...

Almaniyalı müşahidəçilər: Parlament seçkilərinin keçirilməsi üçün hər şey ideal hazırlanmışdı

Siyasət Materials 9 Fevral 2020 21:06 (UTC +04:00)
Seçkilər maksimum açıq və şəffaf keçib
Almaniyalı müşahidəçilər: Parlament seçkilərinin keçirilməsi üçün hər şey ideal hazırlanmışdı

Bakı. Nərgiz Sadıxova - Trend:

Azərbaycanda parlament seçkilərinin keçirilməsi üçün hər şey ideal hazırlanmışdı.

Trend-in məlumatına görə, bunu almaniyalı deputat Uli Henkel mətbuat konfransında deyib.

O, müşahidə etdiklərindən məmnun qaldığını deyib:

“Hər şey qaydalara uyğun olub və biz məmnunluqla qeyd edirik ki, hər şey seçkilərin keçirilməsi üçün ideal hazırlanmışdı. Mən seçkilərə hazırlığın səviyyəsindən yaxşı mənada təəccübləndim”.

O qeyd edib ki, heç bir seçkidə bu qədər çox müşahidəçi görməyib:

“Bu onu ifadə edir ki, dövlət maksimal şəffaflıq istəyir, biz də bunun məhz bu cür olduğunu təsdiq edirik”.

Digər almaniyalı deputat Ulrix Zinger öz növbəsində təsdiq edib ki, seçkilər maksimum açıq və şəffaf keçib:

“Bülletenlərlə bağlı heç bir problem aşkar olunmayıb”.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti