Ziyafət Əsgərov: Ulu Öndər Heydər Əliyev uzaqgörən siyasəti ilə Azərbaycan üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi

Ziyafət Əsgərov: Ulu Öndər Heydər Əliyev uzaqgörən siyasəti ilə Azərbaycan üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi

Bakı. İlhamə İsabalayeva - Trend:

Ulu Öndər Heydər Əliyev düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, gələcək inkişafın strateji hədəflərini müəyyənləşdirdi və Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi.

Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov deyib.

Z.Əsgərovun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda Bakı şəhərində keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda yekdilliklə Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsinə seçilməsi Azərbaycanın gələcək inkişaf yoluna üfüqdən doğan günəşin şəfəqləri kimi aydın işıq saçdı. Həmin tarixdən bizi ayıran ötən 50 ilin parlaq və şanlı səhifələri Ulu Öndərin mənalı və şərəfli ömür yolu ilə ayrılmaz vəhdət təşkil edir.

MM sədrinin birinci müavini əlavə edib ki, 1969-1982-ci illər ərzində Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin hazırlayan Ulu Öndər respublikada milli ruhun və azərbaycançılığın sovet ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını almaqla onun dirçəldilməsi istiqamətində böyük işlər gördü, mövcud imkanlardan bacarıqla istifadə etdi: "Təhlil və araşdırmaların təsdiq etdiyi kimi, xalqın tarixi yaddaşının özünə qaytarılması ideoloji təməl prinsipləri əsasında milli ruhun yeni yüksəlişini təmin etdi. Hər bir azərbaycanlının qəlbində illərdən bəri sönməyən milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün respublikada sağlam mühit formalaşdırdı, xalqın maddi rifah halının yaxşılaşması üçün yeni mərhələyə keçməyə şərait yaratdı. Heydər Əliyevin qətiyyəti sayəsində sovet hökuməti Azərbaycanla bağlı hərtərəfli tərəqqini və dayanıqlı inkişafı nəzərdə tutan mühüm qərarlar qəbul etdi. Azərbaycanın inkişafı üçün tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar həmin dövrdə və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyən edirdi. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyevin bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə apardığını vurğulayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir ki, sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olurdu".

Z.Əsgərov qeyd edib ki, ölkədə inkişaf proqramlarının reallaşdırılması ilə paralel olaraq milli mənəviyyatın təşəkkül tapması, tarixi soy-kökə qayıdış, azərbaycançılıq dünyagörüşünün bərqərar olunması həyata keçirilən siyasətin əsas xəttini təşkil edirdi. Bu dövrdə milli təhsilin, elmin, mədəniyyətin inkişafına göstərilən diqqət və qayğı Azərbaycanda hazırda, sözün əsl mənasında, intibah dövrü kimi qəbul olunan inkişaf mərhələsinin əsasını qoydu. Heydər Əliyev SSRİ-nin ali hərbi məktəblərinə oxumağa gedən gənclərin milli tərkibinə də xüsusi əhəmiyyət verirdi. Məhz Ulu Öndərin təşəbbüsü sayəsində xarici ölkələrin ali məktəblərində təhsilalanlar sonradan Azərbaycana qayıdaraq xalqa, millətə, vətənə ləyaqətlə xidmət etdilər. Bu xidmətin yüksək səviyyədə həyata keçirilməsi Azərbaycanın inkişaf və tərəqqisində də özünü təsdiqləyirdi.

Birinci vitse-spiker bildirib ki, Heydər Əliyev ittifaqda artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, ittifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu. Bir sözlə, Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan Sovet İttifaqının qabaqcıl respublikalarından birinə çevrildi: "Müstəqilliyin ilk illərində ölkəmiz üçün olduqca mürəkkəb və çətin bir dövrdə öz xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirən Heydər Əliyev respublikada baş alıb gedən xaos və anarxiyaya qısa zaman kəsiyində son qoydu. 1993-cü ilin iyunun 9-da Bakıya gələn və iyunun 15-də Ali Sovetin Sədri seçilən Ulu Öndərin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin, eləcə də ölkədə cinayətkarlığın qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu, mütəşəkkil ordu yaradıldı və dövlət müstəqilliyi qorunub saxlanıldı. Ulu Öndər Azərbaycanın ilk demokratik Konstitusiyasının hazırlanmasına və qəbul edilməsinə nail olmaqla ölkədə hüquqi demokratik dövlət quruculuğunun əsasını qoydu".

Z.Əsgərov vurğulayıb ki, bu gün Prezident İlham Əliyev əsası ümummilli lider tərəfindən qoyulan daxili sabitlik sahəsində qazanılmış nailiyyətləri siyasi həmrəyliyin təmin olunması və milli birliyin möhkəmləndirilməsi istiqamətində daha da inkişaf etdirmiş, faktiki olaraq, dönməz etmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi, elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanmış, regionun lider dövlətinə çevrilmişdir.

"Yelo Bank" avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair tender keçirir
"Yelo Bank" avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair tender keçirir
"Kapital Bank" "Sberbank" ilə əməkdaşlığını davam etdirir
"Kapital Bank" "Sberbank" ilə əməkdaşlığını davam etdirir
"Unibank"dan kənd təsərrüfatı krediti götürmək daha da asan oldu
"Unibank"dan kənd təsərrüfatı krediti götürmək daha da asan oldu
Loading Bars
Xəbər lenti
Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi
Nihat Şenyuva: Azərbaycan Beynəlxalq Bankında informasiya texnologiyaları mütəxəssisləri üçün çox uyğun şərait var
"Yelo Bank" avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair tender keçirir
Norveçdə torpaq sürüşməsi yaşayış məntəqəsini dənizə apardı (VİDEO)
Rauf Əliyev: Azərbaycanda koronavirus pandemiyası dövründə də sosial layihələr uğurla həyata keçirilir
Abşeron Dairəvi dəmir yolu xəttinə əlavə qatarlar buraxıldı - CƏDVƏL
Sabah Bakıda 29 dərəcə isti olacaq, rayonlarda isə dolu gözlənilir
Polis suda boğulan azyaşlını xilas etdi
İsveçdə işığı yandırıb-söndürmək üçün işçi axtarılır - Maaş 2300 dollar
Bu il gec işə salınan Bakı fəvvarələri - onların vəziyyəti nə yerdədir? - RƏSMİ
Aİ pandemiyanın təsirlərinin aradan qaldırılmasında Azərbaycana dəstək göstərməyə hazırdır (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Bakı sakini Gürcüstan vətəndaşını aldadıb 10 min dollarını aldı
Bu il Bakıda kişi və qadın idman gimnastikası üzrə Avropa çempionatları keçirilə bilər
Bitki dərmanından zəhərlənən qadın xəstəxanada öldü
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdir (FOTO)
"Kapital Bank" "Sberbank" ilə əməkdaşlığını davam etdirir
Daşkəsəndə qardaş bacısını odun parçası ilə qətlə yetirdi
Avtomobil bazarında son durum - Pandemiyanın qiymətlərə təsiri
Koronavirusa inanmayanların gətirdiyi əsaslar, şübhələr və cavabları (FOTO)
Belarusda yeni Baş nazir təyin olunub
DSX və Hərbi Prokurorluğun generalları Ermənistanla sərhəddə olublar
Türkiyədən Afrikaya tibbi yardım
Əli Əhmədov: Heydər Əliyev unudulmur və unudulmayacaq
Üç gün ərzində 3 saylı Bakı DOST Mərkəzində 1790 vətəndaşa xidmət göstərilib (FOTO)
Dəniz səfirlərinin video konfransı keçirilib (FOTO)
Rusiyada daha 169 nəfər koronavirusdan ölüb
Banklar 100-ə yaxın şəxsə kiçik biznes qurmaq üçün aktivlər təqdim edib (FOTO)
Koronavirusa yoluxan azərbaycanlı jurnalist: Avtobusda maskadan istifadə etmirdim
Sosial şəbəkə mərəzliləri: onlar xalqa və dövlətə qənim kəsiliblər - "Politşou" təqdim edir (Videolayihə)
Azərbaycan nefti bahalaşır
DİM onlayn imtahanların keçirilməsi üçün xüsusi proqram hazırladı
İspaniya iyulun 1-dən turistləri qəbul edə bilər
Mütəxəssis: "Koronavirus xəstəliyi yoxdur" deyənlər cahil insanlardır
Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçdi
Çində məktəblilərə hücum - 40 yaralı
ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun onlayn iclası keçirilib
“Həkimlərimizi tanıyın!”: Mama-ginekoloq, t.f.d.Təranə Bayramova
Bu il 100 min hektaradək ərazidə təkrar qarğıdalı əkini aparıla bilər
"Unibank"dan kənd təsərrüfatı krediti götürmək daha da asan oldu
Yeni yaradılan liseylərə qəbul qaydaları açıqlandı
Ölkəyə qanunsuz gətirilən siqaretlər müsadirə olundu (FOTO)
ABŞ-da polisin öldürdüyü Corc Floydun koronavirusa yoluxduğu məlum oldu
Çempionlar Liqasının final mərhələsi Rusiyada keçirilə bilər
Zaqatalada 2,6 ton çətənə kolu məhv edildi (FOTO)
Bakı Slavyan Universiteti yaz semestrinin imtahan sessiyasına tam hazırdır
Naqif Həmzəyev: Təkliflərimdən reallaşanı da var, həllini gözləyəni də (MÜSAHİBƏ)
Ermənistanda bir gündə koronavirusa 700-ə yaxın yoluxma qeydə alınıb
"İçərişəhər" ziyarətçiləri üçün xüsusi aksiya keçirildi (FOTO)
Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey yaradılıb
Braziliyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb
Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi açıqlanıb
Beşinci mərtəbədə narkotik yetişdirən "Pedro" tutuldu (FOTO)
Yunanıstanda ABŞ səfirliyinə hücum edilib
Azərbaycan turizm sahəsinin təkrar işə düşməsinə hazırdır
İspaniyada ölüm səviyyəsi 24 faiz artıb
Bakı sakini taksidə qarət olundu
Sabunçuda istifadəsiz kafedə oğurluq oldu
Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək - SİYAHI
Keçmiş məhkum 6 kiloqram narkotiklə tutuldu
İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri
Bakıda keçmiş məhkum marşrutda 15 yaşlı oğlanı qarət etdi
11 vakant müəllim yeri sistemdən silinib - Murad Camalzadə
Ermənistan atəşkəsi 22 dəfə pozub
Vakansiyaların gizlədilməsi ilə bağlı sorğuların 75%-i əsassız olub - Təhsil Nazirliyi
ABŞ-da koronavirusa yoluxanların sayı 1,9 milyonu keçib
Türkiyədə komendant saatının yenidən tətbiq olunmasına münasibət bildirilib
Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - "Azərsu"
Niderlandda kafenin terrasında avtomobil insanları vurub
Liviya MSH döyüşçüləri Tripoli hava limanını Haftar qüvvələrindən geri alıblar
Sabirabadda yanğın olub
Moskvada koronavirusdan 60-dan çox insan ölüb
Vaşinqtonda komendant saatı daha bir gün uzadılıb
Ağdaşda "VAZ" yanıb
Biləsuvarda zəlzələ qeydə alınıb
Dünyada koronavirusdan 600-dən çox tibb bacısı ölüb
DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib
Rəşad Mahmudov: Koronavirusa yoluxmaların artması həftə sonları sərt karantin rejiminin tətbiqini zərurətə çevirir
Bakıda avtobus yanaraq kül oldu (FOTO)
Musa Quliyev: Hazırki vəziyyət həftə sonu ciddi karantin rejiminin tətbiq edilməsini zəruri edir
Almaniya Avropanın 29 ölkəsinə səyahət məhdudiyyətini aradan qaldıracaq
Türkiyədə koronavirusdan sağalanların sayı 130 min nəfəri ötüb
"Renault" Fransadan 5 milyard avro kredit alacaq
Dünyada koronavirusa yoluxma riskinin daha yüksək olduğu hava limanları - SİYAHI
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir
Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq
Prezident İlham Əliyev: Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür
48 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 hakim isə korrupsiya əməllərinə görə istintaqa verilib
Azərbaycan Prezidenti: Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir
Hindistanda kimya zavodunda partlayış: 5 ölü, onlarla yaralı var
Prezident İlham Əliyev: Tərtər rayonu cəbhə bölgəsində yerləşir və təbii ki, bu rayona diqqət həmişə yüksək səviyyədə olub
Azərbaycan Prezidenti: İdmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır
Prezident İlham Əliyev: Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmamışdır
AMFA Azərbaycanda qadın sahibkarlığına dəstək barədə
BMTM “Covid-19 böhranı zamanı çoxtərəfliliyin müqəddəratı” adlı vebinar keçirib (VİDEO)
Könüllülərin növbəti əlaqələndirmə görüşü baş tutub
DİN: Metroda polisə müqavimət göstərən 5 nəfər barəsində cinayət işi açılıb
İmtahanlarla bağlı Operativ Qərargahdan AÇIQLAMA
TƏBİB: İşçilər 3 qrupa bölünsün və ayrı-ayrı saatlarda işə gəlsinlər
Operativ Qərargah: Bu vəziyyət davam etsə, sərhədlərin açılması gözlənilmir
Bütün xəbərlər