...

Azərbaycan Vişeqrad Qrupunun və Şərq Tərəfdaşlığı ölkələrinin görüşündə iştirak edəcək

Siyasət Materials 5 May 2019 20:27 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti mayın 6-sı Bratislavada (Slovakiya) keçiriləcək Vişeqrad Qrupunun və Şərq Tərəfdaşlığı ölkələrinin görüşündə iştirak edəcək
Azərbaycan Vişeqrad Qrupunun və Şərq Tərəfdaşlığı ölkələrinin görüşündə iştirak edəcək

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan nümayəndə heyəti mayın 6-sı Bratislavada (Slovakiya) keçiriləcək Vişeqrad Qrupunun və Şərq Tərəfdaşlığı ölkələrinin görüşündə iştirak edəcək.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayeva qeyd edib ki, görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Qeyd edək ki, Vişeqrad dördlüyü və ya V4 kimi də tanınan Vişeqrad Qrupu 4 Mərkəzi Avropa ölkəsinin - Polşa, Çexiya, Slovakiya və Macarıstan - birliyidir.

Şərq Tərəfdaşlığı 2009-cu ildə yaranmış Polşa-İsveç təşəbbüsüdür və Aİ-nin şərq qonşularını əhatə edən Avropanın qonşuluq siyasətinin bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti