Bolqarıstanda Xocalı soyqırımının 28-ci ildönümü anılıb (FOTO)

Bolqarıstanda Xocalı soyqırımının 28-ci ildönümü anılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan xalqının qanlı yaddaşından olan Xocalı soyqırımının 28-ci ildönümü Bolqarıstanın paytaxtı Sofiyada anılıb.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin və Bakı Slavyan Universitetinin Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə Sofiyada 24 fevral 2020-ci il tarixində Xocalı soyqırımına həsr olunmuş Azərbaycan rəssamlarının rəsm əsərlərinin reproduksiyaları və uşaqların rəsm nümunələrindən ibarət sərgi təşkil edilib. Tədbir çərçivəsində bolqar ifaçısı Ani Linçeva tərəfindən Azərbaycan, Bolqarıstan və dünyaca tanınmış bəstəkarların klassik əsərləri pianoda ifa edilib.

Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova Xocalı soyqırımını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə günahsız insanların bir gündə baş vermiş ən böyük qətliyamı adlandıraraq 28 il bundan öncə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı güvvələrinin SSRİ ordusunun əsasən ermənilərdən ibarət 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə xaincəsinə hücüm etdiyini və dinc sakinlərin qəddarcasına qətlə yetirdiyini bildirib. O, Dağqlı Qarabağ regionunun yeqanə aeroportuna malik Xocalı şəhərinin qanlı hadisədən öncə 4 aya yaxın Ermənistan silahlı güvvələri tərəfindən tamamilə mühasirəyə alındığını və yalnız helikopterlər vasitəsilə Azərbaycanın digər hissəsi ilə əlaqədə olduğunu, nəticədə şəhərdə su, elektrik enerjisi, qida və tibbi yardım çatışmazlığının yarandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. 28 yanvar 1992-ci il tarixində ermənilərin Ağdamdan Şuşaya uçan mülki helikopteri vurması nəticəsində 3 ekipaj üzvü və 41 sərnişinin həlak olması nəticəsində şəhərə aparan hava əlaqəsinin dayandırıldığı bildirilib. Qeyd olunub ki, Ermənistan silahlı güvvələrinin hücumu nəticəsində soyuq fevral gecəsində yerlə yeksan olunmuş Xocalı şəhərindən xilas olmağa çalışan günahsız sakinlər 16 kilometr məsafədə yerləşən Azərbaycanın nəzarətindəki ən yaxın yaşayış məntəqəsi olan Ağdam şəhərinə üz tütmüş, lakin onların çox az hissəsi həyatlarını qurtara bilmişdir. Bir çox qadın və uşaq donaraq yolda həlak olmuşdur.

Xocalı soyqırımı nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan daxil olmaqla 613 günahsız və silahsız Azərbaycanlının oldürüldüyü, 487 nəfərin yaralandığı, 1275 nəfərin girov götürüldüyü, 150 nəfərin taleyinin naməlum qaldığı, 8 ailənin tamamilə məhv edildiyi, 130 uşağın 1 valideyni, 25 uşağın isə hər iki valideynini itirdiyi söylənilib. Öldürülənlərdən 56 nəfərin xüsusi qəddarlıqla qətlə yetirildiyi bildirilib.

N.Qurbanova Xocalıda baş verən hadisələrin hərbi tələbdən irəli gəlmədiyini və məhz azərbaycanlı olduqları üçün silhasız və günahsız mülki şəxslərə qaşı açıq-aşkar soyqırım aktı olduğunu vurğulayıb. O, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın bu ölkənin müdafiə naziri olduğu dövrdə Böyük Britaniyadan olan jurnalist Tomas de Vala verdiyi müsahibədə azərbaycanlılar tərəfindən düşünülən “ermənilərin mülki insanlara qarşı əl qaldıra bilməyəcəyi” stereotipinin Xocalıda sındırıldığını etiraf etdiyini tədbir iştirakçıların diqqətinə çatdırıb. Bundan əlavə, ermənistan silahlı güvvələr tərəfindən törədilən amansız qətliyamı təsvir edən qanlı hadisələrin şahidləri fransız jurnalisti Jan-İv-Yunetin xatirələrindən və erməni jurnalisti Davud Xeyriyanın “Xac naminə” kitabındakı açıqlamalarından bəzi hissələr sitat olaraq oxunulub.

Soyqırım nəticəsində böyük sayda insan haqqları pozuntularının Rusiyanın “Memorial” Hüquq Müdafiə Mərkəzi və “Human Rights Watch” (keçmiş Helsinki Watch) təşkilatının müstəqil hesabatlarında təsdiqləndiyi qeyd olunub. N.Qurbanova bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu ilin 22 aprel tarixli qərarında Xocalıda törədilmiş soyqırımda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirilməsi nəticəsinə qəlmişdir.

Səfir 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində Xocalıda kütləvi soyqırımının insan haqları və beynəlxalq humanitar hüququn kobud pozuntusu olması barədə dünya ictimaiyyəti arasında məlumatlılığın artırdığını, soyqırımın 16 ölkə, 24 ABŞ ştatı tərəfindən, eləcə də İslam Əməkdaşlığı Təşkilatının müvafiq sənədlərində tanındığını və pisləndiyini söyləyib.

N.Qurbanova Xocalı ilə yanaşı Quşçular, Malıbəyli, Qaradağlı və digər Azərbaycan şəhər və kəndlərində törədilən soyqırımların təşkil və icrasında günahlar olanların cinayət məhsuliyyətinə cəlb olunmasının vacibliyini vurğulayaraq törədilmiş beynəlxalq humanitar hüquq və insan haqları pozuntularına dair həqiqətin müəyyən edilməsi, zərərçəkmişlərə adekvat və səmərəli təzminatın verilməsi və belə bir pozuntuların təkrarlanmaması məqsədilə institusional addımların atılması zərurətini qeyd edib. Cəzasızlığa son verilməsinin tək münaqişə tərəflərin və günakarların məhsuliyyətinin müəyyənləşdirilməsi üçün deyil, həm də davamlı sülhün təmin edilməsi üçün mühüm olduğu vurğulanıb.

Tədbirdə Bolqarıstanın dövlət qurumlarının, Xalq Məclisinin (parlamentin) və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, ictimai və mədəni xadimlər iştirak edib. Bolqarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də qonaq qismində tədbirə qatılıb.

Tədbirin sonunda Azərbaycan milli ənənələrinə uyğun olaraq, Xocalı soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsinə ehsan süfrəsi açılıb.

Bundan əlavə, 26 fevral 2020-ci il tarixində Sofiya şəhərindəki “Banya Başı” məscidində Xocalı şəhidlərinin ruhuna Qurani-Kərim oxunub, dualar edilib, Səfirliyin təşkilatçılığı və Bolqarıstan Müsəlmanları Diyanəti Baş Müftiliyinin dəstəyi ilə məscidə ibadətə qələnlərə ehsan verilib.

26 fevral 2020-ci il tarixində həmçinin Səfirliyin təşkilatçılığı, Bolqarıstan Müsəlmanlar Diyanəyi Baş Müftiliyi və “Mədəni Qarşılıqlı Əlaqə Assosiasiyası” dərnəyinin dəstəyi ilə dərnəyin inzibati binasında tədbir keçirilib. Tədbirdə iştirakçılara Xocalı soyqırımı barədə ətraflı məlumat verilib, günahsız insanların qəddarcasına qətlə yetirilməsi ilə nəticələnmiş bu qətliyama həsr olunmuş filmin nümayişi təşkil edilib. Tədbirdə Bolqarıstan Müsəlmanları İslam Şurasının sədri, Bolqarıstan Müsəlmanları Diyanəti Baş Müftiliyinin təmsilçiləri, türk və müsəlman icmasının nümayəndələri, o cümlədən tanınmış elm, mədəniyyət, incəsənət xadimləri və iş adamları iştirak edib.

Həmçinin, Xocalı soyqırımı və soyqırımının 28-ci ildönümü ilə bağlı tədbirlər yerli KİV-də işıqlandırılıb. Səfir N.Qurbanova Bolqarıstanın aparıcı KİV-lərindən olan “Focus” xəbər agentliyi tərəfindən xüsusi hazırlanan “Azərbaycan – yaxın və kəşf edilməmiş” adlı verilişin fevral ayı üzrə buraxılışında Azərbaycanın müasir tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Bolqarıstanın regional nəşri olan “Kırcaali Haber” qəzetində Xocalı soyqırımı ilə bağlı Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) bəyanatı və Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərlərinin müraciəti çap edilib.

Azərbaycanda mobil rabitə operatorları 148 milyon manatdan çox pul qazanıb
Azərbaycanda mobil rabitə operatorları 148 milyon manatdan çox pul qazanıb
İnternet-provayderləri Bakı sakinləri üçün əlavə tədbirlər haqqında
İnternet-provayderləri Bakı sakinləri üçün əlavə tədbirlər haqqında
Peter Kimpian: Azərbaycan şəxsi məlumatların müdafiəsi üzrə qanunvericiliyini 108 saylı Konvensiyaya uyğun formalaşdırır
Peter Kimpian: Azərbaycan şəxsi məlumatların müdafiəsi üzrə qanunvericiliyini 108 saylı Konvensiyaya uyğun formalaşdırır
Loading Bars
Xəbər lenti
Yasamalda evdən kişi meyiti tapılıb
Türkiyədə koronavirusdan ölənlərin sayı 168 nəfərə çatıb
"Barselona" futbolçulara şərt qoydu: Radikal qərarlar qəbul ediləcək
BİRLink geniş çeşidli TV paketinin pulsuz yayımı müddətini artırdı
Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib
Əlahiddə Ümumqoşun Ordunun dağlıq bölmələrində möhkəm müdafiə potensialı yaradılıb (FOTO)
Azərbaycan XİN Səudiyyə Ərəbistanında törədilən terror aktlarını pislədi
Sumqayıtda xüsusi karantin rejiminə nəzarət üçün mobil qruplar yaradılıb (FOTO/VİDEO)
Təhsil Nazirliyi: Tələbələr məsafədən təlim-tədris prosesinə öz töhfələrini verməlidir
Heydər Əliyev Fondu koronavirus infeksiyası ilə mübarizə sahəsində bir sıra müəssisələrin dezinfeksiya işlərini təşkil edib (FOTO/VİDEO)
"Azərkosmos" Tacikistanda keçirilən tenderin qalibi olub
"Bibiheybət yolu"nda tikinti-bərpa işlərinin sonuncu mərhələsinə başlanılıb (FOTO)
Xırdalanda yolun genişlənməsi məqsədilə ağaclar köçürülüb
İndoneziyalı jurnalist Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan “seçkiləri” ləğv etməyə çağırıb
Zakir Fərəcov sakinləri Operativ Qərargahın qərarlarına riayət etməyə çağırdı
Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” fərmanda dəyişiklik edib
Əflatun Amaşov: Dövlətimizi qoruma səngərlərimiz evlərimizdir
BŞİH: Bakı yollarında yeni yuyucu vasitədən istifadə olunur (FOTO/VİDEO)
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi - FƏRMAN
“Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” Sazişə dəyişikliklər təsdiqləndi
Hüseyin Altınalan: Ermənistan quldurcasına addımlar atmaqdan çəkinməli və işğal etdiyi ərazilərdən çıxmalıdır
Məşhurlardan vətəndaşlara növbəti çağırış (VİDEO)
Tokio Olimpiadasının keçiriləcəyi vaxt bilindi
Martın 31-də dolların manata qarşı məzənnəsi
Mağaza və avtomobillərdən oğurluq edən keçmiş məhkumlar saxlanıldı
İlyas Hüseynov: Məsuliyyətsiz davranan, qaydaları pozan insanlar cəzalandırılmalıdır
Bakı metrosunda daha bir nəzarət mexanizmi tətbiq edilib (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Xətaidə evdən kişi meyiti tapılıb
BMTM: Qondarma seçkilər işğal faktına legitimlik donu geyindirmək üçün atılan növbəti uğursuz cəhddir
Azərbaycanda daha 64 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 11 nəfər sağalıb
Yer kürəsinə Atlas kometi yaxınlaşır
Sosial məsuliyyətdən çıxış edən “Binə Aqro”, “İSR Holdinq” və “A-Qrup Sığorta”dan tənha ahıllara qayğı
“Təmiz Şəhər” dezinfeksiya işlərini intensivləşdirib (FOTO)
UNEC-də növbəti yenilik
Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” ölkələrinə koronavirusla mübarizə üçün 140 milyon avro ayırır
Dövlət Gömrük Komitəsinin ünvanına səsləndirilən ittihamlara aydınlıq gətirildi (VİDEO)
AZAL-ın uçuş heyəti Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırır (VİDEO)
Hava daşımaları ilə bağlı qərara dəyişiklik edildi
Baş Nazir nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalara dəyişiklik etdi
DİN: Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir (FOTOVİDEO)
Mais Səfərli: Koronavirusla mübarizənin ən yaxşı əlacı "evdə qal, sağlam ol" çağırışına əməl etməkdir
Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edildilər
Ukraynada qalan soydaşlarımızın zəruri ehtiyacları təmin olunub (FOTO)
Səhiyyə Nazirliyindən spirtlə bağlı əhaliyə XƏBƏRDARLIQ
Şimali Amerikada neft emalı zavodları bağlanır
Pakistanın İnsan Haqları üzrə Milli Komissiyası Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "seçkilər"i pisləyib
Ermənistanın daha bir hərbçisi koronavirusa yoluxdu
Gəncədə ahıl vətəndaşlara yardım paylanılıb (FOTO/VİDEO)
İspaniya koronavirusa yoluxanların sayına görə Çini keçdi
Dövlət qulluğuna hazırlaşan namizədlər də sınaq imtahanını pulsuz verəcək
AMEA-nın əməkdaşları məzuniyyətə göndərildi
Türkiyə beynəlxalq təşkilatları Dağlıq Qarabağda keçiriləcək seçkiləri boykot etməyə çağırdı
"Equinor” şirkəti “Qarabağ” yatağının işlənməsində iştirakını təsdiqlədi
Şamaxıda ölümlə nəticələnən yol qəzası olub
Rusiya Azərbaycana koronavirusun laborator diaqnostikası üçün 70 test sistemi təhvil verib
İranda daha 3 186 nəfər koronavirusa yoluxub
İranda ötən həftə təbii fəlakət nəticəsində 19 nəfər ölüb
Hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb
Gəncədə şəhərə giriç-çıxış postlarında xidmət davam etdirilir (FOTO)
Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir
Azərbaycanda yeni medal təsis edilir
Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təsdiq edildi
Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu
Avstraliya hökuməti işini itirən vətəndaşlara təzminat ödəyəcək
Abşeronda nəqliyyat axınına müsbət təsir edən yol yenidən quruldu (FOTO)
Sabah Bakıda 19 dərəcə isti olacaq
Azərbaycanın bir sıra ölkələrlə sazişləri təsdiq edildi
Mənzil İnşaatı Dövlət Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
Azərbaycan Formula 1-in təxirə salınması ilə əlaqədar birbaşa maliyyə itkiləri ilə qarşılaşmayıb
Rezidentlər üçün sınaq imtahanı ödənişsiz oldu
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərində veriləcək
Ramin Məmmədov: Biz dəfələrlə bu cür taleyüklü anlarda Azərbaycan xalqının bir yumruq kimi birləşdiyinin şahidi olmuşuq
Milli Məclis yanında Toponimiya Komissiyasının yeni üzvləri məlum oldu
SOCAR: Yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb
65 yaşdan yuxarı insanlara qoyulan məhdudiyyətlər deputatlara şamil edilməyəcək
Spiker: Deputatların iclaslarda tibbi maskalardan istifadə etmələri özlərindən asılıdır
Teledərslərin sabahkı cədvəli açıqlanıb
DİM vətəndaş qəbulunu müvəqqəti dayandırdı
Yelo Bank kapitalını 30 milyon manat atrırır
Apteklərdə tibbi maska çatışmazlığı Milli Məclisdə müzakirə edildi
Milli Məclisin iclasında Azərbaycan həkimləri alqışlandı
Bakı Slavyan Universitetində online dərslər davam etdirilir
Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək
Yaponiya sərhədləri bağlayır
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib (FOTO/VİDEO)
Koronavirusla mübarizədə həyatını itirən həkimlərə xüsusi status verilməlidir – TƏKLİF
Bir sıra işçilər üçün icbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti artırıldı
Hərbi xidmətə çağırış ildə iki dəfə olmalıdır - Siyavuş Novruzov
Milli Məclis Azərbaycanda icbari tibbi sığortanın tətbiqi müddətinin uzadılmasını təsdiq etdi
Siyavuş Novruzov: Biz üç virusa qarşı mübarizə aparırıq
Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı
Ziyafət Əsgərov: Vətəndaşlarımızdan xahiş edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər
Milli Məclisin sədri: Hamı virusa qarşı mübarizədə fəal iştirak etməli, verilən bütün tövsiyələrə əməl etməlidir (ƏLAVƏ OLUNUB)
Lənkəranda ağac kəsən şəxs cəzalanıb
Tacikistanda oxumaq istəyənlər üçün proqram elan edildi
ABŞ-da tibbi maskaların təkrar sterilizasiyasını mümkün edən qaydalar təsdiqlənib
Bakıda karantin qaydalarını pozan 428 nəfər cəzalandırılıb
Bank Respublika Prezidentin təşəbbüsünü dəstəklədi
Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib
Bütün xəbərlər