...

Partiyaların bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb

Siyasət Materials 31 Oktyabr 2019 16:59 (UTC +04:00)
Bu gün bir sıra partiyaların dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.
Partiyaların bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün bir sıra partiyaların dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının, Vətəndaş Birliyi Partiyasının, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxlıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti