Bakı. Trend:
Litva Respublikası Seyminin sədri Viktoras Prantskietis Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Litva Respublikası Seyminin sədrini Azərbaycan Milli Məclisi Sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.