...

Bahar Muradova: Qanunsuz səfərlərin qarşısının alınması ilə bağlı ölkəmizi ittiham edənlər indi özləri bizim üsullardan istifadə edirlər

Siyasət Materials 15 Mart 2019 17:46 (UTC +04:00)
Qanunsuz səfərlərin qarşısının alınması ilə bağlı ölkəmizi ittiham edənlər indi özləri bizim üsullardan istifadə edirlər.
Bahar Muradova: Qanunsuz səfərlərin qarşısının alınması ilə bağlı ölkəmizi ittiham edənlər indi özləri bizim üsullardan istifadə edirlər

Bakı. Elçin Mehdiyev - Trend:

İşğal edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısının alınması ilə bağlı əvvəllər ölkəmizi ittiham edən bir çox beynəlxalq təşkilatlar və ölkələr artıq özləri də bu tip problemlərlə bağlı bizim tutduğumuz yoldan, yəni "qara siyahı"ların hazırlanmasından, giriş-çıxışa məhdudiyyətlər tətbiq olunmasından istifadə edirlər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentin bu gün keçirilən iclasında deyib.

Vitse-spikerin sözlərinə görə, bu onu göstərir ki, Azərbaycan düzgün yoldadır:

“Deməli, biz doğru yoldayıq və ona görə də hesab edirəm ki, işimizi bu səpkidə də davam etdirməliyik və ərazilərimizdə qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində yeni hüquqi istiqamətlərdən də istifadə etməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti