Naqif Həmzəyev: Yeni Azərbaycan Partiyası parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılıb

Naqif Həmzəyev: Yeni Azərbaycan Partiyası parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılıb

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası tərəfindən 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Naqif Həmzəyev

- Naqif müəllim, bildiyimiz kimi seçkilər hər bir ölkənin demokratik inkişafının əsaslarından biri kimi dəyərləndirilir. Ölkəmizin bugünkü inkişafı bu reallığı necə şərtləndirir?

- Demokratik seçkilər hüquqi dövlət quruculuğunun əsas göstəricilərindən biridir. Ölkəmizdə seçki qanunvericiliyinin daim təkmilləşdirilməsi, dünyada qəbul edilmiş modelə uyğun seçkinin keçirilməsi çağdaş dövrün tələbi olmaqla yanaşı, həm də Azərbaycanda demokratik mühitin formalaşmasına işarədir.

1993-cü ildən başlayaraq keçirilən bütün seçkilərə, referendumlara, həmçinin ayrı-ayrı vaxtlarda parlamentə, bələdiyyələrə təyin olunmuş əlavə və təkrar seçkilərdə kifayət qədər təcrübə toplayan ölkəmizin seçki institutu, nümunəvi seçki məcəlləsi və qanunvericiliyi var. Kütləvi İnformasiya Vasitələrinin rolundan, insanların sərbəst toplaşmaq azadlığından tutmuş namizədliyin irəli sürülməsi, imzaların toplanması, təhvil verilməsi, namizədliyin qeydə alınması, Konstitusiya Məhkəməsinin seçkinin nəticələrini tanımasına qədər olan seçki prosesi beynəlxalq hüquq və təcrübəyə tam uyğun aparılır. Seçkilərə dair beynəlxalq təşkilatların verdikləri rəylərin müqayisəli təhlili Azərbaycanda peşəkar seçki təcrübəsinin yarandığını, cəmiyyətinin demokratik dəyərlərə sadiq olunduğunu sübut edir.

Təbii ki, bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokraktik dəyərlərin möhkəmlənməsi ilə bağlı qətiyyətli və ardıcıl mövqeyi dayanır. Ölkəmizdə seçkilərin məsuliyyət, aşkarlıq, şəffaflıq, obyektivlik meyarları əsasında keçirilməsi xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açıb.

Bu gün ölkəmiz ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləyərək demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Azərbaycan müasir dövrdə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, böyük infrastruktur layihələr, regional proqramlar həyata keçirəndövlətə çevrilib. Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycan cəmiyətinin bütövlüyü və monolitliyi təmin olunub, xalqın daha parlaq gələcəyə nikbin baxışı formalaşıb.

- Seçki eyni zamanda hər bir siyasi qüvvənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Ölkənin ən aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu seçkilərə hansı inamla qatılıb?

- Ölkəmizin tarixində indiyə qədər heç bir siyasi təşkilatın 750 mindən çox üzvü olmayıb. Azərbaycan siyasətinin avanqardı olan Yeni Azərbaycan Partiyasının ətrafında insanların birləşməsi partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə, YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə verdikləri yüksək dəyərin nümunəsidir. Ölkə başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxışı zamanı söylədiyi kimi Yeni Azərbaycan Partiyası bütün iştirak etdiyi seçkilərdə qələbə qazanıb. Qürurla onu demək kifayətdir ki, 27 ildir hakim partiyanın cəmiyyətdə artan nüfuzunun, siyasi çəkisinin təsdiqi ölkəmizdə keçirilən seçkilərdə xalqdan aldığı böyük dəstəkdir.Yeni Azərbaycan Partiyası öz statusunu ləyaqətlə və uğurla daşımasını şərtləndirən əsas səbəb də məhz onun ideoloji siyasi kursunun dövlətin və xalqın maraqlarına cavab verməsidir. Yeni Azərbaycan Partiyasının ötən illər ərzində keçirilən prezident, parlament, bələdiyyə seçkilərində qalibi olması hakim partiyanın ölkəmizin ictimai – siyasi həyatındakı yüksək mövqeyi, şəffaf, obyektiv şəkildə apardığı seçki kampaniyasının nəticəsində reallaşıb. Hər seçkidə xalqın məhz YAP-ın namizədlərinə etimad göstərməsi partiyanın ölkəmizin həyatında alternativsiz siyasi güc olduğunu təsdiqləyib. Seçicilərin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətəolan böyük etimadı, inamı keçrilən hər bir seçkidə YAP namizədlərinin lehinə verilən səslərdə öz əksini tapır.

Hakim partiya 9 fevralda keçiriləcək növbəti parlament seçkilərinə də böyük qələbə əzmi ilə qatılıb. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları da bu məsul kampaniyada çox fəal iştirak edir. Seçkilərdə xeyli sayda siyasi partiya təmsilçilərinin iştirak etməsinə baxmayaraq, inamla deyə bilərik ki, hər zaman olduğu kimi bu dəfə də seçkilərin favoriti Yeni Azərbaycan Partiyası olacaq.

- Yeni Azərbaycan Partiyası tərəfindən yenidən deputatlığa namizədliyiniz irəli sürülüb. Növbəti dəfə seçilsəniz hansı məsələləri parlament tribunasından səsləndirilməsini nəzərdə tutursunuz?

- Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin sırasında mənim də olmağım, ölkənin hakim partiyasının və partiyanın Sədri, Prezident İlham Əliyevin fəaliyyətimə verdiyi yüksək dəyər hesab edirəm. Qarşıdan gələn növbədənkənar parlament seçkilərində mənə yenidən etimad göstərib namizədliyimi irəli sürdüyünə görə partiyanın Sədrinə və rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.

V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətim dövründə qanunverici hakimiyyətin təmsilçisi olaraq hər zaman seçicilərimin yanında olmuşam, onların qayğılarını, problemlərini öz qayğım, problemim kimi qəbul etmişəm. Dəfələrlə seçicilərimin problemlərini Milli Məclisdə qaldırmışam, təkliflərlə çıxış etmişəm. Gəncə- Bakı –Naxçıvan aviareysinin bərpası, xüsusi ilə gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə paytaxtla yanaşı Gəncədə də sosial mənzillərin tikilməsi, 80 minə yaxın sakinin yaşadığı Gəncənin Gülüstan yaşayış massivi ərazisində - Gəncəçayı üzərində yeni körpünün salınması, Nizami yurdunda fəaliyyət göstərən ali təhsil müəssisələrində paytaxt və bölgələrdə təhsil alan tələbələrin kirayə evlər və yayataqxana probleminin aradan qaldırılması, daim vergi ödəyən və heç bir qanun pozuntusu etməyən sahibkarla digər sahibkarlar arasında rəqabətin yaradılması, gənc sahibkarlara güzəştlərin olunması, ölkədə vətəndaşların sağlamlığına xidmət edən idman qurğularının sayının artırılması və digər bu kimi məsələlərlə bağlı Milli Məclisdə təkliflərim olub. Çox xoşbəxtəm ki, milli parlamentlərarası dostluq qruplarının üzvü kimi dünyanın müxtəlif ölkələrinin parlamentindəki həmkarlar ilə qarşılıqlı əlaqələrin genişləndirilməsində, parlamentlər arasındakı əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafına millət vəkili olaraq töhfə verməyə çalışmışam.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü kimi fəaliyyət göstərdiyim müddətdə ölkəmizin Azərbaycan həqiqətlərinin Avropa cəmiyyətinə, dünyaya çatdırılması, erməni yalanlarının ifşa olunması, Azərbaycanın ermənilər tərəfindən üzləşdiyi təcavüzkarlıq siyasətinin ifşası istiqamətində apardığı humanizmə əsaslanan missiyasında fəal iştirak etmişəm.

Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi hər zaman Milli Məclisin Gənclər və idman, İnsan hüquqları komitələrinin üzvü kimi fəaliyyətimin əsasını təşkil edib.

Növbəti dəfə seçiçilərim mənə etimad göstərərlərsə, bu etimadı ən yüksək səviyyədə doğrultmağa çalışacam, dövlətimin yüksəlişi, tərəqqisi yolunda daha çox fəaliyyət göstərəcəm.

- Naqif müəllim, son olaraq seçicilərə nə demək istərdiniz?

- Təbii ki, millət vəkili seçildiyi ərazi ilə yanaşı ölkə problemlərinin həllində də yaxından iştirak etməli, parlamentin işində fəallıq göstərməlidir.Mən hər zaman özümü Prezidentin əsgəri saymışam. Mənə göstərilən etimadı qürur hissi ilə yanaşı böyük məsuliyyət hissi ilə yerinə yetirməyə çalışmışam, Vətənimə, xalqıma xidmətimi özümə böyük şərəf bilirəm. Əgər seçilərəmsə seçicilərimin təklif və problemlərinin ölkəmiqyaslı sosial proqramlarda, qanunlarda əks olunmasına çalışacağam.

Fürsətdən istifadə edib, 2020-ci il fevral ayının 9-da VI çağırış Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərə uğurlar arzu edirəm. İnanıram ki, növbədənkənar parlament seçkiləri də Yeni Azərbaycan Partiyasının qələbəsi ilə əlamətdar olacaq.

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üzrə işlər barədə məlumat açıqlanıb
Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üzrə işlər barədə məlumat açıqlanıb
"MOL Group" AÇG yataqlar blokuna 120 milyon dollara yaxın əsaslı  investisiya yatırıb
"MOL Group" AÇG yataqlar blokuna 120 milyon dollara yaxın əsaslı investisiya yatırıb
Azərbaycan neft məhsullarının ixracını artırıb
Azərbaycan neft məhsullarının ixracını artırıb
Loading Bars
Xəbər lenti
“Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi keçiriləcək
Azərbaycanın xarici ticarət dövriyyəsi 6,5 milyard dolları ötüb
Bu il 395 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Tələbələr hansı hallarda ali məktəbdən xaric ediləcək? - Yeni qanun layihəsi
Təhsil kreditləri BU QAYDADA veriləcək
Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üzrə işlər barədə məlumat açıqlanıb
Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
"MOL Group" AÇG yataqlar blokuna 120 milyon dollara yaxın əsaslı investisiya yatırıb
Şəmkirdə ev yanıb
Bir neçə kafe və restoranda kobud pozuntular aşkarlanıb - SİYAHI
Gədəbəydə çörək sexində nöqsanlar aşkarlandı (FOTO)
Azərbaycan neft məhsullarının ixracını artırıb
“Din və ideoloji təhlükəsizlik” kitabının onlayn təqdimatı keçirilib (FOTO)
"Əsas Məsələ”də Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar müzakirə olunub (VİDEO)
İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Bakı sakini qohumunun evindən 70 min manat oğurladı (FOTO/VİDEO)
Ağdam rayonunun İsmayılbəyli kəndi (FOTO/VİDEO)
Makronun səfər etdiyi şəhərdə atışma olub - Yaralanan var
Ermənistan kommunikasiya xətlərinin açılmasını ləngidir - Deputat
Ağdamda məscidlərin dağıdılmasını görmək üzücüdür - İsrailli jurnalist (VİDEO)
Mayın 9-dan 16-dək ictimai nəqliyyat işləməyəcək
Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Erməni vəhşiliklərinin tayı-bərabəri yoxdur - Arye Qut (VİDEO)
Qaradağ və Nəsimidə qaz xətləri yenilənir (FOTO)
Ermənistan radioaktiv maddələrdən təhdid kimi istifadə edir - Arzu Nağıyev
Azərbaycan və Belarus 9 milyon dollarlıq müqavilə imzalayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Şirvanda əməliyyat keçirilib: 4 nəfər saxlanılıb (FOTO/VİDEO)
Azərbaycanda 995 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
“AccessBank”dan yeni əmanətçilərə bonus hədiyyə!
“Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
İsrailli jurnalistlər Ağdamda ermənilərin dağıtdığı iki məscidi ziyarət ediblər - Trend TV-nin REPORTAJI
"YAŞAT" Fondu daha bir şəhid anası və qazinin əməliyyat xərclərini ödədi (FOTO)
Bakıda evdən külli miqdarda pul oğurlayan narkotik alverçiləri saxlanıldı (FOTO/VİDEO)
Vaksin bizi koronavirusu ağır keçirməkdən və ölüm hallarından qoruyur – Rəşad Mahmudov
Saatlıda reyd: 18 sürücü məsuliyyətə cəb edilib (FOTO)
Prezident İlham Əliyev azad edilən ərazilərin elektrik təchizatı ilə maraqlanıb
İsmayıllıda yol polisi reyd keçirib (FOTO)
NASA Marsda pilotsuz helikopterin uçuşunu həyata keçirdi (FOTO)
Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işləri həyata keçiriləcək - SƏRƏNCAM
Türk Şurasının yüksək vəzifəli nümayəndələri “ASAN xidmət”də olublar (FOTO)
Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürülüb
Bu il prokurorluqda 577 cinayət işi icrata götürülüb
Tovuzda birmərtəbəli tikili yanıb
Xəzərdə reyd - 4 gəmi istifadəçisi məsuliyyətə cəlb olundu (VİDEO)
Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib - Sərəncam
İranda sutka ərzində 24 min nəfər koronavirusa yoluxub, 398 nəfər ölüb
Fransa şirkəti SOCAR-ın neft-kimya kompleksinin təmirini başa çatdırıb
İran parlamenti işini 2 həftəlik dayandırır
Prezident İlham Əliyev azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə ilə bağlı sərəncam imzalayıb
Samuxda yanğın olub, 2 nəfər xəsarət alıb
Avtobus sürücülərinə peyvənd vurulur (FOTO)
Azərbaycanda büdcə kəsiri azalacaq - BVF
Azərbaycanın bir neçə ölkədə yeni səfirləri təyin edilib - SƏRƏNCAM (YENİLƏNİB)
Anar Məhərrəmov səfir vəzifəsindən geri çağırıldı
Ramiz Həsənov Azərbaycanın İspaniyada yeni səfiri təyin edilib (YENİLƏNİB)
Azərbaycanda insan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirilib
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - İşçi qrup yaradıldı (SƏRƏNCAM)
Sabah 30 dərəcəyədək isti olacaq
Azərbaycanla Pakistan arasında daha bir saziş təsdiqlənib
Rusiyada koronavirusun iki yeni forması tapılıb
Azərbaycan-İran sərhədində atışma: 1 nəfər yaralanıb - DSX (FOTO)
"Karvan-L" şirkətlər qrupu orqanik pomidorun istehsalına davam edir (FOTO)
Füzulidə xeyli silah-sursat aşkarlanıb (VİDEO)
Ceyhun Bayramov Misirə başsağlığı verib
Qaxda qanunsuz ovla məşğul olanlar saxlanılıb
Yaponiyanın NEXI şirkəti ilə İqtisadiyyat Nazirliyi Anlaşma Memorandumu imzalayıb
Mədəniyyət Nazirliyində yeni komissiya yaradıldı
Cəbrayıl rayonunun Mehdili kəndi (VİDEO)
"MOL Group" "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmlərini açıqlayıb
İran Azərbaycanla preferensial ticarət müzakirələrini davam etdirir
Ermənistanda hərbi xidmət üçün yaş həddi artırılıb
Xaçmazda mağazadan oğurluğa cəhd edən dəstə yaxalandı
Neftçalada su qıtlığını aradan qaldırmaq üçün yeni layihə icra olunacaq
Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı
QHT-lərə Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradılıb - Fərman
Şanlı qəhrəmanlıq salnaməsi
Şamaxıda ilk dəfə çörəkotu əkininə başlanıb (FOTO)
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Saatlıda yas mərasimi dayandırılıb
İrəvanın yeganə nicat yolu Bakı və Ankaradan keçir - Deputat
Azərbaycan Dillər Universitetində Çin dili günü qeyd olunub
Bakı Limanının yük dövriyyəsi artıb
Qusarda əkin sahələrinin suvarılması üçün işlər görülür
Qarabağda Belarus aqroşəhərciklərinin tikintisi nəzərdə tutulur
Ötən gün 23 yanğın olub, 1 nəfərin meyiti çıxarılıb - Əməliyyat görüntüləri (VİDEO)
Düşmən elə tələlər qurub ki, bəzən minatəmizləyənlər də ağır yaralanır – Trend TV-nin REPORTAJI
Türkiyənin yeni səfiri Azərbaycana gəlir (FOTO)
“ƏDV geri al” çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb
Rusiyada peyvənddən sonra anticisimləri müəyyənləşdirən ekspres test hazırlanıb
Cəlilabadda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb
Göyçayda əməliyyat - Rüşvət alan vəzifəli şəxslər həbs edildi
"Din və ideoloji təhlükəsizlik" kitabının online təqdimatı keçirilir
Ağcabədi-Xocavənd yolunda işlər yekunlaşmaq üzrədir (FOTO)
Daha 146 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb
Sabah Milli Məclidə komitələrin birgə iclası keçiriləcək
Azərbaycanda qızıl bahalaşır
İstirahət günləri evdən çıxan daha 9 koronavirus xəstəsi saxlanıldı
Bakıda ən çox yoluxma bu rayonlarda olub
Bütün xəbərlər