Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində bütün sahələrdə sistemli, ardıcıl islahatlar aparılır - Naqif Həmzəyev

Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində bütün sahələrdə sistemli, ardıcıl islahatlar aparılır - Naqif Həmzəyev

Bakı. Elçin Mehdiyev - Trend:

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyevin Trend-ə müsahibəsi

- Naqif müəllim, YAP Siyasi Şurasının Azərbaycan parlamentinin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüsü və bununla əlaqədar Milli Məclisin müvafiq qərarını necə dəyərləndirirsiniz?

- Milli Məclisdə çoxluğu təşkil edən hakim partiyanın Siyasi Şurasının və deputatlarının V çağırış parlamentin buraxılması, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüsü dövlət başçısı İlham Əliyevin genişmiqyaslı, məntiqi ardıcıllığa uyğun olaraq bir-birini tamamlayan islahatlarının davamı kimi qəbul edildi. YAP-ın Siyasi Şurası da bu qərarın ölkədə islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib.

Hər kəsə məlumdur ku, dünya siyasətində öz qətiyyəti, prinsipiallığı ilə böyük nüfuz qazanmış Prezident İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə sistemli, ardıcıl islahatlar aparılır. Təkcə Azərbaycan dövlətçiliyi tarixinə sosialyönümlü il kimi düşən 2019-cu ildə həyata keçirilən islahatlara nəzər salsaq görərik ki, az bir zaman ərzində bu islahatlar özünü doğrultdu, ölkəmizin gələcək dinamik və davamlı inkişafına, əhalinin güzəranının, rifah halının yaxşılaşdırılmasına xidmət etdi. Belə olan halda ölkəmizin sürətli inkişafının təmin olunması üçün aparılan islahatların qanunverici hakimiyyətdə-Milli Məclisdə də gündəmə gətirilməsi labüd oldu. Yarandığı gündən öz taleyüklü qərarları, gələcəyə baxışları ilə uğurlara, ilklərə imza atan hakim partiya bu dəfə də fərqləndi. Azərbaycanın parlament tarixində ilk dəfə olaraq, Milli Məclisin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı Yeni Azərbaycan Partiyası Siyasi Şurası tərəfindən təşəbbüs irəli sürüldü. Bu da parlament tarixində daha bir maraqlı yenilik oldu. Dövlətçilik ideallarının, azərbaycançılıq düşüncəsinin təbliğatçısı, müstəqilliyimizin daimiliyinin, əbədiliyininin ayıq-sayıq keşikçisi olan Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcək dinamik və davamlı inkişafına xidmət edən islahatlar fonunda qanunverici orqanda da yeniləşmənin vacibliyini gündəmə gətirdi, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin islahatlar konsepsiyasına dəstəyini nümayiş etdirdi.

Hər zaman cəmiyyətin inkişafına töhfələr verən hakim partiyanın üzvləri Siyasi Şuranın noyabrın 28-də keçirilən iclasında məsələni ətraflı şəkildə müzakirə etdikdən sonra, Milli Məclisin xalqın, ölkəmizin mənafeyinə, parlaq gələcəyinə xidmət edən islahatlardan kənarda qalmaması üçün Azərbaycan parlamentində də günün tələblərindən irəli gələn yeniləşməsinin, müasirləşməsinin zəruri olduğu barədə yekdil qərara qəbul etdilər.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi, Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov partiyanın Siyası Şurasının iclasında müzakirə olunan məsələ ilə əlaqədar mətbuata açıqlamasında xüsusi ilə vurğuladı ki, Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası islahatlar konsepsiyasını dəstəkləyir, bu islahatların uğurla həyata keçirilməsinə öz töhfəsini verir və bundan sonra da verəcək.

- Sizcə, parlament islahatları ölkəmizin ümumi inkişafına nə kimi töhfələr verəcək?

- Azərbaycan Parlamentinin ölkədə müstəqilliyin möhkəmləndirilməsində və sürətli inkişafın təmin edilməsində xidmətlərini danmaq olmaz. 100 illik tarixi olan parlamentin ölkəmizdə dövlətçilik məfkurəsinin və siyasi mədəniyyətin inkişafında əvəzsiz xidmətləri sayəsində Azərbaycan xalqı demokratik prinsiplərə əsaslanan milli dövlətini qurub. Ölkənin siyasi sisteminin daha da inkişafı, iqtisadi qüdrətinin artması, demokratik proseslərin dərinləşməsi ilə bağlı verilən qanunvericilik aktları, mövcud qanunların daha da təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinin milli maraqlarımıza xidmət etdiyinin təsdiqidir.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin tərəqqisinə, hesablanan islahatların hakimiyyətin qanunvericilik orqanında da aparılması Azərbaycanın gələcək dinamik və davamlı inkişafını zəruri edib. Bütün sahələrdə aparılan genişmiqyaslı, məntiqi ardıcıllığa uyğun olaraq bir-birini tamamlayan islahatlarının davamı kimi qiymətləndirilən yeni parlament seçkilərinin keçirilməsi sözsüz ki, siyasi islahatların dərinləşməsinə, ölkənin inkişafına yeni töhfələr verəcək, qanunvericilik sahəsinə yeni keyfiyyət dəyişiklikləri gətirəcək. Daha mükəmməl, səmərəli qanunlar ölkəmizin gündən-günə çiçəklənməsinə xidmət edəcək.

- Bəzi müxalifət dairələri bu məsələ ilə bağlı müxtəlif iddialarla çıxış edirlər. Buna münasibətiniz necədir?

- Demokratiya pərdəsi altında çirkin niyyətlərini həyata keçirmək üçün var qüvvələri ilə səfərbər olan dağıdıçı müxalifətin arzusu ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmaq, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara kölgə salmaq, sabitlik adasına çevrilən ölkəmizin dincliyini pozmaqdır. Ölkədə belə bir mühüm qərarın alındığı vaxtda sözsüz ki, müxalifətin cəfakeşləri Milli Məclis ətrafında oyunbazlıqlar edəcək, məkirli məqsədlərinə nail olmaq üçün cilddən cildə girəcəklər. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Sözsüz ki, Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşının qanunla müəyyən edilmiş qaydada millət vəkili seçilmək hüququ var. Ancaq, əvvəlcə xalqın etimadını qazanmaq lazımdır, fəaliyyətinlə xalqın rifahına, milli maraqlara sadiqliyini təsdiq etməlisən. Çətin sınaqlardan çıxan müdrik, uzaqgörən xalqımız artıq kimin kim olduğunu yaxşı bilir, dünənə kimi xarici qüvvələrin, anti-Azərbaycan dairələrin maliyyəşdirdiyi müxalifətin yalan vədlərlə dolu pafoslu sözlərinə, çirkin kampaniyalarına inanmır. Müxalifət dairələrinin işi həmişə olduğu kimi müxtəlif yalan, şər, böhtan dolu iddialar səsləndirməkdir.

SOCAR Hacıqabulda qaz kəmərində baş verən partlayışın ilkin səbəbini açıqlayıb (ƏLAVƏ OLUNUB)
SOCAR Hacıqabulda qaz kəmərində baş verən partlayışın ilkin səbəbini açıqlayıb (ƏLAVƏ OLUNUB)
Fransalı ekspert: Livandakı partlayış neft bazarına təsir etməyəcək
Fransalı ekspert: Livandakı partlayış neft bazarına təsir etməyəcək
Müasir enerji səmərəli elektrik stansiyaları Azərbaycan energetikasının inkişafının yeni mərhələsidir
Müasir enerji səmərəli elektrik stansiyaları Azərbaycan energetikasının inkişafının yeni mərhələsidir
Loading Bars
Xəbər lenti
Tovuzda bıçaqlanan qadın xəstəxanada ölüb
BNA Bakıda sərnişin avtobusları üçün zolaqların təşkili ilə bağlı təklif hazırlayıb
Qaxda yol qəzası nəticəsində "VAZ" yanıb
Ermənistan sutka ərzində atəşkəsi 28 dəfə pozdu
Belarusda prezident seçkilərində seçki məntəqələri açılıb
Tramp pandemiya zamanı amerikalıları dəstəkləmək üçün bir sıra fərmanlar imzalayıb
Xəzər dənizində zəlzələ olub
Esper: Payızın sonuna qədər Əfqanıstanda 5 mindən az ABŞ hərbçisi qalacaq
Abşeronda transformator yanıb
Qazaxıstanda daha 872 nəfər koronavirusa yoluxub
Beyrutda iğtişaşlar zamanı xəsarət alanların sayı 728 nəfərə çatıb (ƏLAVƏ OLUNUB)
Çində ötən sutka ərzində 23 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb
Çexiyada yaşayış binasında yanğın olub, 11 nəfər ölüb
Braziliyada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb
Çempionlar Liqasının 1/4 finalçıları məlum oldu
Kanadada tornado 2 nəfərin ölümünə səbəb olub
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 284 mindən çox artıb
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub
Livanın baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib
Masallıda meşə ərazisində yanğın olub
Moskvada koronavirusdan daha 12 nəfər ölüb
Qazaxda 2 ədəd minaatan mərmisi tapılıb (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 222 min nəfəri ötüb
Pirlo "Yuventus"un baş məşqçisi təyin edildi
Mingəçevirdə birmərtəbəli ev yanıb
Tamam Cəfərova: Vətəndaşlarımızın sağlamlığı və sosial müdafiəsi ölkə rəhbərliyinin daim diqqətindədir
Pandemiyadan zərər çəkən sahələrə dövlət dəstəyi “Hədəf”də təhlil olunub
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Azərbaycan nümayəndə heyəti Belarusda prezident seçkilərini müşahidə edir (FOTO)
Beyrutda etirazçılar XİN-in və İqtisadiyyat Nazirliyinin binalarına daxil olublar (ƏLAVƏ OLUNUB)
Bakıda zəncirvari qəza yolda tıxaca səbəb oldu (VİDEO)
Deputat: Prezidentin şəhid ailələrinə və müharibə əllilərinə qayğısı hər zaman yüksək olub
Milli Məclisin Sədr müavini Adil Əliyev seçiciləri ilə görüşüb (FOTO)
Baş nazir magistratura və rezidentura ilə bağlı qərar imzalayıb
Otellərdə Operativ Nəzarət Qrupu yaradılacaq
Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimilə əlaqədar Respublika videomüşavirəsi keçirilib
Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 158-ə çatıb
Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı müəyyənləşdirilib
Azərbaycanda koronavirusa yoluxanların 89 faizi sağalıb
AQTA daha 70 obyektdə pozuntular aşkarlayıb
Azərbaycanlı Gürcüstan kikboks və karate federasiyasının prezidenti təyin olunub (FOTO)
Arzu Nağıyev: Belarusda seçicilər sərbəst şəkildə öz səsvermə hüquqlarından istifadə edirlər (FOTO/VİDEO)
13 rayonda 26 modul tipli məktəb quraşdırılacaq
İranda 60 ton zəfəran auksionda satışa çıxarılacaq
Hikmət Babaoğlu: Azərbaycan İnvestisiya Holdinqinin yaradılması milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər
Komitə: Mingəçevirdə torpaq sürüşməsi olub, köçkün ailələrinə ziyan dəyib (FOTO)
Bakıda üçmərtəbəli binanın alkopan divarları yanıb
Sumqayıtda çimərliklərdə karantin qaydalarını pozan şəxslərə qarşı reydlər keçirilir (FOTO/VİDEO)
Çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirilir
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi andiçmə mərasimləri keçirilib (FOTO/VİDEO)
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
"ADY Container" yük daşımalarının həcmini artırıb
Azərbaycanda koronavirusa yoluxanların sayı rekord sayda azalıb
Beyləqanda keçmiş məhkum avtomobil oğurlayıb
Prezident İlham Əliyev Sinqapurun dövlət başçısını təbrik edib
Naqif Həmzəyev: Bəzi məhdudiyyətlər aradan qaldırılsa da, arxayınlaşmaq hələ tezdir
Niderlandın Livandakı səfirinin həyat yoldaşı partlayış nəticəsində vəfat etdi
Zərdabda kafedə ad günü məclisi təşkil edənlər saxlanıldı (FOTO)
"Keşlə" Tərlan Əhmədovla yollarını ayırdı
Şahbaz Muradov fəxri diplomla təltif edilib - SƏRƏNCAM
Dövlət Məşğulluq Agentliyi gələn ildən beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığına başlayacaq
Xırdalanda yanğın baş verib
Vitse-prezident: Türkiyə ciddi ziyan dəymiş Beyrut limanını bərpa etməyə hazırdır
“ЛІГАБізнесІнформ”: Azərbaycan ilə Ermənistan arasında münaqişənin eskalasiyası: bir düyün, iki çıxış yolu
Somalinin paytaxtında güclü partlayış törədilib
İranda sutka ərzində koronavirusdan ölənlərin sayı azalır
Azərbaycanda modul tipli məktəblərin quraşdırılmasına 7 milyon manat ayrılıb - SƏRƏNCAM
Livanda partlayış nəticəsində 60-dan çox şəxs itkin düşüb
İstirahət günü Bakıda 33, rayonlarda 38 dəcəyədək isti olacaq
Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında
Dənizdə hamilə arvadını boğaraq öldürən şəxs tutulub
Məscidlərin açılmasına hələ gedə bilmərik - Şahmar Mövsümov
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İçməli sudan qeyri-qanuni istifadə edənlərə qarşı gecə reydləri olacaq - Xəbərdarlıq (FOTO)
Şahmar Mövsümov: Azərbaycan İnvestisiya Holdinqinin yaradılması liberallaşmanın başlamasıdır
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs olunub (FOTO)
Yaqut Qarayeva: Ölən tibb işçiləri daha çox təcili tibbi yardım sahəsində çalışanlar olub
Pərvin Kərimzadə: Ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsi daim diqqət mərkəzindədir
Rusiyada koronavirusa yoluxanların sayı 882 min nəfəri keçib
Ezamiyyət vərəqəsinin tələb olunması nəzarət etmək üçün düzgün addımdır - Şahmar Mövsümov
Bu gün metronun açılması müzakirə olunmur - RƏSMİ
TƏBİB: Yoluxmanın yüksək olduğu ölkələrin təcrübələri daha çox öyrənilir
Ay ərzində 190 manatın bir manatı belə istifadə olunmursa, deməli, o şəxsin buna ehtiyacı yoxdur - Şahmar Mövsümov
Heç bir ölkə ilə sərhədlərimizi açmamışıq - PA rəsmisi
TƏBİB: Xaricdən həkimlərin Azərbaycana gəlməsi dövlətlərarası razılaşma ilə həyata keçirilir
Prezidentin köməkçisi: Rayonlara gediş-gəliş açılanda digər istiqamətlərə də uçuşlar bərpa olunacaq
Hazırki epidemioloji vəziyyət toyların keçrilməsinə imkan vermir - Şahmar Mövsümov
Təhsil naziri: Rəqabətqabiliyyətli kadrların hazırlığına xüsusi diqqət artırılmalıdır
Metronun bağlı olması gün ərzində 600 min sərnişinin daşınmasını əngəlləyir - PA rəsmisi
Rəqəmsallaşma davam etdirilsə, dövlət sahibkarlara dəstək mexanizmi həyata keçirə bilər - Rövşən Nəcəf
Məktəblərin açılması nə zamana planlaşdırılır? - RƏSMİ AÇIQLAMA
Şahmar Mövsümov: Toplaşmalar artdıqca karantin qaydaları pozulacaq və yoluxmalar çoxalacaq
Növbəti həftədə açıq havada kafe və restoranların fəaliyyəti bərpa oluna bilər
Cərimələr sərtləşdirilə bilər - Nazir müavini
Ermənistanda koronavirusa yoluxanların sayı 40 min nəfəri keçdi
Karantin rejimindən hamımız yorulmuşuq, bu bir əziyyətdir - Şahmar Mövsümov
Bizim əsas məqsədimiz yoluxmanın sürətinin azaldılmasıdır - Prezidentin köməkçisi
Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib
Operativ Qərargah karantin rejimində yumşalmalarla bağlı brifinq keçirib (FOTO)
Bütün xəbərlər