...

Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Misirdə silsilə tədbirlər keçirilib

Siyasət Materials 25 Fevral 2020 14:07 (UTC +04:00)
Azərbaycan Respublikasının Misirdəki Səfirliyi tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.
Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Misirdə silsilə tədbirlər keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Misirdəki Səfirliyi tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.

Səfirlikdən Trend-ə bildirilib ki, Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin Xocalı Soyqırımının 28-ci ildönümü ilə bağlı məqaləsi Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik “Əl-Cumhuriyyə”, “Əxbarul-Yaum”, “Akhrakhbar”, “Alwasela”, “Aldiplomasy”, “Rayetmisr” və sair qəzetlərdə, həmçinin Sudan Respublikasının “Masader-sd” qəzetində geniş şəkildə işıqlandırılıb.

Məqalədə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan Respublikasının öz müstəqilliyini yenidən bərpa etməsi ilə torpaqlarının 20%-nin Ermənistanın yürütdüyü işğalçı siyasət nəticəsində erməni silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox qaçqın və köçkünün öz tarixi torpalqarından çıxarılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində baş vermiş ən ağır hadisənin Xocalı soyqırımı olması barədə ətraflı məlumat verilib.

Xocalı soyqırımının 26 fevral 1992-ci il tarixində SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədildiyi, 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 dinc sakinin amansızcasına qətlə yetirildiyi, 1000 nəfərin yaralandığı, 1275 xocalının əsir və 150 xocalının itkin düşdüyü oxucuların diqqətinə çatdırılıb, soyqırımdan öncə baş vermiş hadisələr və həmin faciənin nəticələri barədə müfəssəl məlumatlar təqdim edilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilərkən münaqişə ilə bağlı BMT TŞ tərəfindən dörd qətnamənin və digər beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı qərarların qəbul edildiyi və Ermənistan tərəfindən icra edilmədiyi oxucuların diqqətinə çatdırılıb. Ermənistanın təkziblərinə baxmayaraq, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya yayıldığı və bir sıra ölkələrin qanunverici orqanları tərəfindən bu soyqırıma hüquqi və siyasi qiymətin verildiyi vurğulanıb.

Məqalədə səfir T.Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Beynəxlalq Qanunun normaları, xüsusən də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həllinin vacibliyini önə çəkərək, Ermənistandan məsuliyyətdən boyun qaçırmamaq tələb edilmiş, münaqişənin həllinin qonşu dövlətlər arasında yaxşı əlaqələrin, habelə regionda inkişafın gələcəyi üçün yeganə ümid olduğunu vurğulayıb.

Linklər əlavə olunur:

Əxbarul-Yaum; سفير-أذربيجان--أرمينيا-لا-تبدي-نوايا-طيبة-لحل-النزاع-حول--قاراباغ- Akhrakhbar; الحلقة-الأكثر-وحشية-فى-الصراع-الأرمين/ Alwasela;
Aldiplomasy;

https://www.aldiplomasy.com/?p=90720

Hoc-enews;

https://hoc-enews.com/2020/02/24/الحلقة-الأكثر-وحشية-فى-الصراع-الأرمين/

Qalyubiyanews;

http://qalyubiyanews.com/26-فبراير-1992-الحلقة-الأكثر-وحشية-فى-الصرا/

Rayetmisr;

https://rayetmisr.com/?p=9218

Almasrygate;

https://almasrygate.com/main/سفير-أذربيجان-يكتب-الحلقة-الأكثر-وحشي/

Waseqnews;

http://www.waseqnews.com/node/7983

Masader-sd (Sudan mətbuatı);

https://masader-sd.net/4240/

Alwasela (Misirli jurnalist Əhməd Əbduh Tarabekin məqaləsi); http://www.alwasela.com/538019?fbclid=IwAR0s34e8A0tdb_HEcyyCG29E75za6oyQ0g0OMQKocvUe61diYwEafw-mMx0

Məqalədə:
Xəbər lenti

Xəbər lenti