...

NATO ilə ikitərəfli görüşlərin Bakıda keçirilməsi onu göstərir ki, Qərb və Rusiya Azərbaycana etimad edir - Fərid Şəfiyev (VİDEO)

Siyasət Materials 2 Dekabr 2019 17:46 (UTC +04:00)
Planetinimizin daha təhlükəsiz olmasına hesablanan görüşlərin keçirilməsi üçün həm NATO, həm də Rusiya tərəfindən məhz Azərbaycan seçilir
NATO ilə ikitərəfli görüşlərin Bakıda keçirilməsi onu göstərir ki, Qərb və Rusiya Azərbaycana etimad edir - Fərid Şəfiyev (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu gün dünyada xeyli sayda ölkə var, lakin əməkdaşlığa, risklərin azalmasına və planetinimizin daha təhlükəsiz olmasına hesablanan görüşlərin keçirilməsi üçün həm NATO, həm də Rusiya tərəfindən məhz Azərbaycan seçilir. Dünyanın maraqla və həssaslıqla gözlədiyi belə görüşlərin Bakıda baş tutması həqiqətən də qürurvericidir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı videolayihə çərçivəsində Trend-ə bildirib ki, Qərb və Rusiya Azərbaycana etimad edir. Artıq Azərbaycan Rusiya üçün müəyyən bir platformaya çevrilib: “Söhbət Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiç ilə görüşündən gedir. Artıq NATO ilə təmaslar, ikitərəfli görüşlər Bakıda keçirilir. Bu da onu göstərir ki, Qərb və Rusiya Azərbaycana etimad edir”.

Xatırladaq ki, noyabrın 26-da Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri Stüart Piç arasında görüş keçirilib.

Görüş zamanı Avropa təhlükəsizliyi sahəsində vəziyyət, Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması üzrə tədbirlər, o cümlədən hərbi ekspertlərin dialoqunun bərpa olunması məsələsi müzakirə olunub.

Onlar həmçinin böhran regionlarında vəziyyəti müzakirə edib.

Videolayihənin digər bölümlərini buradan, həmçinin TREND İnformasiya Agentliyinin "Youtube" kanalından izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti