...

Milli Məclisdə Nursultan Nazarbayevin fəaliyyəti yüksək qiymətləndirilib

Siyasət Materials 29 Mart 2019 13:47 (UTC +04:00)
Milli Məclisdə Nursultan Nazarbayevin fəaliyyəti yüksək qiymətləndirilib.
Milli Məclisdə Nursultan Nazarbayevin fəaliyyəti yüksək qiymətləndirilib

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycana dost olan Qazaxıstana uzun müddət rəhbərlik edən Nursultan Nazarbayev bu günlərdə istefa verdi. N.Nazarbayev Azərbaycanın böyük dostu, türk dünyasının böyük şəxsiyyəti kimi tanınır. Onun apardığı gərgin və zəngin fəaliyyət nəticəsində dünyada Qazaxıstan kimi nüfuzlu və güclü türkdilli dövlət formalaşdı.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, Qazaxıstan təkcə postsovet məkanında deyil, regionda və dünyada da nüfuzlu dövlətə çevrilib.

N.Nazarbayevin Azərbaycanla dostluğa xüsusi önəm verdiyini qeyd edən A.Mirzəzadə söyləyib ki, Qazaxıstan lideri Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı hərtərəfli müdafiə edib: “Buna görə də Azərbaycan cəmiyyəti, xalqı Nazarbayevi Azərbaycanın böyük dostu kimi qiymətləndirir, onun Qazaxıstan-Azərbaycan əlaqələrinin möhkəmlənməsində, türk dünyasının güclənməsində böyük əməyini qeyd edir”.

Deputat vurğulayıb ki, yeni Prezident Kasım-Jomart Tokayev də Azərbaycanın dostu kimi tanınır: “Biz inanırıq ki, Tokayev ilk səfərlərindən birini Azərbaycana həyata keçirəcək. Gözləyirik ki, Milli Məclisdə Qazaxıstan-Azərbaycan əlaqələri ilə bağlı çıxış da edəcək. Ona uğurlar arzulayır və əminik k, Tokayev prezidentliyi dövründə Nazarbayevin Azərbaycan, türk dünyası ilə bağlı, ümumiyyətlə, dünyada sülh və əmin-amanlığın güclənməsi istiqamətində siyasətini uğurla davam etdirəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti