Bakı. Trend:
Türkiyə Xarici İşlər Nazirliyi İslamabadda məhkəmə binası yaxınlığında baş verən partlayışla bağlı Pakistana başsağlığı verib.
Trend xəbər verir ki, bu barədə Türkiyə XİN “X” sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda qeyd olunub: “Pakistanın paytaxtı İslamabadda bu gün (11 noyabr) baş verən terror aktını şiddətlə qınayırıq.
Hadisə nəticəsində həlak olanlara Allah rəhmət eləsin, yaralılara şəfa diləyirik.
Türkiyə terrorla mübarizədə Pakistanla həmrəyliyini davam etdirəcək.”
