Birinci vitse-prezident Mehriban Əliyeva: Əsas hədəf yeni xidmətlərin insanlara yönəlməsi və vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün rahat, asan etməkdən ibarətdir

Birinci vitse-prezident Mehriban Əliyeva: Əsas hədəf yeni xidmətlərin insanlara yönəlməsi və vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün  rahat, asan etməkdən ibarətdir

Bakı. Trend:

Əsas hədəf və məqsəd yeni xidmətlərin insanlara yönəlməsi və vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iyunun 24-də Bakıda, Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Birinci vitse-prezident Mehriban Əliyeva deyib:

"Cənab Baş katibin müavini, Zati-aliləri

Xanımlar və cənablar, hörmətli qonaqlar, əziz dostlar.

Sizin hamınızı Azərbaycanda salamlamaqdan məmnunam. Şərqi Avropa regionunda ilk dəfə təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumunu keçirməkdən şərəf hissi duyuruq. Bu tədbiri paytaxtımızda keçirmək qərarına görə BMT-yə təşəkkürümüzü bildiririk. Biz bunu Azərbaycanın dövlət xidmətləri sahəsində əldə etdiyi nailiyyətlərin dəyərləndirilməsi hesab edirik. Bu il keçirilən tədbirin mövzusu bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Bu, dünyanın müxtəlif yerlərindən gəlmiş, qərar qəbul edən yüksək rütbəli şəxslər üçün təcrübələrini bölüşmək, çağırışları müzakirə etmək və BMT-nin 2030-cu il gündəliyinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün faydalı platformadır. Bu prosesdə dövlət qurumlarının xalqımıza yüksək keyfiyyətli xidmətlər göstərmək və innovativ dəyişikliklərdə iştirak etmək bacarığı xüsusi rol oynayır. Bu baxımdan, mən fürsətdən istifadə edərək, bu gün sizinlə səmərəli dövlət qulluğu sistemi sahəsində Azərbaycanın uğurları ilə bölüşmək istərdim".

Azərbaycanın Birinci vitse-prezidenti vurğuladı ki, əsas hədəf və məqsəd yeni xidmətlərin insanlara yönəlməsi və vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir. “Vahid pəncərə” prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi ideyasının bu cür ərsəyə gəldiyini qeyd edən Mehriban Əliyeva ASAN adının Azərbaycan dilində, mənaca, həmçinin “asan” olduğunu vurğulayaraq dedi:

""ASAN xidmət" Azərbaycan Prezidentinin təşəbbüsü ilə genişmiqyaslı dövlət idarəçiliyi islahatlarının bir hissəsi kimi 2012-ci ildə təsis edildi. Xalq isə dərhal bu islahatları alqışladı. “ASAN xidmət” Bakıda kiçik pilot layihə ilə fəaliyyətə başladı. Həmin vaxt xalqın tələbatlarına şəffaf, əlçatan, səmərəli və rahat şəkildə cavab vermək məqsədilə bir neçə dövlət xidmətləri göstərən qurum bir binaya toplaşdı. ASAN dərhal əhali arasında o qədər populyarlaşdı ki, biz, bu uğurun davamı olaraq, göstərilən xidmətlərin sayını və növünü çoxaltmaq fikrinə gəldik və “ASAN xidmət” Azərbaycanın rayonlarında da açılmağa başlandı".

Nisbətən az müddət ərzində “ASAN xidmət”in insanların tələbatlarını həll etməkdə dövlət xidmətləri sahəsində yeni mədəniyyəti təqdim edən milli brendə çevrildiyini deyən Birinci vitse-prezident hazırda 10 “ASAN xidmət”in rayonlarda, 5 “ASAN xidmət”in isə Bakıda fəaliyyət göstərdiyini bildirdi. Planda bu ilin sonuna qədər əlavə 5 “ASAN xidmət”in rayonlarda, ikisinin isə Bakıda açmaq olduğunu diqqətə çatdıran Mehriban Əliyeva dedi:

"Görülmüş işlərin həcmi baxımından sizə bir rəqəmi təqdim edəcəyəm. 2013-cü ildən etibarən ASAN mərkəzlərində ölkə üzrə 30 milyondan artıq ərizəyə baxılmışdır. Bu gün həmin mərkəzlərdə 320 dövlət və özəl xidmət göstərilir. 12 müxtəlif dövlət qurumu və bir qrup özəl şirkətlər bir bina daxilində “ASAN xidmət”də təmsil olunurlar. Çox qısa müddət ərzində “ASAN xidmət” dövlət ilə vətəndaş arasında münasibətlərdə mərkəzi yeri tutdu".

“Vətəndaş rəyinin daimi monitorinqi bu layihənin uzun perspektivdə uğuruna xidmət edir”, - deyən Birinci vitse-prezident bu uğurun digər səbəbinin gənclərimizin fəal və geniş şəkildə iştirakı ilə bağlı olduğunu söylədi. Mehriban Əliyeva qeyd etdi ki, 2013-cü ildən başlayaraq 19 mindən artıq könüllü ASAN-ın işində iştirak edib. Onlardan 1100 nəfərinin müxtəlif “ASAN xidmət”lərdə tam ştatlı işlə təmin olunduğunu vurğulayan Birinci vitse-prezident dedi:

"Biz istedadlı, yüksək motivasiyalı və yaradıcı gənclərimizin ölkənin müasirləşməsində necə yaxından iştirak etməsini görməkdən fərəh hissi duyuruq. Müsbət təcrübəmiz beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etmişdir və 2015-ci ildə “ASAN xidmət” dövlət xidmətlərinin təchizatının təkmilləşdirilməsi kateqoriyasında BMT tərəfindən mükafata layiq görülmüşdür. Bizim ASAN ilə bağlı olan təcrübəmizin daha geniş regionda ən yaxşı təcrübə kimi izlənilməsinə görə fərəhlənirik".

Mehriban Əliyeva vurğuladı ki, bu ilin əvvəlində birinci bənzər mərkəz Kabildə açılıb, Əfqanıstandan olan 100-dən çox ekspertə ASAN tərəfindən təlim keçirilib. Birinci vitse-prezident yaxşı təcrübələrimizi başqa ölkələrlə paylaşmağı davam etdirməyə hazır olduğumuzu bildirdi, bu günədək ASAN-la müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında 10 anlaşma memorandumunun imzalandığını vurğuladı.

Mehriban Əliyeva qeyd etdi ki, biz bununla kifayətlənmirik və dövlət xidmətlərinin keyfiyyətini təkmilləşdirməyə davam edirik. İnsanlara proaktiv elektron xidmətlərin göstərilməsi üçün Asan my-gov portalının yaradıldığını, bununla da vətəndaşların, həmçinin onlayn xidmətdən yararlandığını diqqətə çatdıran Birinci vitse-prezident 2016-cı ildə ölkəmizdə ASAN-ın uğur hekayəsinin davamı olaraq ABAD adı altında digər sosialyönümlü xidmətin fəaliyyətə başladığını xatırlatdı. ABAD Azərbaycanın regionlarında kiçik ailə təsərrüfatı bizneslərinə yardım etmək və kiçik sahibkarlığı inkişaf etdirmək məqsədini daşıyan publik hüquqi şəxsdir. Bu layihənin reallaşmasında məqsədin ölkənin sosial və iqtisadi inkişafına vətəndaşların daha fəal və yaradıcı şəkildə cəlb edilməsi olduğunu, 400-ə yaxın üzvü olan ABAD-ın regionlarda işsizlik məsələsinin həlli üçün mühüm bir vasitəyə çevrildiyini bildirən Mehriban Əliyeva dedi:

"Xanımlar və cənablar, bu, vətəndaşlarımızın faydalanması üçün dövlət xidmətləri sahəsində islahatların aparılması üzrə Azərbaycanın təcrübəsinə dair kiçik bir xülasə idi. Müntəzəm paylanıla və araşdırıla bilən digər çoxsaylı nümunə və təcrübələrin mövcud olduğuna əminəm. Məhz buna görə Azərbaycan bilavasitə bu forumun nəticəsi olaraq Dövlət Xidmətlərinin Təchizi üzrə Müəssisələrin ASAN Assosiasiyasının yaradılması təşəbbüsünü irəli sürmüşdür. Ümid edirəm ki, bu yeni assosiasiya dövlət xidmətlərinin səmərəli təchizi üçün ekspertlər arasında dialoqu təşviq etmək məqsədi daşıyan əhəmiyyətli beynəlxalq bir alətə çevriləcəkdir. Bu, sözügedən sahədə bütün mövcud yaxşı təcrübələrdən istifadə etmək istəyində olanlara yardım edə bilər.

Əziz dostlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Mən hamınıza maraqlı və faydalı müzakirələr, forumun işinə böyük uğurlar arzu edirəm. Nəhayət, sizi Bakıda qaldığınız müddətdə boş vaxt tapıb bizim gözəl şəhərimizi kəşf etməyə və ənənəvi Azərbaycan qonaqpərvərliyindən həzz almağa dəvət edirəm. Təşəkkür edirəm".

Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi (FOTO)
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi (FOTO)
Mingəçevir Dövlət Universitetində tələbələrlə silsilə görüşlər keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetində tələbələrlə silsilə görüşlər keçirilib (FOTO)
Distant təhsilin müddəti uzadıldı - QƏRAR
Distant təhsilin müddəti uzadıldı - QƏRAR
Loading Bars
Xəbər lenti
ABŞ-ın Viskonsin ştatının qubernatoru Cosef Baydenin qalib olmasını təsdiq edib
"Moderna" şirkəti ABŞ-da COVID-19 peyvəndinin istifadəsi üçün sorğu göndərib
Xorvatiyanın baş naziri koronavirusa yoluxdu
"OPEK plus" ölkələri görüşü 3 dekabr tarixinə qədər təxirə saldı
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Bakıda "Opel" yanıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 496 mindən çox artıb
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 404 mini keçib
Bu gün Laçın rayonu Azərbaycana qaytarılır
Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub (FOTO)
Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb (VİDEO)
Türkiyə Parlamenti beynəlxalq hüququn müdafiəçisi kimi çıxış etdi
Rusiya ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin detalları müzakirə olunur - Hulusi Akar
Türkiyə koronavirusa qarşı tədbirləri sərtləşdirir
OPEK neft hasilatının səviyyəsinə dair qərarı 2021-ci il 1 dekabra qədər təxirə saldı
Bir sıra hökumət başçıları Baş nazir Əli Əsədovu doğum günü münasibətilə təbrik edib
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi (FOTO)
Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkür edib
“CIFAL” qrupunun prezidenti Azərbaycan Prezidentini təbrik edib
Gürcüstanda zəlzələ olub
Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb (FOTO)
Azərbaycan plastik istifadəsinin azaldılmasını hədəfləyir
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri Azərbaycana gətirilib (FOTO/VİDEO)
Azərbaycanda Rusiyalı həmvətənlərin ictimai təşkilatlarını Əlaqələndirmə Şurası Prezident İlham Əliyevə müraciət edib
Mingəçevir Dövlət Universitetində tələbələrlə silsilə görüşlər keçirilib (FOTO)
Türkiyəli deputat Şamil Ayrım Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Deputatlar bələdiyyələrdə yaradılmış gender əsaslı komissiyalar üçün seminar-təlimlərdə iştirak ediblər
Distant təhsilin müddəti uzadıldı - QƏRAR
Türkiyəli minaaxtaranlar işğaldan azad edilmiş Azərbaycan torpaqlarında əməliyyatlara başlayıb
28 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən olunub
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın yeni tərkibi təsdiqlənib
Ceyhun Bayramov moldovalı həmkarı ilə telefonla danışıb
Türkmən Həkimləri Dərnəyinin sədri Azərbaycan Prezidentini təbrik edib
18 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi (FOTO)
Yerevanda etiraz aksiyasında iştirak edənlər hücuma məruz qalıb (FOTO)
Yüklərin Azərbaycandan daşınması artıq yeni mərhələnin başlanmasının işarəsidir - Deputat
25 minə yaxın şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Paşinyan Putinlə görüşə nail ola bilmədi - Səfər ləğv edildi
Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi
Azərbaycanda 2 981 nəfər COVID-19-a yoluxub, 1 226 nəfər sağalıb, 31 nəfər vəfat edib
FHN-in Laçında yerləşəcək binasının lövhəsi hazırdır
Dekabrın 1-də manatın dollara qarşı məzənnəsi
Prezidentə yazırlar: Siz bu xalqın inamını özünə qaytardınız, onu bir yumruq kimi birləşdirdiniz
“Bərdə” gəmi-bərəsi təmirdən sonra istifadəyə verilib
Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib
Pakistan Senatının üzvü, partiya sədri Prezident İlham Əliyevi təbrik edib
İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident
İraq Parlamentinin Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Laçının qayıdışını böyük səbrsizliklə gözləyirik, o da qayıtsın, tam olaq, arzumuza çataq - Deputat
Roberto Karlos və gənc azərbaycanlı futbolçular - Onlayn dünya çempionatının püşkü atılıb
Azərbaycanda dosent koronavirusdan dünyasını dəyişdi
BNA 3,5 milyon manatlıq müqavilə imzalayıb
Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi
İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana dəstək
Carlsberg Azerbaijan və AzərŞəkər şirkətləri əməkdaşlıq memorandumu imzalayıblar (FOTO)
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi (FOTO)
Erməni xalqı Paşinyanı bağışlamayacaq - Sabiq prezident
Dəmiryolçu şəhidlərimizi tanıyaq (FOTO)
Şəhid anası: Oğlum öz şəklinə baxıb dedi ki, bir gün bu şəkildə şəhid görəcəksən (FOTO)
İşğaldan azad olunan ərazilərə səfər etməyin - Baş Prokurorluqdan xəbərdarlıq (VİDEO)
PAŞA Bankın “Onlayn biznes krediti” məhsulu ilk beynəlxalq mükafatını aldı
Ermənistan təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98-ə çatdı - Prokurorluq
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib (FOTO)
Yelo Bank-dan mikrokreditlərə tam yeni yanaşma
Yaşayış yerini tərk edən aktiv COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
İranda sutka ərzində 13 mindən çox şəxs koronavirusa yoluxub
“AccessBank” mülki müdafiə təlimlərini davam etdirir (FOTO)
Qazax sakinindən narkotik vasitə götürülüb (FOTO)
Bitkoin 4 faiz bahalaşıb
Şuşa yolunun minalardan təmizlənməsinə başlanılıb - ANAMA
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək (ƏLAVƏ OLUNUB) (FOTO)
Azərbaycanda zərərsizləşdirilən minaların sayı açıqlandı
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
İranlı alim necə öldürüldü? - Sui-qəsdin təfərrüatları
ANAMA-dan vətəndaşlara müraciət: Azad edilmiş ərazilərə getmək təhlükəlidir
İndiyə qədər Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb
İpoteka Fondunun bazasına yeni mənzillər əlavə olunacaq
Qarabağda dağıdılmış qəbiristanlıqlar, tövləyə çevrilmiş məscidlər gördüm - Məşhur fotoqraf (FOTO)
YARAT Müasir İncəsənət Məkanı “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Bakıda avtomobillərin qiyməti nə zaman ucuzlaşacaq?
Sərt karantin rejiminin qayıtmasını istəmiriksə, qaydalara əməl edək - Naqif Həmzəyev
ADA Universiteti "Mənim Qarabağım" mövzusunda onlayn mühazirələrə başlayıb (FOTO)
Yerevanda əsgər anaları yenidən toplaşdı
İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən verilən ipoteka kreditlərinin həcmi açıqlanıb
16 yaşlı Cavan - Xocalı soyqırımının daha bir itkini (VİDEO)
Moldova prezidenti hökuməti istefaya çağırdı
Yoluxma sayının artması səhiyyə sistemimizi çıxılmaz vəziyyətə sala bilər - Deputat
Səbaildə yeni elektron layihə (VİDEO)
Dekabrda bəzi ərazilərdə temperatur normadan yüksək olacaq - Aylıq proqnoz
Aztəminatlı tələbələrin təhsil haqqı ilə bağlı müraciətlərinin qəbulu sabah başa çatır
Koronavirusla bağlı 111 ictimai iaşə müəssisəsində pozuntu aşkarlandı (FOTO)
Karxanaların Kürə təsiri açıqlandı
Polşadakı Azərbaycan evində "Müzakirə Klubu" fəaliyyətə başlayıb (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Bu il fermerlərə 65 milyon manatdan artıq kredit ayrılıb
Evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb (VİDEO)
Mövcud yoluxma səviyyəsi sərt karantinin tətbiqini qaçılmaz edir - XƏBƏRDARLIQ
Bütün xəbərlər