...

Aydın Mirzəzadə: Cəmiyyətdə ölkə başçısına etimad həddən artıq böyükdür

Siyasət Materials 29 Mart 2019 13:38 (UTC +04:00)
Cənab Prezident hər zaman Azərbaycan vətəndaşının yanında olub, onlara dəstək göstərib.
Aydın Mirzəzadə: Cəmiyyətdə ölkə başçısına etimad həddən artıq böyükdür

Bakı. Elçin Mehdiyev - Trend:

Yanan ticarət mərkəzi özəl olduğu üçün orada çalışan sahibkarlar öz əmlaklarını sığorta etdirməli və bu situasiyada öz haqlarını sığorta şirkətlərindən tələb etməli idilər. Məlum oldu ki, sığorta yoxdur və orada çalışan yüzlərlə vətəndaşımız bir günün içərisində öz əmlaklarından məhrum olub. Ancaq Azərbaycan dövləti hər bir zaman öz vətəndaşının yanında olduğunu, onların problemlərinin həllinə dəstək verdiyini bir daha göstərdi.

Trend-in xəbərinə görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, cənab Prezidentin bu məsələni operativ sürətdə müşavirədə müzakirəyə çıxarması və həmin sahibkarlara dövlət yardımının təşkil edilməsi göstərdi ki, ölkə başçısı 2003-cü ildə Prezident səlahiyyətlərinə başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” siyasətini həyata keçirir: “Cənab Prezident hər zaman Azərbaycan vətəndaşının yanında olub, onlara dəstək göstərib. Cəmiyyətdə ölkə başçısına etimad həddən artıq böyükdür. Bu, əlbəttə, böyük ruh yüksəkliyi, dövlətə daha da bağlılıq yaradır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti