...

Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib (FOTO)

Siyasət Materials 17 Yanvar 2020 11:04 (UTC +04:00)
Ravalpindi şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəsində 9-cu görüş keçirilib.
Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib (FOTO)

Bakı. Trend:

Ravalpindi şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəsində 9-cu görüş keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov rəhbərlik edib.

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regional təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2020-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Görüşün yekununda protokol imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti