...

Azərbaycan Prezidenti: Səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq

Siyasət Materials 1 Mart 2019 14:49 (UTC +04:00)
Səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq.
Azərbaycan Prezidenti: Səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq

Bakı. Trend:

Səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, səhiyyə sahəsində çox ciddi islahatlar aparılır: "Qərar qəbul olunub və ümid edirəm ki, biz gələn ildən icbari tibbi sığorta sisteminə keçəcəyik. Biz bir neçə şəhərdə pilot layihələri icra etdik və bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir. Deyə bilərəm ki, bu şəhərlərdə səhiyyə sahəsində şəffaflıq tam təmin edilib. Beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı, - bu yaxınlarda onların nümayəndələri ilə mənim görüşüm olubdur, - bunu çox yüksək qiymətləndirirlər. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bunun faydasını görəcək".

İlham Əliyev qeyd edib ki, bu, çox ciddi bir islahatdır, sadə məsələ deyil, bəzi ölkələr illər boyu bu islahata doğru gedirdilər, bunu əldə edə bilməyiblər: "Ancaq biz nisbətən qısa müddət ərzində bütün lazımi sənədləri hazırladıq və səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq. Çünki keçən dövrdə biz bütün şəhərlərimizdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikmişik, yəni, infrastruktur mövcuddur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti