...

Rumın parlamentari: Mehman Hüseynovla bağlı qərar Avropa Parlamentinin bəzi üzvlərinin bəyanatlarının saxta olduğunu sübut edir

Siyasət Materials 22 Yanvar 2019 16:04 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Avropa Parlamentinin (AP) Rumıniyadan olan üzvü, qurumun Azərbaycan üzrə daimi məruzəçisi Norika Nikolai Azərbaycanın istintaq orqanları tərəfindən Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı alqışlayıb.

Bu barədə Trend-ə Azərbaycanın Belçikadakı səfirliyindən məlumat verilib.

N.Nikolai bu qərarın son günlərdə Avropa Parlamentinin bəzi üzvləri tərəfindən verilən bəyanatların saxta olduğunu sübut etdiyini və gələcəkdə AP üzvlərinin baş verən hər hansı hadisə haqqında ətraflı məlumatı etibarlı mənbələrdən əldə edəcəklərinə ümid bəslədiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib.

Azərbaycan Prezidenti İlham Əliyev hər zaman olduğu kimi ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Baş prokurora tövsiyə edib.

Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq, Baş prokuror tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib. İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

M.Hüseynov hazırda hər hansı aclıq aksiyası keçirmir, saxlanma şəraiti normal olmaqla, bununla bağlı şikayət və tələbi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti