhərində (VİDEO)
Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib
Prezident İlham Əliyev: Zəngilan şəhəri və 24 kənd işğaldan azad olunub
Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır
Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
İranda sutka ərzində 5 min nəfərdən çox şəxs koronavirusa yoluxub
Ermənistanın dinc insanları hədəfə almasını dünyanın görməsi vacibdir - Mustafa Şentop
Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə geri çəkildiklərini etiraf etdi
Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO) (YENİLƏNİB)
Ermənilərin Azərbaycan Ordusu qarşısında tab gətirə bilməməsi gözlənilən idi - Ekspert
Yerəvanda təcili toplantı: Separatçı rejimin sabiq "lider"ləri Paşinyandan izahat tələb edir
Təkcə düşmənlə deyil, onunla əlbir olan silah alverçiləri, terrorçularla da mübarizə aparırıq - Ekspert
Türkiyə parlamentinin sədri Gəncədədir (FOTO/VİDEO)
Ermənistanın indiki rəhbərliyi real problemləri həll etməyi bacarmır - Rusiyalı siyasi texnoloq
Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib (VİDEO)
Ermənistan sosial şəbəkələrdə Azərbaycan adından əsgərlərimizə yardım adı altında vəsait toplayır - FOTO
Tapqaraqoyunluda qaz təchizatının bərpasına başlanılır (FOTO)
Ermənilər bütün saytlarda və sosial şəbəkələrdə çox aktiv şəkildə bizi izləyir - Hərbi ekspert
ADA Universitetinin xarici məzunları Azərbaycana həsr edilən kitab yazıblar
Gənclər təşkilatları arasında vətənpərvərlik istiqamətində layihə müraciətlərinin nəticələri açıqlanıb
Vətən Müharibəsindəki şanlı qələbəmiz müasir tariximizdə yeni səhifələr açacaq - Rektor
Xristian dini icma rəhbərləri ABŞ konqresinə təqdim olunmuş qətnamə layihəsinə etiraz edib
Ceyhun Bayramov Türkiyə parlamentinin sədri ilə görüşüb (FOTO)
Ayaq burxulan zaman nə etmək lazımdır?
Cəbhəyanı bölgələrdə fəaliyyət göstərən sahibkarlara dəstək göstərilib
Koronavirus cəbhəyə ötürülərsə, Ordumuz bir deyil, iki düşmənlə mübarizə aparmaq məcburiyyətində qalacaq - Ekspert
Ermənistana ordumuz qarşısında daha 10-15 gün dayana bilmək üçün ən azı 2-3 milyardlıq hərbi dəstək edilməlidir - Ekspert
Gəncə, Tərtər, Beyləqana ölümcül zərbələr barədə xəbərlər məni dəhşətə gətirib - Baronessa Nikolson
Ermənistanın raket zərbələri Gəncədəki alman tarixi və mədəni irsi üçün təhlükə mənbəyidir
Sabah yağış yağacaq, külək əsəcək
Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur - Müdafiə Nazirliyi
Azərbaycanda qızıl ucuzlaşıb
Azərbaycanın ərazi bütövlüyü tezliklə tam təmin olunacaq - Rusiyalı partiya sədri
Azərbaycan Ordusu tarix yazır - Onları siz də tanıyın (FOTO)
Bütün xəbərlər