...

Məzahir Pənahov: Heç bir seçki komissiyasının prosedur qaydalarını pozmağa ixtiyarı yoxdur

Siyasət Materials 8 Yanvar 2020 16:53 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan hər bir məsələyə qanunvericiliyə uyğun şəkildə baxılmalı və müvafiq qərar qəbul edilməlidir.
Məzahir Pənahov: Heç bir seçki komissiyasının prosedur qaydalarını pozmağa ixtiyarı yoxdur

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan hər bir məsələyə qanunvericiliyə uyğun şəkildə baxılmalı və müvafiq qərar qəbul edilməlidir.

Trend-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, əgər hansısa müraciət onlara daxil olubsa, onun həlli qanunun tələbinə uyğun həyata keçirilməlidir.

Sədr bildirib ki, MSK çatışmazlıqları aradan qalıdrmaq üçün bütün addımları atacaq: “Heç bir seçki komissiyasının prosedur qaydalarını pozmağa ixtiyarı yoxdur. Hər bir məsələyə qanunvericiliyə uyğun şəkildə baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Dairə Seçki Komissyalarının üzvləri öz sahələrinə aid məsələni araşdırmalıdır. Əgər hər hansı bir məsələ ilə bağlı çətinlik olarsa, bu barədə MSK-a müraciət edilməlidir və MSK məsələnin aradan qaldırılması üçün lazımi addımları atacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti