...

Azərbaycan ilə Belarus arasında təhlükəsizlik məsələləri müzakirə olunub (FOTO)

Siyasət Materials 7 Fevral 2020 22:00 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 7-də Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkov ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə Belarus ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət, energetika və sənaye sahələrində əməkdaşlıq, eləcə də beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrdə müsbət dinamikasını vurğulayıb, strateji tərəfdaşlıq, əlaqələrin möhkəmləndirilməsi və birgə təhlükəsizlik layihələrinin həyata keçirilməsinə sadiq olduqlarını bir daha qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti