Bakı. Elçin Mehdiyev - Trend:
Avropa Mərkəzçi Demokrat İnternasionalın (MDİ) Prezidenti Andres Pastrana Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məskunlaşmış məcburi kockün ailələri ilə görüşüb.
Yeni Azərbaycan Partiyasından (YAP) Trend-ə verilən məlumata görə, A.Pastrana məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub.
Görüşdə YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, MM-in deputatı Sevinc Fətəliyeva iştirak edib.
Qeyd edək ki, A.Pastrananın rəhbərlik etdiyi nümayəndə heyəti YAP-ın dəvəti ilə Bakıya səfərə gəlib.