...

Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 7 Oktyabr 2019 14:42 (UTC +04:00)

Bakı. Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabr ayında Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bunu Özbəkistan parlalamentinin yuxarı palatasının sədr müavini Sadık Safayev deyib.

Prezident Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək. Bu, Ş.Mirziyoyevin prezident qismində Azərbaycana ilk səfəri olacaq.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti oktyabrın 14-15-də keçiriləcək. Sammit çərçivəsində, həmçinin biznes-forum təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti