...

Hamiltonda Zəfər Günü münasibətilə konsert təşkil edilib (FOTO)

Mədəniyyət Materials 11 Noyabr 2025 22:31 (UTC +04:00)
Hamiltonda Zəfər Günü münasibətilə konsert təşkil edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Kanadanın Hamilton şəhərində Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərin 5 illiyinə həsr olunan konsert proqramı təşkil edilib. Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Hamilton Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Konsert öncəsi qonaqlar Azərbaycanın görkəmli bəstəkarlarının portretləri və onlar haqqında məlumat stendləri ilə tanış olublar. Azərbaycan milli musiqi alətləri – tar, kamança və qaval haqqında məlumat verilib, maarifləndirici broşürlər paylanıb. Hamiltonda fəaliyyət göstərən dekorator Nərmin Məmmədovanın təşəbbüsü ilə yaradılan, Azərbaycan milli ruhunu əks etdirən guşələrdə milli geyim nümunələri, xalq sənətinə aid bəzək əşyaları və ölkəmizin tarixinə dair ekspozisiyalar böyük maraqla qarşılanıb.

Konsert Azərbaycan Respublikasının və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Koreya, Çin, Pakistan, Kanada, İsrail, Suriya, Ukrayna, Rusiya və digər ölkələrdən olan uşaqlar Azərbaycan musiqilərini böyük sevgi ilə ifa ediblər. “Lirik vals”, “Sarı Gəlin”, “Sevgili Canan” və “Ay Laçın” kimi əsərlərin səsləndirilməsi alqışlarla qarşılanıb. Konsertin yadda qalan anlarından biri “ENANA” Balet Akademiyasının üzvlərinin bəstəkar Qara Qarayevin “Yeddi Gözəl” baletindən “Slavyan gözəli” obrazını canlandırması olub. Ardınca həmin baletdən Vals kompozisiyasının təqdimatı maraqla qarşılanıb.

Konsertdə iştirakçılara, həmçinin 9 Noyabr – Dövlət Bayrağı Günü barədə məlumatlar verilib.
Proqramın bədii rəhbəri Şəbnəm Sevinc uşaqlara sertifikatlar və hədiyyə kartları təqdim edib.

Tədbir Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları ilə yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti