XİN: Azərbaycan dəhliz mənasında NATO-ya hər hansı ərazisini vermir

XİN: Azərbaycan dəhliz mənasında NATO-ya hər hansı ərazisini vermir

Bakı. Trend:

Bu günlərdə bəzi kütləvi informasiya vasitələrində yayılan “Azərbaycan NATO üzv ölkələri üçün öz ərazisindən keçən dəhlizi bağlayır” ifadəsi həqiqətə uyğun deyil.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Məlumatda qeyd edilib ki, Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazisini vermir:

"Burada söhbət NATO-nun Əfqanıstanda həyata keçirdiyi və Azərbaycanın da iştirakçısı olduğu “Qətiyyətli Dəstək” missiyasının üzvlərinə ölkə ərazisindən, o cümlədən quru, hava və su məkanından sözügedən missiya çərçivəsində müvafiq yük daşımalarının həyata keçirilməsi üçün müvafiq imkanının təmin edilməsindən gedir. Belə bir təcrübə 2001-ci ildən mövcuddur. Bu imkanların təmin olunması üçün NATO üzv ölkələrinin müvafiq uçuş icazələrinin əldə edilməsi müraciətləri ikitərəfli əsaslarda nəzərdən keçirilir. Sözügedən müraciətlərə Azərbaycan tərəfinin müvafiq qayda və proseduralarına uyğun olaraq, eləcə də tərəfdaşlığın təməlini təşkil edən dövlətlərin bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə hörmət və əməkdaşlıq prinsipləri əsasında baxılır.

Bugünədək Azərbaycan məhz bu prizmadan yanaşaraq NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiyasına, eləcə də ümumiyyətlə bölgədəki sülh və təhlükəsizliyə öz töhfəsini verib. ABŞ və digər NATO ölkələri Əfqanıstana uçuşlarını məhz Azərbaycan ərazisindən istifadə etməklə həyata keçirirlər. Digər tərəfdən, bu gün Azərbaycan trans-regional əlaqələndirmə ölkəsi kimi tanınır. Azərbaycan ərazisinin quru və su məkanı üzərindən tranzit imkanları yaradılıb. 2017-ci ildən etibarən fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ötən ildən Ələt Beynəlxalq Dəniz Limanının tam fəaliyyətə keçməsi bu xüsusda yeni imkanlar açıb. Bir neçə NATO üzv ölkələri Əfqanıstana yük daşımalarını məhz bu yollardan istifadə etməklə təmin edirlər. Bütün bu qeyd olunanların müsbət dəyənləndirilməsinin davamı olaraq cari ilin 4 aprel tarixində Vaşinqtonda NATO Baş katibi mətbuat konfransında açıqlama ilə çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Alyansın yaxın tərəfdaşıdır və ölkəmiz beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq edir. Baş katib, həmçinin Azərbayanın NATO-nun “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini qeyd edib, bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Əfqanıstana daşımalar zamanı istifadə olunduğu və bu dəmir yolunun Alyansın “Qətiyyətli Dəstək” missiyasına mühüm töhfə verdiyini vurğulayıb. Vurğulamaq istərdik ki, Baş katib NATO ölkələrinin kollektiv mövqeyini təqdim edir və Baş katibin sözügedən bəyanatı da məhz bu əsaslarda verilib.

Bununla yanaşı, son günlər Almaniya mətbuatına sızılmış məlumatlar və ittihamlar anlaşılmazlıq yaratmaqla yanaşı, kiminsə qərəzliliyindən xəbər verir. Əsassız ittihamları özündə əks etdirən bu məlumatlar konkret faktlara əsaslanmır. Bir daha bildiririk ki, Azərbaycan müvafiq tərəfdaşlıq prinsipləri əsasında və beynəlxalq hüququn normalarına uyğun olaraq NATO üzv ölkələri ilə əməkdaşlıq edib, hazırda edir və gələcəkdə də bu əməkdaşlığı davam etdirməyə hazırdır.

Almaniya KİV-ə sızılmış məlumata istinadən müşahidə etdiyimiz uydurma kampaniya yanlışdır və Azərbaycan haqlı olaraq gözləyir ki, Almaniya hökuməti müvafiq şəkildə özü bu məsələni cavablandıracaqdır. Azərbaycan NATO üzv ölkələrinin müraciətlərinə bundan sonra da müvafiq şəkildə baxmağa davam edəcəkdir".

Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Loading Bars
Xəbər lenti
Qazaxıstanda koronavirusa daha 2 840 nəfər yoluxub
Dünya avtomobil şirkətləri bu ilin ilk yarısında istehsalı 2 milyon azaldacaq
Çexiya Aİ ölkələrindən aşılanan turistlər üçün sərhədləri açır
Fələstin-İsrail münaqişəsində vəziyyət nəzarətdən çıxa bilər - BMT-nin xüsusi koordinatoru
Rio-de-Janeyroda "Braziliya" ştammının yeni mutasiyası aşkarlanıb
ABŞ hərbi komandanlığı qüvvələrinin Əfqanıstandan sentyabra qədər çıxarılmasına əmindir
Braziliyanın paytaxtında silahlı toqquşma: ən azı 25 ölü
Qətərin korrupsiyada ittiham edilən maliyyə naziri işdən azad edilib
Kolumbiya mətbuatı Qarabağda Ermənistanın apardığı kütləvi minalama haqda yazıb
Türkiyədə son sutkada koronavirusdan 37 298 nəfər sağalıb
ABŞ-ın Çin raketini vurmaq planı olmayıb - Pentaqon
Xalq artisti Arif Quliyev vəfat edib
Dünyada ötən sutka koronavirusa 847 mindən çox yoluxma qeydə alınıb - ÜST
Ceyhun Bayramov “TRACECA”nın Baş katibi Aset Asavbayev ilə görüşüb (FOTO)
Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik - Türkiyə MN
Sabiq Maldiv prezidenti partlayış nəticəsində yaralanıb
Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın bölmə iclası keçirilib (FOTO)
Ölkəmizdə inşa edilən "Azərbaycan" Ro-Pax tipli gəmi İlk səfərini Bakı Limanından gerçəkləşdirəcək (FOTO/VİDEO)
Rusiya ilə ABŞ arasındakı münasibətlərin formatı barədə Putin qərar verəcək - ABŞ Dövlət katibi
Türkiyənin İraqdakı baş kosulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib
MDU-da “Sığorta biliklərinin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib
İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir - Samir Nuriyev (FOTO)
Qida əlavələrinin sənayedə istifadəsi
Azərbaycan İlahiyyat İnstitutu dekanının elmi məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Heydər Əliyevin siyasi fəaliyyəti hər zaman milli ideallara bağlı olub -Tamam Cəfərova
Energetika Nazirliyi və Masdar şirkəti hidrogen istehsalı üzrə birgə seminar keçirib (FOTO)
Mingəçevir Dövlət Universitetində tələbə və magistrantlara smart tələbə kartları təqdim olunub (FOTO)
Qlobal iqtisadi çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri (FOTO)
ATƏT-in hazırkı sədri Azərbaycanın 3 ermənini azad etməsini alqışlayıb
UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib (FOTO)
DGK bayram günləri gündəlik iş rejimində fəaliyyət göstərəcək
Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB
Qətərin maliyyə naziri həbs olunub
Yeni Galaxy A seriyası ilə enerji topla və # tükənməzenerji rəqs çellencində iştirak et
Mayın 7-nə USD/AZN rəsmi məzənnəsi
Bakıda bu yol müvəqqəti bağlanır
Baş Prokurorluğun xəbərdarlıq etdiyi Xalidə Bayramova vəzifəsindən azad olundu
ÜGT-nin sessiyalarının gündəliyində duran məsələlər müzakirə edilib (FOTO)
Yerevan üçtərəfli bəyanatın icrası ilə bağlı bütün səyləri göstərməyə hazırdır - Paşinyan
Azərbaycan Veteranlar Təşkilatından Sergey Lavrova müraciət: Xocavənddə faşist Njdeyə aid heykəlin sökülməsi vacibdir
21 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
Ombudsman beynəlxalq təşkilatlara müraciət edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verib
"Real Madrid" Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib
"Baku Book Center"də “Bir ömür belə keçdi” kitabının təqdimatı keçirilib (FOTO)
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi yad edilib (FOTO)
Əsl simalarını dünyaya göstərsək, onlara təsir edəcəklər - Deputat
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Paşinyan parlament seçkiləri üçün blok yaratmayacaq
Azərbaycanda 2 057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub
Bu il Azərbaycanda qeyri-neft ixracı artıb - Nazir
Koçaryan Paşinyanı məhkəməyə verdi - Ondan 4 min dollar istəyir
Qusarda qar daha çox bu ərazilərə yağıb
16 obyekt karantin qaydalarını pozduğuna görə cərimələnib
Hazırda 1200-dən çox şəxs daimi dövlət himayəsində yaşayır - Nazir
Odlar Yurdu Universitetində “Mən Qarabağam" layihəsi çərçivəsinə sərgi keçirilib (FOTO)
Bakıda piyada keçidinin üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib (VİDEO)
ATƏT Minsk qrupunun son bəyanatında "hərbi əsirlər" ifadəsini işlətməməsi Ermənistanı hiddətləndirib
Kazım Qurbanov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib
AzEduNet şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olacaq
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
Azərbaycanlı idmançılar üçün yaradılmış imkanlar heyrətləndirir - Ukraynalı məşqçi Milli Gimnastika Arenası haqqında (VİDEO)
Gəncə Dövlət Universiteti ulu öndərin anadan olmasının 98-ci ildönümü ilə bağlı beynəlxalq konfransa ev sahibliyi edib (FOTO)
Bugünədək 295 minə yaxın fermerə 121 milyon manatdan çox subsidiya ödənilib
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)
ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır
26 subartezian quyusunun qazılması üçün 1,82 milyon manat ayrılıb - Sərəncam
Ümummilli lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib (FOTO/VİDEO)
Şuşaya çəkilən ikinci yolda işlər sürətləndirilib (VİDEO)
Vətən Müharibəsi qəhrəmanları ilə bağlı mənzillər, xatirə yerləri tarixi abidə hesab olunacaq
Şuşada İsa Bulağına yol çəkiləcək
Azərbaycan səhiyyəsi Heydər Əliyevin müəyyənləşdirdiyi strateji yolla inamla addımlayır
Qarabağda “yaşıl enerji” zonasının yaradılması üçün Yaponiya şirkəti ilə müqavilə imzalanıb
Qarabağda dinc həyatın təmin olunması üçün həyata keçirilən prosesləri siyasiləşdirmək lazım deyil - Lavrov
Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları əbədiləşdiriləcək
Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir
Balıqçı gəmilərinin hərəkəti ilə bağlı qaydalar dəyişir
Qazaxıstan şirkəti Azərbaycanda “ağıllı" kənd və şəhər layihələrində iştirak edəcək
Bu şəxslərin dəfn mərasimi zamanı hərbi ehtiram göstəriləcək
İranda ötən sutka 338 nəfər koronavirusdan ölüb
Qəbələdə ağır yol qəzası - 3 ölü, 5 yaralı
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsi dünya ədəbiyyatında özünəməxsus yer tutur (FOTO)
İstanbulda yaşayış binası çökdü (VİDEO)
Dövlət Vergi Xidmətinə rəis təyin olundu - SƏRƏNCAM
Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edib (YENİLƏNİB)
Sabah 25 dərəcəyədək isti olacaq
Bundan sonra da vaksinlərin gətirilməsi təmin ediləcək - Teymur Musayev
Qarabağda vəziyyət normallaşıb, xırda insidentlərin qarşısı dərhal alınır - Lavrov
Körpüdə intihara cəhd olub - Yolda sıxlıq yaranıb (FOTO)
Kəndlərdə elektrik enerji təchizatı şəbəkəsi yenidən qurulur (VİDEO)
Azərbaycanda koronavirusa ən çox bu yaşda olanlar yoluxur
Ağdam rayonunun Qarapirimli kəndi (FOTO/VİDEO)
Zəfər yolu bu ilin sentyabrında istifadəyə veriləcək (FOTO/VİDEO)
Bayram günlərində məhdudiyyətlər olacaq? - Operativ Qərargah AÇIQLADI
Ölkəmizdə tətbiq olunan bütün vaksinlər təhlükəsiz və effektivdir - Teymur Musayev
Bu tarixdən Azərbaycanda yaşı 18-dən yuxarı şəxslərin vaksinasiyası başlayır - RƏSMİ
Xəstəxanalarda boşalan çarpayıların sayı artmaqdadır - Nazir müavini
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanların sayını iki dəfə keçib - Operativ Qərargah
İki-üç gün ərzində “Zəfər yolu” minalardan tam təmizlənərək təhvil veriləcək - Agentlik rəsmisi
Azərbaycanda vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaq - Teymur Musayev
Bütün xəbərlər