...

Millət vəkili: Təqaüdlərin artırılması elm və təhsilə marağın daha da yüksəlməsinə səbəb olacaq

Siyasət Materials 15 Fevral 2019 15:45 (UTC +04:00)
Təqaüdlərin artırılması elm və təhsilə marağın daha da yüksəlməsinə səbəb olacaq.
Millət vəkili: Təqaüdlərin artırılması elm və təhsilə marağın daha da yüksəlməsinə səbəb olacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda elmə, təhsilə, elmi təhsil müəssisələrində çalışanlara dövlət qayğısı hər zaman prioritet məsələ olub və dövlət başçısı tətəfindən davamlı olaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsi gücləndirilməkdədir. Bu barədə Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış yeni sərəncamlar elm və ali təhsil müəssisələrində təqaüdlərin artırılması baxımından mühüm əhəmiyət kəsb edir:

"Həmin sənədlərə əsasən, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin həcmi, eləcə də ali təhsil müəssisələrində təqaüd alan tələbələrin sayı artırılacaq. Bu sosial humanizmin ən mühüm istiqamətlərindən biri kimi dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq göstəriciləri yaxşı olan bütün tələbələrin təqaüdlərinin artırılması nəzərdə tutulub. Belə ki, elmlər doktoru hazırlığı üzrə doktorantların təqaüdlərinin 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantların təqaüdlərinin 180 manat, eləcə də akademik göstəriciləri yüksək olan tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması elm və təhsilə marağın daha da artmasına səbəb olacaq, ölkəmizdə elm və təhsilin inkişafına öz dərin töhfəsini verəcək".

A.Hüseynov bildirib ki, dövlət başçısının ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncamı da ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir: "Həmin siyasətə uyğun olaraq ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 16 min vahid artırılacaq. Bu sosial qayğı sayəsində təqaüd alan tələbələrin sayı növbəti ildə 31 faizdən 45 faizə, 2021-ci ildə 50 faizə çatdırılacaq”.

O vurğulayıb ki, təhsilə olan yüksək diqqətin daha bir nümunəsi Prezident təqaüdünün artırılması ilə bağlı fərmanın imzalanmasıdır. “Həmin təqaüdlərin 185 manatdan 210 manata qaldırılması ali məktəblərə qəbulda daha yüksək nəticələr əldə etmək üçün rəqabəti artıracaq, ümumilikdə ali təhsilə marağı stimullaşdıracaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti