Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı aparıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi “X” sosial media hesabında açıqlama yayıb.
Telefon danışığı zamanı Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsi ilə bağlı axtarış-xilasetmə işlərində son vəziyyət müzakirə olunub.
Gürcüstan Baş naziri qəzada həlak olan əsgərlərlə bağlı Prezident Ərdoğana başsağlığı verib, Türkiyə Prezidenti isə göstərilən dəstək və başsağlığı üçün Kobaxidzeyə təşəkkür edib.
