...

Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 8-ci iclası keçirilib

Siyasət Materials 29 Noyabr 2019 12:40 (UTC +04:00)
27-29 noyabr tarixlərində Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının səkkizinci iclası keçirilib.
Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 8-ci iclası keçirilib

Bakı. Trend:

27-29 noyabr tarixlərində Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının səkkizinci iclası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, Komissiyanın 2020-ci il üçün iş planı təsdiq edilib və iclasın protokolu imzalanıb.

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib.

Birgə Komissiyanın növbəti iclasının Azərbaycan Respublikasının ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın keçirilmə tarixləri diplomatik kanallarla razılaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti