...

Bakıda Türkiyənin Zəfər bayramı qeyd olunub

Siyasət Materials 30 Avqust 2019 19:34 (UTC +04:00)
Türkiyənin Bakıdakı səfirliyində Zəfər bayramı qeyd olunub.
Bakıda Türkiyənin Zəfər bayramı qeyd olunub

Bakı. Trend:

Türkiyənin Bakıdakı səfirliyində Zəfər bayramı qeyd olunub.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, müdafiə naziri Zakir Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, diplomatik korpusun nümayəndələri, digər siyasi və ictimai xadimlər iştirak edib.

E.Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 avqust - Zəfər bayramı münasibətilə təbrik məktubunu oxuyub.

Qeyd edək ki, Zəfər bayramı Türkiyə tarixində Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti