...

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin XİN rəhbərlərinin görüşü keçirilir (FOTO)

Siyasət Materials 23 Oktyabr 2019 09:50 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin (XİN) görüşü keçirilir.

Trend-in məlumatına görə, XİN rəhbərlərinin görüşü Qoşulmama Hərəkatına üzv ölkə rəhbərlərinin XVIII Sammiti ərəfəsində 2 gün - 23-24 oktyabrda baş tutacaq.

21-22 oktyabr tarixlərində isə iştirakçı ölkələrin məsul şəxslərinin hazırlıq görüşü keçirilib.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti