...

Ceyhun Bayramov: ADNSU-dakı məşum hadisə bizi terrora "yox" deməyə səsləyir

Siyasət Materials 30 Aprel 2019 12:36 (UTC +04:00)
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş verən məşum hadisə bizi terrora yox deməyə səsləyir.
Ceyhun Bayramov: ADNSU-dakı məşum hadisə bizi terrora "yox" deməyə səsləyir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) baş verən məşum hadisə bizi terrora "yox" deməyə səsləyir.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 10 il əvvəl baş verən terror aktına görə "faceboook" səhifəsində yazdığı başsağlığında qeyd edib.

Nazir qeyd edib: "Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində törədilən terror aktından 10 il keçir. İnsan tələfatı ilə nəticələnən qanlı qətl hadisəsi zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir və ailə üzvlərinə başsağlığı verirəm. Bu məşum hadisə şiddətə, terrora yox deməyə, bizi birləşdirən insani dəyərləri daha çox bölüşməyə səsləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti