...

DTX Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə media mənsublarını təbrik edib (FOTO)

Siyasət Materials 30 Dekabr 2019 19:08 (UTC +04:00)
DTX Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə media mənsublarını təbrik edib
DTX Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə media mənsublarını təbrik edib (FOTO)

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə media mənsublarını təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri və jurnalistlər! Əziz dostlar!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, ən xoş və səmimi istəklərimizi çatdırırıq! Hər birinizə müstəqil Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması, ölkəmizin daha da qüdrətlənməsi naminə səmərəli işbirliyi, Vətənə gərəkli və məsuliyyətli fəaliyyətinizdə müvəffəqiyyətlər və yeni-yeni yaradıcılıq uğurları arzulayır, Sizə və doğmalarınıza uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və bol-bol sevinc diləyirik!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti