...

Rusiya Prezidenti Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Siyasət Materials 7 Mart 2019 13:03 (UTC +04:00)
Rusiya Prezidenti Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.
Rusiya Prezidenti Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Bakı. Trend:

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.

Təbrik məktubunda qeyd olunur:

"Hörmətli Mehriban Arif qızı.

Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi təbrik edirəm.

Səmimi qəlbdən arzu edirəm ki, bu əlamətdar bayram Sizi qarşıdan gələn baharın hərarəti, yaxınlarınızın və dostlarınızın diqqəti və qayğısı ilə sevindirsin.

Sizə həyat yolunuzda daim uğurlar və nailiyyətlər, evinizdə sevgi və firavanlıq ab-havası diləyirəm. Möhkəm cansağlığı və ən xoş arzularımı qəbul edin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti