...

Sevinc Hüseynova növbəti görüşünü Gədəbəyin ağsaqqalları ilə keçirib (FOTO)

Siyasət Materials 3 Fevral 2020 14:46 (UTC +04:00)
Azərbaycan Respublikası Milli Məclisinə fevralın 9-da keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir.
Sevinc Hüseynova növbəti görüşünü Gədəbəyin ağsaqqalları ilə keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Məclisinə fevralın 9-da keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir.

Trend-in məlumatına görə, 103 saylı Gədəbəy seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Sevinc Hüseynovanın da kampaniya çərçivəsində növbəti görüşü Gədəbəy rayon ağsaqqalları ilə olub.

Deputatlığa namizəd Sevinc Hüseynova görüşdə çıxış edərək əvvəlcə YAP-ın seçki proqramı haqqında, həmçinin ölkəmizdə həyata keçirilən sosial-iqtisadi, hüquqi və struktur islahatları barədə Gədəbəy Ağsaqqallarına məlumat verib.

Namizəd Sevinc Hüseynova daha sonra Gədəbəy ağsaqqallarını fevralın 9-da keçiriləcək parlament seçkilərində öz seçki hüquqlarından istifadə etməyə və fəal olmağa çağırıb.

Öz növbəsində Gədəbəy rayon ağsaqqalları 103 saylı Gədəbəy seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Sevinc Hüseynovaya səs verəcəklərini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti