...

3 oktyabrın "Türk Birliyi Günü" kimi qeyd olunması təklif edildi

Siyasət Materials 3 Oktyabr 2019 12:30 (UTC +04:00)
Dünya Türkologiya Mərkəzi hər il 3 oktyabr tarixinin "Türk Birliyi Günü" kimi qeyd olunması təklifi ilə çıxış edib.
3 oktyabrın "Türk Birliyi Günü" kimi qeyd olunması təklif edildi

Bakı. İlhamə İsabalayeva -Trend:

Dünya Türkologiya Mərkəzi hər il 3 oktyabr tarixinin "Türk Birliyi Günü" kimi qeyd olunması təklifi ilə çıxış edib.

Trend-in məlumatına görə, bunu AMEA-nın Mərkəzi Elmi Kitabxanası və Dünya Türkologiya Mərkəzi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılmasının 10 illiyinə həsr olunan birgə tədbirdə tanınmış türkoloq, tarix elmləri doktoru Məmmədli Güllü Yoloğlu deyib.

Onun sözlərinə görə, bu günün bütün türkdilli ölkələrdə keçirilməsi türkdilli xalqları bir-birinə daha da yaxınlaşdırar.

Azərbaycan Milli Elmlər Akademiyasının İctimai elmlər bölməsinin akademik katibi Nərgiz Axundova təşəbbüsü alqışlayıb.

Tədbirdə həmçinin Dünya Türkologiya Mərkəzi təsis edilib və onun nizamnaməsi təqdim edilib. İştirakçılar nizamnaməni müsbət qiymətləndirərək onu qəbul ediblər.

Dünya Türkologiya Mərkəzinin rəhbəri G.Yoloğlu qeyd edib ki, birliyin əsas məqsədi türk xalqlarının və türk mədəniyyətindən təsirlənən xalqların tarixinin, ədəbiyyatının, dilinin, etnoqrafiyasının öyrənilməsi üçün dünya türkoloqlarını bir araya gətirmək, onların apardıqları tədqiqatları bir mərkəzdə cəmləşdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti