...

Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələrinə hakimlər və sədrlər təyin edilib

Siyasət Materials 11 Yanvar 2019 18:07 (UTC +04:00)
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələrinə hakimlər və sədrlər təyin edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Polad Vəli oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri, Qabil Neymət oğlu Məmmədov isə Naxçıvan Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti