Prezident İlham Əliyev: Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir

Prezident İlham Əliyev: Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir

Bakı. Trend:

Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündəki nitqində deyib.

Azərbaycan Prezidenti bildirib: "Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün bütün iştirakçılarını səmimiyyətlə salamlayır və hər birinizə “Xoş gəlmisiniz!” deyirəm.

2016-2019-cu illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyinə görə Venesuela Bolivar Respublikasına təşəkkürümü bildirirəm.

Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunmuşdur. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır.

Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir və bu qərara görə bir daha sizlərə təşəkkürümü bildirirəm".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür: "Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir.

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcəkdir. Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada keçən ay Azərbaycanın “77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir.

Ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusən diqqət yetirilməlidir. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərmişdir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir.

Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir. Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan faydalanır.

Azərbaycanda gənclər siyasəti prioritet sahə kimi müəyyən edilmişdir. Azərbaycan gəncləri milli ruhda, ənənəvi dəyərlərlə, Vətənə bağlı və vətənpərvər ruhda tərbiyə alırlar. Buna görədir ki, Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Gənclər Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişik. Hazırkı Zirvə Görüşü ərəfəsində keçirilmiş Gənclər Sammitində 40 dövlətdən ölkəmizə gəlmiş gənclər iştirak etmişlər".

Azərbaycan Prezidenti vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyinin cəmi 28 yaşı var: "Bir həftə öncə - oktyabrın 18-də müstəqilliyimizin bərpa olunması gününü qeyd etdik. Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi və qaçqınların, məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilmişdir. Mindən çox insan itkin düşmüşdür.

Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınmışdır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Təəssüf ki, həmin qətnamələr həyata keçirilməmişdir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır.

Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul etmişlər. Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə üzv dövlətlərə təşəkkürümü bildirirəm".

Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilmişdir: "Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycan izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirir. Ermənistan, həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur.

2016-cı ilin aprel ayında Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində aralarında bir uşaq olmaqla altı azərbaycanlı mülki şəxs həlak olmuş, 26-sı yaralanmışdır, yüzlərlə ev dağıdılmışdır. Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Azərbaycan müstəqil xarici siyasət yeridir. Bu siyasət milli maraqlara, ədalətə əsaslanır və bizə çoxlu dostlar qazandırmışdır. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi buna bariz nümunədir. Təhlükəsizlik Şurasına üzvlük müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir. Dünyada 200-ə qədər ölkə vardır. Bu ölkələr arasında qeyd etdiyim görüşlər üçün Azərbaycanın seçilməsi bizim yürütdüyümüz müstəqil xarici siyasətə olan hörmətin göstəricisidir.

Hörmətli qonaqlar, müstəqilliyimizin ilk illəri Azərbaycan üçün çox keşməkeşli olmuşdur. Xəyanətkar, satqın, qorxaq, səriştəsiz Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti illərində ölkəmiz böyük bəlalara düçar olmuşdur. Azərbaycanda vətəndaş müharibəsi başlamışdır. Yalnız 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə Prezident Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkəmizi daha böyük faciələrdən xilas etdi. Azərbaycan demokratik, dayanıqlı inkişaf yoluna qədəm qoydu, ölkədə sabitlik və əmin-amanlıq bərqərar oldu".

Dövlət başçısı xatırladıb ki, Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir: "Bunun dərin tarixi kökləri vardır. Biz fəxr edirik ki, bir əsr bundan əvvəl Şərqdə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulmuş, qadınlara səsvermə hüququq verilmişdir. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunur.

Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Azərbaycana 270 milyard dollardan artıq sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada 9-cu yerdəyik. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir. Təkcə bu il minimum əmək haqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artmışdır. 280 mindən çox insanı əhatə edən 68 min ailə ünvanlı sosial yardımdan faydalanır və hər bir ailə təxminən 140 ABŞ dolları ekvivalentində aylıq sosial yardım alır. Son 15 il ərzində Azərbaycanda 3200-dən çox məktəb və 640-dan çox xəstəxana və tibb müəssisəsi tikilmiş və ya təmir edilmişdir. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Üç yüz mindən çox məcburi köçkün pulsuz evlər və mənzillərlə təmin edilmişdir. Məcburi köçkün ailələrinə orta hesabla 180 ABŞ dolları ekvivalentində aylıq müavinət verilir.

Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsində isə 5-ci yerdədir.

Azərbaycan kosmik ölkədir. Hazırda ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən üç peykimiz var. Əhalimizin 80 faizi internet istifadəçisidir".

Azərbaycan Prezidenti, həmçinin qeyd edib ki, Azərbaycanda enerji təhlükəsizliyi təmin edilmişdir: "Yenə də Davos Ümumdünya İqtisadi Forumunun hesabatına istinad edərək deməliyəm ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Azərbaycan, eyni zamanda, bir sıra ölkələrin enerji təchizatçısıdır. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr - Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində çalışırıq. Beləliklə, Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa öz dəyərli töhfəsini verir.

İqlim dəyişikliyi qlobal təhlükədir. Azərbaycan onun fəsadlarına qarşı mübarizə üzrə beynəlxalq səyləri dəstəkləyir. Azərbaycan Paris Sazişini ratifikasiya etmiş, baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürmüşdür. Elektrik enerjisinin istehsalı üçün Azərbaycanda ancaq ekoloji təmiz qaz və su elektrik stansiyalarından istifadə olunur.

Azərbaycan zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malikdir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. On bir il əvvəl İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başladığımız “Bakı Prosesi” təşəbbüsü BMT tərəfindən də dəstəklənir. BMT-nin baş katibi Antonio Quterreş “Bakı Prosesi”ni 2008-ci ildən bəri mədəniyyətlər arasında dialoqun təbliğinin ön cəbhəsi kimi dəyərləndirmişdir. “Bakı Prosesi”nin məntiqi davamı olaraq təsis edilmiş və iki ildən bir ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviq olunması üçün əsas qlobal platforma kimi tanınmışdır.

Hörmətli qonaqlar, əminəm ki, Zirvə Görüşü çərçivəsində aparılacaq müzakirələr Qoşulmama Hərəkatının gündəliyində duran hədəflərin həyata keçirilməsinə xidmət göstərəcəkdir. Azərbaycan Hərəkata sədrlik edəcəyi müddətdə öz prioritetlərini üzv dövlətlərlə birgə həyata keçirmək üçün ardıcıl səylər göstərəcəkdir.

Mən Zirvə Görüşünün işinə uğurlar arzulayır və bir daha hamınıza “Xoş gəlmisiniz!” deyirəm. Diqqətinizə görə təşəkkür edirəm".

Azercell-in rəqəmsal məhsulları IBA Mobile tətbiqində!
Azercell-in rəqəmsal məhsulları IBA Mobile tətbiqində!
SpaceX 140-dan çox peyki daşıyan raketi orbitə çıxarıb
SpaceX 140-dan çox peyki daşıyan raketi orbitə çıxarıb
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Loading Bars
Xəbər lenti
Türkiyə ilə Azərbaycan arasında viza ilə bağlı yeni sənəd təsdiq ediləcək
Kadr islahatları ölkəmizin davamlı və dayanıqlı inkişafını təmin edir - Deputat
Ötən gün cinayət törədən 47 nəfər saxlanılıb
Dilçilik İnstitutundakı "Qaynar xətt" bugündən fəaliyyətini davam etdirəcək
Bakı-Sumqayıt qatarı kontakt şəbəkəsi yeniləndikdən sonra işləyəcək (FOTO)
Ermənistanda ərzaq qıtlığı yaranır: Postmüharibə dövründə dərin iqtisadi böhran - TƏHLİL
Beynəlxalq "Art Moscow Online" forumu keçiriləcək
Parlamentin Hesablayıcı komissiyası yenidən təşkil ediləcək
Yanvarın 28-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda ödəniş və xidmətlərin rəqəmsallaşması prosesi sürətlənib
Samux sakinindən narkotik aşkar edilib
"Apple" və "Facebook"un gəlirləri açıqlandı
Norveç koronavirusa görə sərhədlərini bağlayacaq
ABŞ BƏƏ və Səudiyyə Ərəbistanına silah satışını dayandırır
Yeni Zelandiyada zəlzələ baş verib
Şimali Makedoniyada koronavirusun "Britaniya ştammı" aşkarlanıb
UEFA Avropa çempionatını 12 şəhərdə keçirmə qərarını təsdiqlədi
Goranboy və Qazaxda mərmilər, qumbaralar və minlərlə patron aşkarlanıb (FOTO)
"Yuventus" futbol üzrə İtaliya Kubokunun yarımfinalına çıxdı
"Barselona" İspaniya Kubokunun 1/4 finalına yüksəldi
ABŞ-Çin münasibətləri getdikcə gərginləşir
Səudiyyə Ərəbistanının addımları Yəməndə humanitar böhrana səbəb oldu - ABŞ dövlət katibi
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 468 mindən çox artıb
"Atalanta" futbol üzrə İtaliya Kubokunun yarımfinalına qalxdı
FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb
Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik! - Prezident növbəti tapşırıqlarını verdi
Ərdoğan İlon Mask ilə telefon danışığı aparıb
Türkiyədə son sutkada koronavirusdan 8 803 nəfər sağalıb
Beynəlxalq Olimpiya Komitəsinin prezident seçkiləri videokonfrans formatında keçiriləcək
Abşeronda ikimərtəbəli ev yanıb
Gənclik strateji təfəkkür və yanaşma tələb edir - TƏHLİL
Azərbaycanın Türkiyəyə qaz ixracı 23 faizdən çox artıb
Ermənilər Qubadlının Saray kənd qəbiristanlığını belə dağıdıb (FOTO)
"SOCAR Construction" Mozır neft emalı zavodundan işlərin icrası barədə
Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq
Füzuli və Ağdamda dağıntılar aradan qaldırılır: Vətəndaşlara yeni evlər tikilir - Trend TV-nin REPORTAJI
Məsut Özil: Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm (VİDEO)
“Silk Way West Airlines” Yaponiyanın Narita şəhərinə ilk reysini edəcək
Sumqayıt Kimya Sənaye Parkında istehsal artıb
Dövlət Neft Şirkəti yeni inkişaf dövrünə qədəm qoyacaq - Mikayıl Cabbarov
Yaponiyanın səfiri ASAN xidmətdə (FOTO)
Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanda keçirilə bilər - Rusiya XİN
Prezident İlham Əliyev Portuqaliyanın yenidən seçilən prezidentini təbrik edib
Füzuli rayonunun Xələfşə kəndi (FOTO/VİDEO)
Polis ticarət obyektlərinə nəzarəti gücləndirdi (FOTO/VİDEO)
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb (FOTO)
Yanvarın 28-nə USD/AZN rəsmi məzənnəsi
Qarabağın mövcud imkanları ilə regionda yeni inkişaf zonası yaranacaq - Könül Nurullayeva
Erməni təcavüzü nəticəsində Gəncədə dağılan evlər bərpa olunur (FOTO)
Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunacaq
QHT-lərə elektron xidmətlərin göstərilməsi ilə bağlı fərmanda DƏYİŞİKLİK edildi
Azərbaycanda tikinti ilə bağlı yeni tələbin qüvvəyə minmə vaxtı daha üç il uzadılır
Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur - Putin
Ağsuda 305 tibb işçisi koronavirusa qarşı peyvənd olunub
Goranboyda silah-sursat tapılıb (FOTO)
Şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir - Cəlil Xəlilov
Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq - Vüqar Rəhimzadə
Qənirə Paşayeva 70 illik yubileyi münasibəti ilə Kamal Abdullanı təbrik edib (FOTO)
XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı müddəti uzadıldı
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir - Putin
ASCO şəhid olan əməkdaşların ailə üzvlərinə hər ay 250 manat ödəyəcək
DİM doktoranturaya yeni qəbul şərtlərini açıqladı
ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasına hazırdır - Səfir (FOTO)
Azərbaycanda 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri arasında telefon danışığı olub
ABŞ-ın sabiq vitse-prezidenti evsiz qalıb
Türkiyə Azərbaycanın yanında olmasına sərt reaksiya verən dövlətlərə məhəl qoymadı - Burhanəddin Duran
Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş vebinar keçirilib (FOTO)
Kapital Bank Hadrutda bankomat və ödəniş terminalı quraşdırdı!
"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" adlı şeir müsabiqəsi keçiriləcək
Axtarışda olan iki nəfər Rusiyadan Azərbaycana ekstradisiya edildi
Ermənistan da Türkiyə-Azərbaycan əməkdaşlığından istifadə edə bilər - Hikmət Hacıyev
“Dostluq” yatağının birgə işlənilməsi ilə bağlı anlaşmanın olması Transxəzər boru kəmərinin tikintisini yenidən gündəmə gətirir - AMEA
Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır (FOTO)
Türkiyə ilə hərbi-texniki əməkdaşlığın Vətən müharibəsində uğurlu nəticəsini gördük - PA rəsmisi
Türkiyə regionda əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır - Hikmət Hacıyev
Tərtərdə ermənilərin dağıtdığı evlər bərpa olunur - Trend TV-nin REPORTAJI
Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir - Hikmət Hacıyev
VI "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi açıq elan olunub (FOTO)
Ötən il “ASAN Login” istifadəçilərinin sayı 1 milyon 741 min nəfər olub (FOTO)
Ombudsman Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə bəyanat yayıb
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olundu
Karantin dövründə 1 milyon 270 mindən çox vətəndaşın fəaliyyətinə icazə verilib
Xarici və yerli investorların Azərbaycanın elektroenergetika sahəsinə marağı artır
Dövlət Turizm Agentliyi hotellərə XƏBƏRDARLIQ etdi
Baş Prokurorluğun əməkdaşları seminarda iştirak edib (FOTO)
Ceyhun Bayramovun türkiyəli həmkarı ilə telefon danışığı olub
Azərbaycan Prezidenti: Düşmən Şuşada bir neçə villa tikdirib, villanın biri o xunta başçısına, biri isə rüşvətxor məmura məxsusdur
Prezident İlham Əliyev: Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik
İranda gün ərzində 91 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu
Azərbaycan Prezidenti: Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim
Prezident İlham Əliyev Şuşanın bərpa olunması ilə bağlı tapşırıqlarını verib
Prezident İlham Əliyev: Bizə saxta tarix lazım deyil
Azərbaycan Prezidenti: Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib. Ağ yalandır!
Prezident İlham Əliyev: O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, Şuşanı satan birinci o olmuşdur
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi nə qədər öz xalqından gizlətsə də, Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib
Azərbaycan Prezidenti: Əgər ermənilər Şuşanı öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daş daş üstə qoymayıblar?
Azərbaycan XİN Fərman İsmayılovun nəşinin ölkəyə gətirilməsinə görə Türkiyəyə minnətdarlıq edib
Bütün xəbərlər