...

Çin XİN Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib

Siyasət Materials 7 Fevral 2020 10:56 (UTC +04:00)
Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya departamentinin baş direktor müavini Lician Çjao Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ünvanlayıb
Çin XİN Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib

Bakı. Trend:

Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya departamentinin baş direktor müavini Lician Çjao Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ünvanlayıb.

Trend-in məlumatına görə, o, bu barədə öz “Twitter” səhifəsində yazıb.

Təşəkkür mətnində deyilir: “Biz dünya liderlərinə göstərdikləri dəstəyə görə səmimi qəlbdən təşəkkür edirik. Azərbaycan Prezidenti İlham Əliyev Çin xalqı ilə həmrəylik ifadə edib və zəruri köməyi göstərməyə hazır olduğunu bildirib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti