Siyavuş Novruzov: Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər (MÜSAHİBƏ)

Siyavuş Novruzov: Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər (MÜSAHİBƏ)

Bakı. Trend:

Trend Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzovun müsahibəsini təqdim edir:

- Siyavuş müəllim, beynəlxalq baxışın yüksək olduğu Azərbaycanın uğurlarının bəzi dairələr tərəfindən qısqanclıqla qarşılanmasını necə şərh edərdiniz?

- 28 illik müstəqlik tarixinə malik olan Azərbaycanın zaman baxımından qısa olan bir dövrdə əldə etdiyi uğurların miqyası göz önündədir. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 16 ildə dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyayada ən islahatçı ölkə kimi tanınır, ən əsası yeni iqtisadi və sosial inkişaf modeli ilə mövqeyini daha da möhkəmləndirir. Bu uğurlarımıza yol açan əsas amillərdən biri də malik olduğumuz təbii resurslardan səmərəli istifadə və əldə olunan neft gəlirlərinin təyinatı üzrə xərclənməsidir. Ölkə Prezidenti İlham Əliyevin çıxışlarında da bu məqam öz əksini tapır ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də həmin ölkələrə xeyir, uğur gətirməyib. Əhali arasında təbəqələşmə prosesi sürətli xarakter alıb. Lakin Azərbaycanın inkişaf strategiyasının dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirilməsi bu kimi problemlərin yaşanmamasına, ən əsası neft gəlirlərinin əhali arasında bərabər bölgüsünə geniş imkanlar yaradıb. Ölkəmizdə iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Təkcə cari ilin ötən dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addmlara diqqət yetirmək kifayətdir. Təsdiqlənən iki sosial paket minlərlə insanın sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edir. O da məlumdur ki, artıq oktyabrın birindən minimum pensiyaların məbləği 200 manata çatdırılıb. Göründyü kimi, dövlətimizin başçısı İlham Əliyev hər kəsin Prezidenti olduğunu, Azərbaycanın hərtərəfli inkişafının prioritetliyini atdığı addımları ilə təsdiqləyir.

Xaric siyasətin daxili siyasətin davamı olduğunu nəzərə alsaq bu gün Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi də göz önündədir. Azərbaycan heç bir dövlətin, beynəlxalq təşkilatın diktəsi ilə hərəkət etmir. Əksinə Azərbaycan regionun lider dövləti olaraq bölgədəki proseslərdə aparıcı rol oynayır. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən biridir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bölgədə Azərbaycanın iştirakı olmadan hansısa siyasi və iqtisadi layihələnin həyata keçirilməsi qeyri-mümkündür. Ölkəmizin təşəbbüsçüsü olduğu layihələr ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı daha da gücləndirir, yeni-yeni hədəfləriin müəyyənləşdirilməsini stimullaşdırır. Azərbaycanın inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz məhz uğurlarımıza və gələcəyə hesablanmış inkişaf strategiyamıza əsaslanır.

Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənir. Təkcə dövlətimzin başçısı İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri zamanı «Valday» Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışını, həmçinin Rusiyanın «Rossiya» və «Birinci» televiziya kanallarına müsahibəsinə diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısı İlham Əliyevin işğalçı Ermənistana və onun havadarlarına ciddi mesaj kimi dəyərləndirilən «Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi» bəyanatı bu gün beynəlxalq aləmdə geniş müzakirə olunmaqdadır. Dövlətimizin başçısı İlham Əliyev bu kimi bəyanatları ilə Azərbaycanın öz siyasətində müstəqil olduğunu bir daha dünyaya nümayiş etdirir.

Azərbaycanın bərabərhüquqlu, qarşılıqlı hörmətə və maraqlara əsaslanan xarici siyasəti onun istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafına, mövqeyinin möhkəmləndirilməsinə geniş imkanlar açır. Təbii ki, bu uğurlarımızı həzm etməyən daxili və xarici bədxahlarımız görülən işlərin əhəmiyyətini azaltmaq, ictimai fikri çaşdırmaq üçün ən çirkin yollara əl atır və bundan sonra da atacaqlar. Sosial şəbəkələrin imkanlarından istifadə edərək cəmiyyətdə qarışıqlıq yaratmaq istəyənlər var. Onların arxasında xarici antiazərbaycan qüvvəələrin dayandığı aydındır. Onları maliyyələşdirənlər sırasında erməni lobbisinin xüsusi yer tutduğu da məlum olaylardandır. Xaricdəki mühacir azərbaycanlılar ölkəmizdə təkmil islahatlara, genişmiqyaslı quruculuq işlərinə kölgə salmaq üçün ən çirkin yollara əl atırlar. Yalanlarının həqiqət kimi sırımaq istiqamətində cəhdlər göstərirlər. Azərbaycanın uğurlarını həzm etməyi bacarmadıqlarındandır ki, ölkə Prezidentinin, o cümlədən bu və ya digər dövlət məmurlarının ünvanına əsassız fikirlər səsləndirirlər. Amma unudurlar ki, belə cəhdlər sabun köpüyündən başqa bir şey deyil. Bu baxımdan ki, ağı qaradan seçməyi bacaran xalq dövlətimizin həyata keçirdiyi siyasətin dəstəkçisi olmaqla yanaşı, bu inkişafı, tərəqqini gündəlik həyatında hiss edir. Dövlətimizin başçısı İlham Əliyevin daim bəyan etdiyi kimi, xalqına güvənir, xalqından dəstək alır, həyata keçirilən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi ona böyük güc verir. Ölkəmizdə sabitliyin təminatçısı olan xalq-iqtidar birliyinin günbəgün möhkəmlənməsi fonunda xarici antiazərbaycan qüvvələrin, həmçinin onların əlində alətə çevrilən daxili bədxahlarımızın cəhdləri boşa çıxır.

- Siyavuş müəllim, xeyli müddətdir ki, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinə, Prezidentə və onun ətrafında olan məmurlara qarşı ləkələmə kampaniyası aparılmaqdadır. Bu çirkin təbliğatın arxasında hansı maraqlar dayanır?

- Təkcə son zamanlarda hədəfə götürülən məmurlara diqqət yetirdikdə məqsəd daha aydın şəkildə özünü büruzə verir. Milli Məclis haqqında, Milli Məslisin sədri Oqtay Əsədov və parlamentin deputatları, həmçinin SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin və başqalarının haqqında yalan, əsassız fikirlərin səsləndirilməsində məqsəd onların rəhbərlik etdikləri strukturların Azərbaycanımız üçün gördükləri işlərin əhəmiyyətini azaltmaq, ictimai fikirdə çaşqınlıq yaratmaq, ən əsası uğurlarımıza qara eynəkdən baxmaqdır. Bunu əsasən Avropadakı “söyüş müxalifəti” və daxildəki əlaltıları həyata keçirir.

«Söyüş müxailfəti»nin bu gün tənqid üçün əsas hədəfə götürdüyü şəxslərdən olan Oqtay Əsədovun rəhbərlik etdiyi Milli Məclis qanunverici orqan olaraq ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar yaradan qanunların qəbulunda əhəmiyyətli rol oynayır. O qanunlar ki, daim yenilənir, təkmilləşir, hər sahədə irəli sürülən təşəbbüslərin gerçəkləşməsinə öz töhfələrini verir. O kəslər Oqtay Əsədov haqqında yazanda ümumilikdə parlamenti gözdən salmaqla və fəaliyyətini inkar etməyə cəhd edirlər. Bu qətiyyən yolverilməzdir. Bunların çirkin məqsədləri hamıya bəllidir. Bu baxımdan ki, hədəf götürdükləri digər şəxsin, Milli Məclisin deputatı Rövnəq Abdullayevin rəhbərlik etdiyi SOCAR-ın ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasına davamlı töhfələrini, dünyanın tanınmış şirkətləri ilə bir sırada addımlamasını, beynəlxalq səviyyədə də etiraf olunduğu kimi, daim uğurun izlədiyini, ölkənin hüdudlarından kənarda reallaşdırdığı investisiya layihələrin ölkəmizə qazandırdığı iqtisadi və siyasi dvidentlərini geniş şərh etməyə ehtiyac yoxdur. Təkcə son bir ildə həyata keçirilən layihələrə diqqət yetirmək kifayətdir. Beynəlxalq əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP-ın, həmçinin Azərbaycan-Türkiyə birliyinin növbəti təzahürü olan «Star» neft emal zavodunun istifadəyə verilməsi, ən əsası 2017-ci ildə «Yeni əsrin müqaviləsi»nin imzalanması SOCAR-ın beynəlxalq nüfuzunun təqdimatında əhəmiyyətli rol oynayır. SOCAR, eyni zamanda, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə təsdiqlənən Dövlət proqramlarına uyğun olaraq paytaxt və bölgələrdə mühüm sosial layihələr həyata keçirir. SOCAR-ın Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində məktəb tikintisində, həmçinin Dövlət Proqramlarına uyğun olaraq digər infrastruktur layihələrinin gerçəkləşdirilməsində öz payı var. Bu şəxslərin yalnız fəaliyyətlərinin deyil ailə üzvlərinə də böhtan atılması artıq onların hansı məqsədi güddüklərini ortaya qoyur: Dövlətə, xalqa xidmət edən və əməli fəaliyyəti ilə Prezidentə sadiqliklərini nümayiş etdirən şəxsləri gözdən salmaq və ictimai fikirdə mənfi rəy yaratmaq.

Uğurlarımıza və onlara öz töhfələrini verən məmurların uğurlu addımlarına diqqət yetirməklə bu ümumiləşdirməni qeyd edə bilərik ki, xaricdəki ünsürlər və daxildəki əlaltıları hakimiyyətin əsaslarını laxlatmaq və Prezidentin ətrafındakı sadiq insanları hədəfə almaqla onları gözdən salmaq, beləliklə də Prezidentin komandasına xətər yetirməyi düşünürlər. Amma unudurlar ki, həqiqətə həqiqət gözü ilə baxan xalq reallıqların təbliğatçısı olmaqla yanaşı hər kəsin kimliyini, hansı məqsədlər uğrunda mübarizə apardığını daha yaxşı bilir. Xaricdəki iaşə müxalifətinin və onların daxildəki dəstəkçilərinin əməlləri 100 faiz dələduzluq və fırıldaqçılıdır.

- Hüquqi dövlətdə yaşayırıq. Cəmiyyəti idarə edən qanunlar hər kəsdən eyni məsuliyyəti tələb edir. Qanunsuz əməllərə görə əlillərdən sui-istifadə edilməsini necə dəyərləndirirsiniz?

- Əlillərə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsidir. Milli Məclisdə bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi məsələsini dəfələrlə müzakirəyə çıxaran bir millət vəkili olaraq deyə bilərəm ki, dövlətin artan maliyyə imkanlarının ünvanlandığı qruplar sırasında onlar əsas yer tutur. Bu günlərdə SOSAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə bir qrup şəxs arasında baş verən hadisə bir çox məqamlara aydınlıq gətirdi. Belə ki, aparılan araşdırmalar bu ssenarinin müəlliflərinin kimliyinə bir daha işıq saldı. Məlum oldu ki, SOCAR-ın əməkdaşları əlillərə qarşı heç bir zorakılıq tətbiq etməyib, onlar öz vəzifələrini qanun çərçivəsində həyata keçiriblər. İctimai fikrin çaşdırılmasına, ən əsası ölkə iqtisadiyyatının inkişafına davamlı töhfələr verən SOCAR-ın nüfuzuna xələl gətirilməsinə yönələn bu ssenari də yuxarıda qeyd etdiyimiz qarayaxma kapaniyalarının bir tərkib hissəsidir. Araşdırmalar məsələnin əsl mahiyyətini açıqladı: Boru kəmərinin təhlükəsizlik zonasına aid olan torpaq sahəsini zəbt etməyə cəhd göstərən bir qrup şəxs əlillərdən sui-istifadə edərək, onları qanunlara itaətsizlik göstərməyə, dövlət orqanlarına qarşı təxribata çağırmağa sövq ediblər. Əslində qanunsuz tikinti yerinə çağırılan əlillərin həmin tikinti ilə heç bir əlaqələri olmayıb. Əlillərdən öz çirkin niyyətlərini həyata keçirmək üçün bir vasitə kimi bəhrələnmək mənəviyyatsızlıq, cılızlıq, insani keyfiyyətləri itirməkdir.

Azərbaycan hüquqi, demokratik dövlətdir. Ölkəmiz qanunlarla idarə olunur. hər bir sahənin inkişafına xidmət edən qanunlarımızın mövcudluğu ümumilikdə ölkənin hərtərəfli inkişafına xidmət edir. Qanunlara riayət etmək kimliyindən, siyasi əqidəsindən və mənsubiyyətindən asıl olmayaraq hər kəsin vətəndaşlıq borcudur. Hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Milli Konstitusiyamızda əksini tapan maddələrin üzdə iki hissəsi insan hüquq və azadlıqlarının təmin olunmasında xidmət edir. Eyni zamanda, Konstitusiyanın qəbulundan ötən 24 ildə sənədə 3 dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də dövlətin siyasətində insan amilinə verilən dəyəri nümayiş etdirir. Qanunvericilik aktlarında əlilliyi olan şəxslərin sosial hüquqlarının müdafiəsi məsələsi də mühüm yer tutur. Bu kateqoriyadan olanlara böyük imtiyazların verildiyi inkaredilməzdir. Müharibə əlillərinin, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması diqqət mərkəzindəndir. Diqqət yetirsək, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən ilk addım məhz əlillərə, şəhid ailələrinə diqqət və qayğıdan başlandı. Ümumiyyətlə, ölkəmizdə əmək pensiyası alanların 27 faizdən çoxu əlilliyə görə əmək pensiyası alanlardır. Statistikaya əsasən əlil pensiyaçıların 3,6 faizi müharibə əlilləridir ki, onların da bir hissəsini Qarabağ müharibəsi əlilləri təşkil edir. Cari ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 800 mənzil verilməsi nəzərdə tutulub. 2019-cu ilin ötən dövründə bu kateqoriyadan olan şəxslərə 174 mənzil təqdim edilib.

Müharibədən əziyyət çəkən insanların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas tərkib hissəsidir. Mehriban xanım Əliyeva mütəmadi olaraq onlarla görüşlər keçirir, onları narahat edən məsələlərlə yaxından tanış olur, həlli istiqamətində göstərişlər verir. Mənzil şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının təmin edilməsi yönümündə davamıl tədbirlər həyata keçirilir.

Bunları inkar etmək siyasi korluqdan başqa birş şey deyil. Təəssüflər olsun ki, dağıdıcı müxailfət adını özləri üçün bir qəhrəmanlıq kimi qəbul edən ünsürlər əlillərdən öz məkrli niyyətlərini həyata keçirmək üçün bir vasitə kimi istifadə etməyə çalışır, dövlətin onlara göstərdiyi diqqət və qayğını qara rəngdə təqdim etmək istəyir. Amma unudurlar ki, yalanın həqiqət üzərində qələbəsi qeyri-mümkündür. Bütün reallıqların içərisində olan, ən əsası daim bu diqqət və qayğını öz üzərində hiss edən xalqımız belə ünsürlərə «yox» cavablarını dəfələrlə bildirib, belə çaşdırıcı təbliğatın əsassızlığını onlara sərt münasibətləri ilə çatdırıblar. Vətəndaşlıq təəssübkeşliyi dövlətin maraqlarının qorunmasında əsasdır. Təəssüflər olsun ki, xarici antiazərbaycan qüvvələrin əlində oyuncağa çevrilən bu ünsürlər üçün vicdan, vətəndaşlıq təəssübkeşliyi kimi anlayışlar yaddır.

- Siyavuş müəllim, bu il, eyni zamanda, ölkəmizdə bələdiyyə seçkiləri ilidir. Seçki ilə bağlı bu ünsürlərin apardığı təbliğatı necə qiymətləndirirsiniz?

- Azərbaycan zəngin seçki təcrübəsinə malikdir. 2003-cü ildə Azərbaycan hökuməti ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurası Venesiya Komissiyasının birgə rəyi əsasında qəbul olunan Seçki Məcəlləsi ölkəmizdə prezident, parlament, bələdiyyə seçkilərinin, eyni zamanda, ümumxalq səsverməsinin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsini təmin edir. Dövlətimizin daim yeniliyə, təkmilləşməyə meyilli olması qəbul olunan qanunların da zamanın tələbinə uyğun yeniləşməsində özünü qabarıq şəkildə büruzə verir. Bu baxımdan Seçki Məcəlləsinə mütəmadi olaraq əlavə və dəyişikliklər edilir.

Ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalara seçkilərdə iştirak edib, sosial bazalarından və nüfuzlarından istifadə edərək qələbələrini təmin etmək üçün hər cür şərait yaradılıb. Amma etiraf edək ki, bu gün də dağıdıcı ünsürlər ənənələrinə sadiqlik nümayiş etdirərək Azərbaycanın demokratik inkişafına kölgə salmaq üçün münəcimlik etməklə məşğuldurlar. Hadisələrə ən böyük dəyəri zaman özü verir. Seçkilərin hər bir mərhələsinin demokratiyanın tələblərinə uyğun keçirilməsi üçün lazımi addımlar atılır. Məblubiyyətlərinin səbəbini özlərində deyil, hakimiyyətdə axtaran dağıdıcı ünsürlər həmişə olduğu kimi, bu gün ictimai qınaqla üz-üzədirlər. İctimai qınağın ən böyük cəza olduğunu dərk etsələr, düşünürəm ki, özlərində cəsarət tapıb siyasi meydanı tərk edər, yerlərini bu günümüz üçün gərəkli olan konstruktiv müxalifətə verərlər. Müxalifətçiliyi dövlətə, xalqa zidd addımların atılmasında görməyin özü siyasi savdsızlığın göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, bu qüvvələrin siyasi meydanı iqtidarın gördüyü işlərin fonunda daralıb.

"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
Gədəbəydə ana və azyaşlı uşağını güllələyən şəxsin məhkəməsi başladı
Daha bir tikinti şirkətinin təsisçiləri barədə cinayət işi başlandı
Gürcüstanda daha bir nəfər koronavirusdan öldü
Sosial ödənişlər təxminən 25 faiz artıb
Bakıda arvadını 5-ci mərtəbədən atıb öldürən şəxsin cinayət işinin icraatı dayandırıldı
"Kapital Bank"dan nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0% oldu
Mingəçevirdə silsilə oğurluq edən şəxs saxlanıldı (FOTO)
Unibank hər kəs üçün 0% komissiyalı kredit kampaniyası keçirir
"Twitter"in direktorlar şurasının sədri vəzifəsini tərk edib
500-dən çox fermerə 5.2 milyon manat güzəştli mikrokredit verilib
Azərbaycan İlahiyyat İnstitutunda yay imtahan sessiyasının keçirilmə qaydaları açıqlandı
Naqif Həmzəyev: Karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır
Dəmir yolu stansiyalarında pulsuz velosiped dayanacaqları quraşdırılır (FOTO)
Ermənistanda 12 nəfər koronavirusdan öldü
Mərkəzi Gömrük Hospitalının həkim-ginekoloqu “Sonsuzluğun müasir müalicə metodları" mövzusunda çıxış edəcək
Tramp Nyu-Yorka qoşun yeritməyə çağırdı
Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri (FOTO)
DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib
"İmprotex Motors" şirkəti hibrid və tam elektrik mühərrikli avtomobillərinin satışını elan etdi (FOTO)
Biləsuvarda qətl törədən şəxs tutuldu
Azərbaycan neftinin qiyməti 40 dolları ötdü
DİM: İmtahanda yüksək temperatur və ya üşütmə əlamətləri hiss edənlər bu barədə nəzarətçiyə məlumat verməlidir (VİDEO)
"Sədərək" Ticarət Mərkəzində maskadan istifadəyə nəzarət gücləndirildi
Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı
Mingəçevir Dövlət Universitetində professor-müəllim heyəti ilə görüş keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək
Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınacaq - Nazirlik
Videokonfransda İrəvan həqiqətləri müzakirə edilib
Avropa İnsan Haqları Məhkəməsi insanları və haqları unudub - "Politşou" təqdim edir (Videolayihə)
Azərbaycandan 545 kiloqram heroin keçirmək istəyən şəxs yaxalandı
Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 871 nəfərə çatıb
Bakıda yeni açılan "Dəniz Mall"dan görüntülər (VİDEO) (FOTO)
Dirrikdə narkotik becərən Balakən sakini saxlanıldı (FOTO/VİDEO)
Bakıda əməliyyat olunan 9 yaşlı uşaq xəstəxanada öldü
Ermənistan Prezidentinin oğlu ərə getdi (FOTO)
Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub öldü
İyunun 3-də xarici valyutaların manata qarşı məzənnələri
Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu
Bakının bu küçələrində təmir-yenidənqurma işləri aparılır (FOTO)
Azər Badamov: Azərbaycan qabaqlayıcı tədbirlərlə beynəlxalq səviyyədə nümunəvi ölkələr sırasına daxil olub
Ermənistan sutka ərzində atəşkəsi 23 dəfə pozdu
Qazaxıstanda koronavirusa yoluxanların sayı artıb
Puerto-Rikoda təyyarə qəzaya uğrayıb, ölənlər var
Türkiyədə təhlükəli terrorçu məhv edilib
Bibiheybət yolu gələn həftə açılır
Nyu-Yorkda atışma olub, ölən və yaralananlar var
Braziliyada koronavirusdan ölənlərin sayı 30 min nəfəri ötüb
Türkiyədə 4 bal gücündə zəlzələ olub
Pentaqon aksiyalar səbəbilə paytaxtın ətraf rayonlarına 1,6 min hərbçi göndərib
ABŞ-da helikopter qəzaya uğrayıb, ölənlər var (ƏLAVƏ OLUNUB)
Rusiyada yaşayış evində yanğın nəticəsində 4 nəfər ölüb
ABŞ Venesuelaya neft tədarük edən 4 şirkətə qarşı sanksiyalar tətbiq edib
"Brent" markalı neftin qiyməti 40 dolları ötüb
Kanadada koronavirusa yoluxanların sayı 92 min nəfəri ötüb
ABŞ-da etiraz aksiyaları zamanı 11 nəfər ölüb, yüzlərlə insan yaralanıb
Monteneqroda COVİD-19 epidemiyasının başa çatdığı bəyan edilib
Fransa XİN: Rusiyanın G7-də iştirakı barədə qərar birliyin bütün ölkələri tərəfindən qəbul edilməlidir
İtaliyada koronavirusdan daha 55 nəfər ölüb
ABŞ-ın paytaxtında 300-dən artıq nümayişçi həbs edilib
“Facebook” rəqəmsal ticarətlə məşğul olmaq üçün “Facebook Shop” xidməti yaradıb
Moskvada koronavirusdan ölənlərin sayı 2 685 nəfərə çatıb
Parisdə polis tərəfindən zorakılığa qarşı etiraz aksiyası keçirilir
Nyu-Yorkda gecə küçəyə çıxmaq qadağası bir həftə uzadıldı
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 113 mindən çox artıb
Qazaxda top mərmisi aşkar olunub (FOTO)
İspaniyada ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Türkiyə və Rusiya COVİD-19-a qarşı vaksinin hazırlanması üzərində birgə işləyəcəklər
ABŞ-ın Yelloustoun milli parkında gün ərzində 11 zəlzələ qeydə alınıb
Ermənistan aviaşirkətlərinə Aİ ərazisinə uçuşlar etmək qadağan edilib
Bu yerlərdə maskadan istifadə edilməlidir - SİYAHI
Əfqanıstanda məsciddə partlayış olub, ölən və yaralananlar var
“Sosial sığorta haqqında” qanuna dəyişiklik edildi
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edildi
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Türkiyədə koronavirusdan sağalanların sayı 130 minə yaxınlaşır
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir
Qaradağda iki yük maşını toqquşub, xəsarət alan var
Aztəminatlı yeniyetmələrin təhsili üçün təqaüd proqramları təsis ediləcək
Maska taxılmamasına görə cərimələrin tətbiqi qüvvəyə mindi
"Muğam axşamları" layihəsi yeni formatda (VİDEO)
Pirallahı rayonunda qanvermə aksiyası keçirilib (FOTO)
Azərbaycanda ana və körpə ölümlərinin sayı azalıb
Cinayət törədən uşaqların sayı azalıb
Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün STRATEGİYASI
Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb
Cəlil Xəlilov: Həm orta, həm də ali məktəblərdə hərbi dərslərin tədrisinə ciddi ehtiyac var
Ombudsmanın regional mərkəzləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlər keçirib (FOTO)
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib
Baş Prokuroluq Bakıda özünü yandıran kişi ilə bağlı məlumat yayıb
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
1141 obyektdə sanitar-epidemioloji tələblər pozulub (FOTO)
Prezident İlham Əliyev uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi
Nyu-Yorkda etirazçılar mağazadan bahalı saat oğurlayıb
İllik qiyməti pis olan şagirdlər də buraxılış imtahanına buraxılırlar - Orxan Abbasov
Yelo Bankdan maaşınızın 10 misli qədər kredit!
Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 56 nəfər sağaldı, 3 nəfər öldü
Müəllimlərin yay məzuniyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı
Bütün xəbərlər