Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib (YENİLƏNİB 2) (FOTO)

Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib (YENİLƏNİB 2) (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsini qəbul edib.

Səfir Luis Antonio Dimate Kardenas fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Luis Antonio Dimate Kardenas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Kolumbiyanın səfirinin Azərbaycanda fəaliyyətə başlamasının önəmini qeyd edərək, bunu tərəfdaşlıq əlaqələrimizin göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanla Kolumbiya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu bildirərək iqtisadi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğuladı. Dövlətimizin başçısı bu baxımdan ticarət, qarşılıqlı investisiya sahələrində əlaqələrin qurulması üçün yaxşı potensialın mövcud olduğunu dedi. Prezident İlham Əliyev Luis Antonio Dimate Kardenasın səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Luis Antonio Dimate Kardenas, ilk növbədə, Kolumbiya Respublikasının Prezidenti İvan Duke Markesin salamlarını dövlətimizin başçısına çatdırdı.

Luis Antonio Dimate Kardenas Azərbaycana səfir təyin olunmasından məmnunluq hissi keçirdiyini qeyd edərək ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Səfir Azərbaycanın sosial-iqtisadi sahələrdə böyük uğurlar qazandığını vurğulayaraq bununla bağlı dövlətimizin başçısına təbriklərini çatdırdı. O, ikitərəfli siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyərək iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı.

Dövlətimizin başçısı Kolumbiya Respublikasının Prezidenti İvan Duke Markesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kolumbiya Prezidentinə çatdırmağı xahiş etdi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun etimadnaməsini qəbul edib.

Səfir Yubazlan Bin Yusof fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Yubazlan Bin Yusof etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Azərbaycanla Malayziya arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirərək ölkəmizin iqtisadi, ticarət, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi. Dövlətimizin başçısı Azərbaycanla Malayziyanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birini dəstəkləməsinin önəmini qeyd etdi. Azərbaycan Prezidenti İlham Əliyev Yubazlan Bin Yusofun səfirlik fəaliyyəti dövründə əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Yubazlan Bin Yusof Malayziyanın ali rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı. Yubazlan Bin Yusof fəaliyyəti dövründə münasibətlərimizin inkişafı, xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Malayziyanın ali rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziyanın ali rəhbərliyinə çatdırmağı xahiş etdi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin etimadnaməsini qəbul edib.

Səfir Muriel Peneveyre fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Muriel Peneveyre etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Azərbaycanla İsveçrə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və fəal dialoqun aparıldığını qeyd etdi. Dövlətimizin başçısı İsveçrə Prezidenti ilə bu ilin yanvarında keçirdiyi görüşü məmnunluqla xatırladı. Prezident İlham Əliyev İsveçrə Prezidentlərinin Azərbaycana səfərlərinin, Davos Forumu çərçivəsində yüksək səviyyəli mütəmadi görüşlərin əlaqələrimizin möhkəmləndirilməsinin yaxşı nümunəsi olduğunu dedi. Dövlətimizin başçısı iqtisadi əməkdaşlıq, qarşılıqlı investisiya qoyuluşu sahələrində əlaqələrin dinamik inkişaf etdiyini bildirdi, İsveçrənin çoxlu sayda şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, mühüm layihələrin icrasında iştirak etdiklərini qeyd etdi.

Azərbaycanda səfir təyin olunmasından şərəf duyduğunu bildirən Muriel Peneveyre səfirlik fəaliyyəti dövründə əlaqələrin genişləndirilməsi, o cümlədən ölkəmizin regionlarının daha yaxşı tanınması istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi. O, bu yaxınlarda Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etdiyini məmnunluqla qeyd edərək Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin etimadnaməsini qəbul edib.

Səfir Volfqanq Maniq fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Volfqanq Maniq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə uğurla inkişaf etdiyini bildirərək əlaqələrimizin bundan sonra daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev münasibətlərimizin inkişafında yüksək səviyyəli səfərlərin önəminə toxunaraq ötən il Federal Kansler xanım Angela Merkelin Azərbaycana səfəri zamanı ikitərəfli münasibətlərin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını qeyd etdi və bildirdi ki, bu səfər əlaqələrimizin daha da genişlənməsinə əsaslı təkan vermişdir. Almaniya şirkətlərinin uzun illərdir Azərbaycanda sənaye, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə uğurlu fəaliyyət göstərdiyini bildirən dövlətimizin başçısı bu şirkətlərin qeyri-enerji sektorunda, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində də fəal iştirak etdiklərini vurğuladı. Prezident İlham Əliyev qeyri-enerji sektorunun inkişafının Azərbaycanda prioritet sahə olduğunu bildirərək bu istiqamətdə son illər böyük uğurlar qazanıldığını dedi.

Ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin vacibliyinə toxunan Prezident İlham Əliyev 200 il bundan əvvəl Azərbaycanda məskunlaşmış almanların mədəni irsinə dövlətimiz tərəfindən qayğı göstərildiyini bildirdi.

Dövlətimizin başçısı Volfqanq Maniqin fəaliyyəti dövründə əlaqələrimizin uğurlu inkişafının davam etdiriləcəyinə ümidvar olduğunu dedi.

Ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafına toxunan səfir Volfqanq Maniq Azərbaycanın Almaniya üçün Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaş olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanın enerji, sənaye və qeyri-neft sahələrinin inkişafında, iqtisadiyyatın şaxələndirilməsi üzrə əməkdaşlıqda maraqlı olduğunu bildirdi.

Volfqanq Maniq, öz növbəsində, 200 il bundan öncə Azərbaycanda məskunlaşmış almanların tarixi-mədəni irsinin qorunub saxlanılması məqsədilə Azərbaycan tərəfindən görülən işlərin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin etimadnaməsini qəbul edib.

Səfir Qo Min fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xanım Qo Min etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək yüksək səviyyəli görüşlərin əlaqələrimizin inkişafında rolunu qeyd etdi. Bu ilin aprelində Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün Çinə səfərini xatırlayan Prezident İlham Əliyev bu səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşünün ölkələrimizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bir daha göstərdiyini qeyd etdi. Dövlətimizin başçısı bu səfər çərçivəsində iqtisadiyyat, sənaye, investisiya sahələrini əhatə edən 10 mühüm sənədin imzalanmasının ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmini vurğuladı. Prezident İlham Əliyev, eyni zamanda, 2015-ci ildə Çin Xalq Respublikasına dövlət səfərinin əlaqələrimizin inkişafında mühüm rol oynadığını diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanla Çinin iqtisadi əməkdaşlığı uğurla inkişaf edir və bu baxımdan bu yaxınlarda Çinin Sian şəhərindən Azərbaycana yük qatarlının gəlməsi nəqliyyat sahəsində əlaqələrin yaxşı perspektivlərə malik olduğunu nümayiş etdirir. Prezident İlham Əliyev, eyni zamanda, bildirdi ki, Çindən Azərbaycana gələn turistlərin sayının artması da əlaqələrin inkişaf etməsinin yaxşı göstəricisidir.

Səfir Qo Min, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Qo Min ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğu bir dövrdə Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu dedi. Səfirlik fəaliyyəti dövründə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına son səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə əldə olunmuş mühüm razılaşmaların reallaşdırılması istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi. Səfir mühüm məsələlərlə bağlı ölkələrimizin bir-birini dəstəkləməsini münasibətlərimizin inkişaflının mühüm göstəricisi kimi dəyərləndirdi. Azərbaycanın çox gözəl ölkə olduğunu bildirən Qo Min respublikamıza Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bundan sonra da uğurlu inkişaf arzuladı.

Dövlətimizin başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Çin Xalq Respublikasının Sədrinə çatdırmağı xahiş etdi.

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
Onlayn BirKart sifariş et, 22 AZN qazan
Gəncə avtomobil zavodu İB-də traktor istehsalı 2 dəfə artıb
Polis nişanlısının qollarını sındıran şəxsi axtarır
Sahibkarlıq sahəsində daha 1 il yoxlamalar aparılmayacaq
Avropada qazın qiyməti il ərzində altı dəfə artıb
Vikipediyanın ingilis dilində 20 Yanvar şəhidlərinin siyahısı yaradılıb
Əmək müqavilələrinin sayı artıb - Mikayıl Cabbarov
Tərtərdə müştərilərə qəlyan təklif edən kafenin icarədarı cərimələnib
Mal-qara oğruları saxlanılıb (FOTO/VİDEO)
Azərbaycan nefti bahalaşır
"Barselona" Dembeleni icarəyə verir
Bərdədə polis əməkdaşına xəsarət yetirilib
Azərbaycanda 4 günlük iş rejimi tətbiq edilə bilər?
İrandan Azərbaycana 22 kiloqramdan artıq narkotik keçirilməsinin qarşısı alınıb (FOTO)
COVID-19 xəstələri ilə işin təşkili mövzusunda vebinar keçiriləcək
Respublika yollarında vəziyyət açıqlanıb
Qarlı hava rayonlara hərəkət edən avtobus reyslərinə necə təsir edib?
Ceyranbatan sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərə yalnız 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları səfər edə bilər - Nazirlik
Bakıda uşağın ayağı eskalatorun pilləkənləri arasında qalıb (FOTO/VİDEO)
Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
Bakıda sərnişin avtobusu ilə TIR toqquşub, xəsarət alan var (FOTO)
Salyanda avtoxuliqan saxlanılıb (FOTO/VİDEO)
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Xarici valyutaların manata qarşı məzənnələri
Bakıda yük avtomobili yanıb
Sumqayıtda iki minik avtomobili toqquşub
Bakıda məcburi köçkünlərin yaşadığı tikililər yanıb
"Netflix" abunəçilərinin sayı ilin sonunda gözləniləndən aşağı olub
Tovuzda ikimərtəbəli ev yanıb
2022-ci ili Qarabağa sərmayələr ili adlandırmaq olar - Mövlan Paşayev (Müsahibə) (FOTO/VİDEO)
Türkiyədə ötən sutka koronavirusa 70 mindən artıq yoluxma qeydə alınıb
"Twitter"in işində qüsurlar yaranıb
Afrikada 2,8 milyon doza peyvənd yararsız hala gəlib
20 Yanvar şəhidlərinin xatirəsi Strasburqda anılıb (FOTO)
BMT Holokostun inkarını pisləyib
Avstriyada koronavirusa qarşı vaksinasiya məcburi edilib
Türkiyə ilə Salvador arasında əməkdaşlıq üzrə bir sıra razılaşmalar imzalanıb
İngiltərə Liqa Kubokunun ikinci finalçısı müəyyələşib
Ötən gün koronavirusa 3,7 milyondan artıq yoluxma halı qeydə alınıb - ÜST
Türkiyə Ermənistanla danışıqların Yerevan və ya Ankarada keçirilməsini istəyir
Yunan-Roma güləşi üzrə Dünya Kuboku Bakıda keçiriləcək (FOTO)
Ceyhun Bayramov Vyanada 20 yanvar faciəsinə həsr olunmuş tədbirdə iştirak edib (FOTO)
Azərbaycanda avtomobil benzininin istehsalı artıb
Avropada qazın qiyməti min kubmetr üçün 900 dolları keçib
Bakıda mənzildən qadın meyiti tapılıb
Ceyhun Bayramov OPEC-in baş katibi ilə görüşüb (FOTO)
Ceyhun Bayramov avstriyalı nazirlə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib
Tehran Rusiya qazının Azərbaycandan İranın cənubuna svop tədarükünü təklif edib
Türkiyə və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Özbəkistanda 5 yaşdan yuxarı uşaqların peyvənd olunmasına icazə verildi
Azərbaycanda mobil operatorların illik gəlirləri açıqlanıb
Ankara Putin-Zelenski görüşünə ev sahibliyi etmək niyyətindədir - Ərdoğan
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Mustafa Şentop 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Türkiyə ordusu 4 il ərzində 6 mindən çox terrorçunu zərərsizləşdirib
Naxçıvan Qarnizonu Qoşunlarında 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib (FOTO)
Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatının artımını proqnozlaşdırır
ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli 4 ukraynalıya qarşı sanksiyalar tətbiq edib
ADPU kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib (FOTO)
Prezident İlham Əliyev Fransa Prezidenti Kabinetinin müşavirini və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib (VİDEO) (YENİLƏNİB)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 186 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib
Gənclər təşkilatlarının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Can Azərbaycanın müstəqilliyi üçün həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram - Fuat Oktay
Acunun İngiltərədə klub aldığı rəsmiləşdi
Saatlıda ərzaq mağazası yanıb
Ukraynada 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə fotosərgi açılıb (FOTO/VİDEO)
MDU-nun Tələbə Gənclər Təşkilatı 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr edilmiş tədbir keçirib (FOTO)
AHİK-in rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı dəhşətli cinayəti - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 189 faiz yerinə yetirib
MDU-da 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş sərgi-stend hazırlanıb
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini açıqlayıb
Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)
Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb
Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb - AAYDA
Azərbaycan Ordusunda 20 Yanvarla bağlı silsilə tədbirlər keçirilib (FOTO/VİDEO)
Şamaxı - Dəmirçi avtomobil yolunun bəzi hissələri buz bağlayıb (VİDEO)
Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar (FOTO)
Ağdamda Şəhidlər Xiyabanı ziyarət olunub (VİDEO)
Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (VİDEO)
Qanunsuz hərbi forma geyinənlər 500 manat cərimə oluna bilər (VİDEO)
İranda daha 20 nəfər koronavirusdan ölüb
Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Qaxda avtomobillər toqquşub, ölən və yaralanan var
Ötən il 8800-dən çox ahıl və əlil şəxsə evində sosial-məişət xidmətləri göstərilib
Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələr açıqlanıb
Rusiyada son sutkada 40 minə yaxın yeni yoluxma qeydə alınıb
20 Yanvar şəhidlərinin xatirəsi Neftçalada dərin ehtiramla yad edilir
20 Yanvar hadisələri azərbaycanlıların öz dövlətçiliyinin və müstəqilliyin bərpası uğrunda mübarizəsinin əsasını qoydu - Şərh
Xaçmazda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (FOTO)
ABŞ və NATO irimiqyaslı təlimlər keçirəcək
Türkiyə Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Rusiya XİN GUAM çərçivəsində nəqliyyat dəhlizlərinin genişləndirilməsi barədə
"Şəhid ailələri" İctimai Birliyi rektor Yusif Yusibovu fəxri fərmana layiq görüb (FOTO)
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ermənistanla etimadın yaradılması addımları müzakirə olunacaq - Çavuşoğlu
Bakıda metal qəbulu məntəqəsinin sahibinə cinayət işi açılıb (FOTO/VİDEO)
Hava nə vaxt sabitləşəcək?
Bütün xəbərlər