...

Qətərli nazir: Qoşulmama Hərəkatının əsas qayəsi birgə səylərin nümayiş etdirilməsidir

Siyasət Materials 26 Oktyabr 2019 10:21 (UTC +04:00)
Dünyada baş verən bütün hadisələr müzakirələri zəruri edir. Qoşulmama Hərəkatının əsas qayəsi birgə səylərin nümayiş etdirilməsidir.
Qətərli nazir: Qoşulmama Hərəkatının əsas qayəsi birgə səylərin nümayiş etdirilməsidir

Bakı. Elçin Mehdiyev – Trend:

Dünyada baş verən bütün hadisələr müzakirələri zəruri edir. Qoşulmama Hərəkatının əsas qayəsi birgə səylərin nümayiş etdirilməsidir.

Trend-in məlumatına görə, bunu Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşünün debat müzakirələrində Qətər Dövlətinin Xarici İşlər üzrə Dövlət naziri Soltan bin Saad Al Muraikhi deyib.

Nazir qeyd edib ki, dünyada birtərəfli siyasətin aparılması öz mənfi təsirlərini göstərir:

“Beynəlxalq hüquq prinsiplərinin qorunmaması birtərəfliliyə gətirib çıxarıb. Birtəfərli qaydada qəbul edilən qərarlar tam əks nəticələr verir. Qətər regionda sülhün bərqərar olunmasının tərəfdarıdır”.

Dövlət naziri, həmçinin bildirib ki, terrorçuluğu yaradan səbəblər aradan qaldırılmalıdır, terror aktlarını din ilə bağlamaq olmaz.

Qətər xarici işlər naziri vurğulayıb ki, ötən ay ölkəsi inkişafda zəif olan ölkələrdə iqlim dəyişikliyinə qarşı mübarizə üçün 100 milyon dollar ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti