...

Səfir: Türkiyə Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün daha çox səy göstərilməsini istəyir

Siyasət Materials 28 Noyabr 2019 14:15 (UTC +04:00)
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün daha çox səy göstərilməsini istəyir
Səfir: Türkiyə Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün daha çox səy göstərilməsini istəyir

Bakı. Ləman Zeynalova - Trend:

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün daha çox səy göstərilməsini istəyir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, ATƏT Avropada təhlükəsizlik və sabitliyin təmin olunması üçün yaradılmış vacib beynəlxalq təşkilatdır:

“ATƏT-in vacib tapşırıqlarından biri Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz bunun üçün daha çox səy göstərilməsini istəyirik”.

Səfir təəssüflə qeyd edib ki, uzun illər keçməsinə baxmayaraq münaqişə hələlik həll olunmayıb:

“Problemin həlli üçün parametrlər məlumdur. BMT və ATƏT-in irəli sürdüyü parametrlər münaqişənin beynəlxalq hüquqa uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutur. Amma hələ də Azərbaycan əraziləri işğaldan azad edilməyib və ona görə də biz ATƏT-in bu istiqamətdə fəaliyyətini qənaətbəxş hesab etmirik. Amma hazırda biz münaqişənin həlli üçün vacib mexanizm olan ATƏT-i dəstəkləyirik və ümid edirik ki, ATƏT Minsk qrupunun həmsədrləri münaqişənin həlli yolunu tapacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti