Bakı. Trend:
Amerikanın Google texnologiya şirkəti növbəti dörd il ərzində Almaniyada layihələrə 5,5 milyard avro investisiya qoymağı planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə “Der Spiegel” jurnalı şirkətin Almaniya əməliyyatlarının rəhbəri Filip Yustusun açıqlamasına istinadən yazıb.
Vəsaitlərin Hessen federal torpağının Ditsenbax şəhərində yeni məlumat mərkəzinin tikintisinə və Hanauda mövcud məlumat mərkəzinin genişləndirilməsinə yönəldilməsi nəzərdə tutulur.
Bundan əlavə, Google Berlin, Münhen və Frankfurtda iştirakını genişləndirəcək. Bu proqram Almaniyada şirkətin indiyə qədərki ən böyük investisiyası hesab olunur və 2029-cu ilin sonuna qədər ölkədə hər il təxminən 9000 yeni iş yerinin yaradılması planlaşdırılır.
