...

Seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri - Saat 15:00-a olan məlumat

Siyasət Materials 23 Dekabr 2019 15:41 (UTC +04:00)
Bu gün keçirilən bələdiyyə seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub.
Seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri - Saat 15:00-a olan məlumat

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün keçirilən bələdiyyə seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub.

Trend-in məlumatına görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin saat 15:00-a olan verdiyi məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 52 saylı Quba Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 33,91 faiz olub.

Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 20,18% olub.

Qeyd edək ki, saat 15:00 olan məlumata görə, 4 milyon 972 min 356 seçicidən 1 336 733 nəfəri (26,88 %) səsvermədə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti