...

Səfir: Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlıq fəal şəkildə inkişaf edir

Siyasət Materials 24 Dekabr 2018 12:58 (UTC +04:00)
Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlıq fəal şəkildə inkişaf edir.
Səfir: Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlıq fəal şəkildə inkişaf edir

Bakı. Ləman Zeynalova - Trend:

Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlıq fəal şəkildə inkişaf edir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib.

Diplomat bildirib ki, hökumətlərarası komissiyanın bu yaxınlarda keçirilmiş iclasında müvafiq qərarlar qəbul edilib:

"Azərbaycan son bir neçə il ərzində beynəlxalq hərbi oyunlarda fəal iştirak edir. Bildiyim qədər, bu yarışların bir hissəsi gələn il Azərbaycan ərazisində dənizdə keçirilə bilər".

M.Boçarnikov qeyd edib ki, iki ölkənin müdafiə nazirləri bir ildə bir neçə dəfə təmasda olurlar: "Cari ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi üç dəfə Azərbaycana səfər edib".

Səfirin sözlərinə görə, Rusiyanın hərbi məktəblərində azərbaycanlı hərbi qulluqçulara təlimlər keçirilir: "Rusiyanın Hərbi Dəniz Donanmasının və Sərhəd Xidmətinin gəmilərinin Azərbaycan limanlarına dostcasına girişi icra olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti